Bakıda mənzildən qadın meyiti tapılıb.
FHN-dən verilən məlumata görə, Bakının Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1933-cü il təvəllüdlü Konkovskaya Yevgeniya Andreyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.
"Qafqazinfo"