
"Lamborghini" şirkəti 2025-ci ildə rekord sayda avtomobil satıb.
Oxu.Az bu barədə Autopilot.ru saytına istinadən xəbər verir.
Məlumata görə, ötən il müştərilərə 10 700 ədəd superkar təhvil verilib. Bu göstərici 2024-cü illə müqayisədə 60 avtomobil çoxdur.
"Lamborghini" avtomobillərinin satışında lider region Avropa, Yaxın Şərq və Afrika olub.
Bu regionda 4 560 ədəd avtomobil satılıb, illik artım 8% təşkil edib.