Britaniyalı musiqiçi, “Official Charts”ın versiyasına görə onilliyin artisti seçilən Ed Şiran üç illik fasiləliz fəaliyyətindən sonra istirahət etmək üçün karyerasına fasilə verib özünü səyahət, kitab oxumaq və yaradıcılığa həsr etmək qərarına gəlib.ulusestv.az “Qafqazinfo” ya istinadən bildirir ki, bu barədə o, İnstaqram hesabında məlumat verib.
Musiqiçinin qeyd etdiyi kimi, 2017-ci ildən etibarən, “Divide” albomunun işıq üzü gördüyü vaxtdan o, demək olar, fasiləsiz çalışıb.
Şiran hansı müddətə fasilə götürdüyünü qeyd etməyib. 28 yaşlı musiqiçi azarkeşlərinə zaman yetişəndə yeni mahnılarla mütləq geri dönəcəyini söz verib.