
Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda bu gecə saat 02:30-da 4,4 maqnitudalı zəlzələ qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Sındırgı rayonu olub.
Məlumata əsasən, yeraltı təkanlar 7 kilometr dərinlikdə baş verib.
Xatırladaq ki, bundan əvvəl Balıkesirdə 6,1 maqnitudalı güclü zəlzələ qeydə alındığı və bölgədə bir neçə binanın uçduğu bildirilmişdi.