Qazaxıstanda iyunun 20-21-də sərt karantin məhdudiyyətləri tətbiq olunacaq.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə “TASS” ölkə hökumətinin Mətbuat Xidmətinə istinadən xəbər verib.
Qeyd edilir ki, tədbirlərin gücləndirilməsi Nur-Sultan, Almatı, Karaqanda, Şımkent, Pavlodar və Ekibastuz şəhərlərində tətbiq ediləcək.
Bu, Qazaxıstanda koronavirusun yayılmasının artması ilə əlaqədardır.
Qeyd edək ki, Qazaxıstanda 16 351 koronavirusa yoluxma halı qeydə alınıb, 113 nəfər vəfat edib, 10 195 nəfər sağalıb. Ölkədə 6 043 aktiv koronavirus xəstəsi var ki, onlardan da 121-i ağır vəziyyətdədir.