• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

NRYTN-in nümayəndəsi UNESCAP-ın onlayn iclasında - Fotolar

Tarix : 23-05-2020, 11:28 Oxunub : 239 Bölmə :sosial / ust / manset
NRYTN-in nümayəndəsi UNESCAP-ın onlayn iclasında - Fotolar


















Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 76-cı iclası COVID-19 pandemiyası səbəbindən videotədbir formatında keçirilib.
ulusestv.az “Qafqazinfo”ya istinadən məlumatına görə, iclasda 51 üzv və 3 assosiativ üzv ölkənin nümayəndələri, eləcə də ESCAP katibliyinin və digər beynəlxalq təşkilat və qurumların rəsmiləri iştirak ediblər.
Azərbaycan tərəfini videotədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Emil Əhmədov təmsil edib.
“Dayanıqlı inkişaf üçün okeanlarda iqtisadi, sosial və ətraf mühit üzrə əməkdaşlığın təşviqi” mövzusunda keçirilən iclasda dayanıqlı inkişaf erasında nəqliyyat və logistikanın təşviqi, nəqliyyat bağlantılarının inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsində üzv ölkələrdə görülən işlərə dair müzakirələr aparılıb.
“Qlobal səhiyyə böhranının sosial-iqtisadi nəticələrinin aradan qaldırılmasında regional əməkdaşlıq” adlı sessiyada ölkəmizdə COVID-19 pandemiyasının sosial-iqtisadi nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə koronavirusla mübarizəyə dair cari ilin 10 aprel tarixində videokonfrans vasitəsilə keçirilmiş Türk Şurasının fövqəladə Zirvə görüşü və 4 may tarixində təşkil olunmuş Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü haqqında tədbir iştirakçıları ətraflı məlumatlandırılıb.
Həmçinin, “Asiya və Sakit Okean regionunun 2030-cu ilə qədər Davamlı İnkişafı üzrə Proqramın icrası” adlı sessiyada Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən və ölkəmizin təşəbbüskarı olduğu beynəlxalq əhəmiyyətli layihələr ilə əlaqədar görülən işlər və əldə olunan nailiyyətlərdən söz açılıb. Azərbaycanın “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə müvafiq bəyanatla və qeyd-şərtlə qoşulması barədə danışılıb.
Tədbir zamanı təşkilatın 5 regional institutundan biri olan Asiya Sakit Okean Texnologiyaları Transfer Mərkəzinin İdarəetmə Şurasına namizədliyi irəli sürülən 10 ölkə (Banqladeş, Çin, İndoneziya, İran İslam Respublikası, Nepal, Pakistan, Koreya Respublikası, Şri-Lanka, Tailand, Özbəkistan) iclasın videokonfrans formatında keçirildiyi nəzərə alınaraq, gündəliyə əsasən ənənəvi gizli səsvermə yolu ilə deyil, iclas zamanı akklamasiya yolu ilə Şuraya seçilib.
Tədbirdə, həmçinin növbəti iclasın 2021-ci ilin 26-30 aprel tarixlərində Tailand Krallığının Banqkok şəhərində “Asiya – Sakit Okean bölgəsində regional əməkdaşlıq yolu ilə böhrandan sonrakı bərpa” mövzusunda keçirilməsinə dair qərar qəbul edilib.
Qeyd edək ki, Azərbaycan 1992-ci il 31 iyul tarixindən UNESCAP üzvüdür. Ölkəmiz komissiya çərçivəsində müxtəlif sahələrdə, o cümlədən nəqliyyat sahəsində həyata keçirilən bir sıra layihələrdə fəal iştirak edir, keçirilən tədbirlərdə daim təmsil olunur. Komissiya iqtisadi və sosial məsələləri müzakirə etmək və nəzərdən keçirmək, o cümlədən regional əməkdaşlığı gücləndirmək məqsədilə region dövlətləri üçün mühüm platforma rolunu oynayır.



Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Azərbaycan Xəzər İqtisadi Forumunda iştirak edir

    Azərbaycan Xəzər İqtisadi Forumunda iştirak edir ...

    13-08-2019, 10:59

  • Bakıda “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və şaxələndirmə” adlı beynəlxalq konfrans keçiriləcək

    Bakıda “İqtisadi islahatlar: Sahibkarlığın ...

    19-03-2019, 11:17

  • İlham Əliyev bu nazirliyin strukturunu dəyişdirdi

    İlham Əliyev bu nazirliyin strukturunu dəyişdirdi ...

    14-01-2018, 10:56

  • Bakıda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib

    Bakıda Azərbaycan, Türkiyə və İran xarici işlər ...

    21-12-2017, 08:55

  • Lənkəranda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə keçirilib

    Lənkəranda “Azərbaycanda iqtisadi islahatlar: ...

    18-12-2017, 10:03



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • Bu gün Gündüz bəyin ad günüdür. Təbrik edirik!

    Bu gün Gündüz bəyin ad günüdür. Təbrik edirik!

  • Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

    Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

  • Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyiblər

    Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyiblər

  • Ermənilər sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən mövqelərimizi atəşə tutdular

    Ermənilər sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən mövqelərimizi atəşə tutdular

  • “Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

    “Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

  • ŞAİR QURBAN HÜSEYNƏ AĞIR İTKİ ÜZ VERİB

    ŞAİR QURBAN HÜSEYNƏ AĞIR İTKİ ÜZ VERİB

  • NAYORA Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib

    NAYORA Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib

  • Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

    Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

  • "Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO

  • AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 105

    AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 105

  • ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ! - AÇIQ MƏKTUB/VIDEO

    ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ! - AÇIQ MƏKTUB/VIDEO

  • Xalq şairi Səməd Vurğunun anım günüdür

    Xalq şairi Səməd Vurğunun anım günüdür

  • Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI

    Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI

  • Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları

    Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları

  • Yavər Rüstəmov Ad gününüz mübarək!

    Yavər Rüstəmov Ad gününüz mübarək!

  • TƏBRİK EDİRİK!!!

    TƏBRİK EDİRİK!!!

    © Copyright 2019, Bütün hüquqlar qorunur!