Gədəbəy rayon Təhsil Şöbəsinə müdir təyin edilib.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu vəzifəyə Murad Bayramov təyinat alıb.
O, bundan əvvəl Gədəbəydə Zəhmət kənd orta məktəbinin direktoru işləyib.
Qeyd edək ki, bir neçə gün əvvəl təhsil naziri Ceyhun Bayramovun əmri ilə Gədəbəy rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyev işdən azad edilib.