Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Astanada əməliyyat olunub.
Bu barədə onun mətbuat katibi Aydos Ukibay bildirib:
“Nursultan Nazarbayev ürəyindən əməliyyat olunub. Əməliyyat uğurla keçib.
Birinci prezidentin həyatı üçün heç bir təhlükə yoxdur. Hazırda müşahidə altındadır”.
09:56
Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev Astanadakı xəstəxanalardan birinə yerləşdirilib.
Həkimlər onun ürək əməliyyatı keçirəcəyini deyirlər.
Qeyd edək ki, Nazarbayevin 82 yaşı var.
Mənbə: Oxu.Az