Nəsimi rayon İcra Hakimiyyətində oktyabr ayı ərzində RİH başçısı Asif Əsgərov tərəfindən 4 səyyar qəbul keçirilib, 600 nəfərdən çox sakinin iştirak etdiyi qəbullarda 27 müraciət dinlənilib.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qaldırılan məsələlərin əksəriyyəti həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilməklə yanaşı, qaldırılan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat verilmişdir. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri və s. məsələlərlə bağlı olub.
Qəbullarda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edilib. Səyyar qəbullarda iştirak edən sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.