Sabunçu rayonunda minik avtomobili 32 yaşlı kişini vurub.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, Maştağa qəsəbəsində minik avtomobili piyada, 1987-ci il təvəllüdlü Ağayev Bəhruz Balamirzə oğlunu vurub.
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralıya hər iki baldır sümüyünün sınığı, kəllə-beyin travması, hər iki aşağı ətrafın sınığı diaqnozu qoyulub.
B.Ağayev təcili olaraq cərrahi əməliyyat edilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.