
Zaqatalada yaşayış evi tamamilə yanıb.
“Qafqazinfo”nun məlumatına görə, yanğın Zaqatala rayonu, Üçüncü Tala kəndində 1970-ci il təvəllüdlü Mustafayev Gündüz Mustafa oğluna məxsus yaşayış evində baş verib.
Yanğın yerinə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Yanğın zamanı ümumi sahəsi 65 kv/m olan yaşayış evi icərisindəki əşysları ilə birlikdə tamamilə yanıb..
Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Mübariz Muradov