Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrinə əsasən, Füzuli rayonu ərazisində Novruz bayramı münasibətilə kütləvi bayram tədbirləri məhdudlaşıdırılıb.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla belə Novruz rayon sakinləri arasında (kütləvi tədbirlər istisna olmaqla) və idarə, müəssisə və təşkilatlarda qeyd olunur.
Novruz bayramı ərəfəsində rayon sakinlərinin əməkhaqqı, pensiyə və müavinətləri, o cümlədən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün dövlət büdcəsindən ayrılan yeməkxərci müavinəti və kommunal xidmətlərdən istifadəyə görə vahid aylıq müavinət plastik kartlar vasitəsilə ödənilib. Bundan başqa rayonun 700-dək şəhid ailəsinə və imtiyazlı ailələrə rayon İcra Hakimiyyəti tərəfindən bayram sovqatları verilib, onların bayramları təbrik edilib.