Koronavirusla mübarizə çərçivəsində polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tənbeh tədbirləri görülüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 5-də epidemiya əleyhinə rejimi pozan, respublika üzrə 11 iaşə obyektinin fəaliyyət göstərdiyi məlum olub. Həmin obyekt sahiblərinin 1-i inzibati həbs, 10 nəfər isə inzibati cərimə edilib.
Ümumilikdə ötən gün ərzində respublika üzrə xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər inzibati həbs edilib, 2294 nəfər inzibati cərimə olunub.
“Qafqazinfo”