Müğənni Hadisə “O səs Türkiyə” müsabiqəsində göz yaşlarını saxlaya bilməyib.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sənətçi bibi olacağını açıqlayaraq qardaşının həyat yoldaşının həmin an doğuşda olduğunu və bu səbəbdən çox həyəcanlandığını bildirib.
Daha sonra göz yaşlarını saxlaya bilməyən münsif çəkilişlərə görə uşağı iki gün sonra görəcəyini söyləyib. Bu sözlərdən sonra kanal rəhbəri Acun Ilıcalı çəkilişi ləğv edə biləcəyini bildirib: “Sən xoşbəxt olacaqsansa, çəkilişi ləğv edərəm”.
Acunun bu sözlərindən sonra daha da kövrələn müğənni ailəsinin çətin bir zamanlardan keçdiyini və yeni doğulmuş körpənin onlar üçün bir başlanğıc olduğunu əlavə edib.