Britaniya şahzadəsi Harri və onun həyat yoldaşı, amerikalı Meqan Markl onlara Sasseks hersoq və hersoqinyası statuslarına görə təyin edilən maliyyə imtiyazından imtina ediblər. ulusestv.az “Qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə cütlük İnstaqram hesabında bildirib.
Kral ailəsinin üzvləri qeyd ediblər ki, bunun üzərində bir neçə ay fikirləşiblər, lakin monarxiya daxilində mütərəqqi rola keçmək niyyətindədirlər.
“Biz kral ailəsinin yüksək vəzifəli üzvləri sayılmaqdan kənarlaşmaq və maddi cəhətdən müstəqil olmaq üçün çalışırıq”, - açıqlamada deyilir.
Bununla belə, Harri və Meqan Markl bütün hallarda hər zaman Əlahəzrət Kraliçaya dəstək verəcəklərinə söz veriblər.