FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri su quyusuna düşən pişiyi xilas ediblər.
ulusestv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Bakının Xəzər rayonunda qeydə alınıb.
Belə ki, nazirliyinin "112" qaynar telefon xəttinə pişiyin dərinliyi 19 metr olan su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına gələrək pişiyi su quyusundan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.