“Mehnur” loqopedik və psixoloji reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqların işgəncəyə məruz qalması ilə bağlı daha bir dövlət qurumu hərəkətə keçib.
Oxu.Az-ın məlumatına görə, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı şəhərində fəaliyyət göstərən reabilitasiya mərkəzində çəkildiyi iddia olunan və uşaqlara qarşı zorakılığı əks etdirən videogörüntülərlə bağlı məsələnin araşdırılması dərhal Ombudsmanın nəzarətinə götürülüb və bununla bağlı müvafiq qurumlara müraciətlər edilib.
Bu barədə Ombudsman Aparatının mətbuat xidməti məlumat yayıb.
10:00
Bir neçə gün öncə paytaxtın Nizami rayonunda yerləşən “Mehnur” loqopedik və psixoloji reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqların işgəncəyə məruz qalması ölkədə ciddi rezonans doğurub.
Hadisənin ictimailəşməsindən sonra Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb, mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli istintaqa cəlb olunub. Onlar barəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.
Məlum olaydan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hərəkətə keçib.
Modern.az-ın əldə etdiyi məlumata görə, Dövlət Komitəsi mərkəzdə baş vermiş xoşagəlməz hadisənin digər müəssisələrdə təkrarlanmaması üçün ciddi addımlar atmağa hazırlaşır.
Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq bağçaları, körpələr evi və reabilitasiya müəssisələrində monitorinqlərin aparılması üçün Nazirlər Kabinetinə müraciət ünvanlayıb. Müvafiq şəkildə icazələr təmin edildiyi halda komitə monitorinqlərə başlayacaq.
Mövzu ilə əlaqədar
Bakıda uşaqlara işgəncə verilən mərkəzin saxlanılan əməkdaşlarının kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO
Reabilitasiya mərkəzində döyülən azyaşlının anası DANIŞDI - VİDEO
Bakıda uşaqlara işgəncə verən reabilitasiya mərkəzinin işçilərindən ETİRAF - VİDEO
“MehNur” reabilitasiya mərkəzinə lisenziyanı kim verib? – Nazirliklərdən AÇIQLAMA
Loqoped mərkəzində uşaqlara işgəncə verən şəxslərin FOTOLARI
Reabilitasiya Mərkəzinin direktoru və işçiləri barəsində ev dustaqlığı seçilib -YENİLƏNİB + VİDEO