• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Ermənistan yeni təxribatlara meyillənəcəksə, müharibə qaçılmaz olacaq - ŞƏRH

gundem / manset

7-01-2023, 11:47

Ermənistan yeni təxribatlara meyillənəcəksə, müharibə qaçılmaz olacaq - ŞƏRH
Azərbaycan 2023-cü ildə Ermənistanla sülh müqaviləsinin imzalanmasında, regionda sabitliyin bərqərar edilməsində qərarlıdır. Lakin Ermənistan tərəfi yenə təxribatlara meyillənəcəksə, erməni diversiya qrupları ərazimizə keçərək təminat yollarımızı minalamağa cəhd göstərəcəklərsə, müharibə qaçılmaz olacaq. 

Geridə qoyduğumuz 2022-ci il Azərbaycan üçün bir çox uğurlu hadisələrlə yadda qaldı. İkinci Qarabağ müharibəsindən sonra nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl - avqustun 26-da Laçın şəhəri tam azad edildi, Laçın rayonunun Zabux və Sus kəndlərinə qayıtdıq. Eyni zamanda ötən il Ordumuz bir neçə hərbi əməliyyat keçirdi, döyüş qabiliyyətimizin yüksək səviyyədə olması bir daha təsdiqləndi.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Ötən ilin Fərrux və “Qisas” əməliyyatları, həmçinin sentyabr ayında Azərbaycan və Ermənistan sərhədi istiqamətində gedən toqquşmalar Azərbaycanın növbəti parlaq qələbəsi ilə nəticələndi, bir çox əlverişli strateji yüksəkliklərdə mövqelərimiz möhkəmləndi. 2022-ci ildə ölkəmiz döyüş meydanı ilə yanaşı siyasi-diplomatik cəbhədə də böyük uğurlara imza atdı. Prezident İlham Əliyevin Yeni il ərəfəsi xalqa müraciətində vurğuladığı kimi, iki il əvvəl döyüş meydanında qazandığımız tarixi qələbəmiz siyasi müstəvidə daha da möhkəmləndirildi. 2022-ci ilin oktyabr ayında Praqa, Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Beləliklə də Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər təmin edildi. Ehtimal olunurdu ki, Azərbaycan tərəfindən təklif olunmuş məlum beş prinsip əsasında 2022-ci ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər.

Lakin təəssüflə qeyd olunmalıdır ki, məhz rəsmi İrəvanın qeyri-konstruktiv davranışı, xarici ölkələrin təsiri altında atdığı təxribatçı siyasi-diplomatik addımlar sayəsində ötən il sülh müqaviləsi imzalanmadı. Yeni qədəm qoyduğumuz 2023-cü ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkün olacaqmı?

Mövzu ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov bildirib ki, ötən ilin sonlarına doğru sülh müqaviləsinin imzalanmasına dair gözləntilər böyük olub. Onun sözlərinə görə, ötən ilin sonlarına doğru çərçivə sazişi, sülh müqaviləsinin yol xəritəsi kimi fikirlər də səsləndirilib:

“Əfsuslar olsun ki, real nəticə əldə olunmadı. Azərbaycan diplomatiyası Praqa və Soçi görüşlərində ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin Ermənistan tərəfindən tanınmasına nail oldu. Ermənistan ilin sonuna doğru müxtəlif geosiyasi mərkəzlərin sifarişlərini yerinə yetirməyə, açıq şəkildə danışıqlardan boyun qaçırmağa, təxribatlar törətməyə, danışıqlar prosesini pozmağa başladı. Dekabrın 7-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin moderatorluğu ilə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü keçiriləcəkdi. Baş nazir Nikol Paşinyan bu görüşdə Fransa Prezidenti Emmanuel Makronun da mütləq şəkildə iştirak etməsi tələbini irəli sürdü. Azərbaycan əleyhinə qərəzli fikirləri, ermənipərəst mövqeyi ilə yadda qalan Makronun belə bir görüşdə iştirakı rəsmi Bakı üçün qəbuledilməz idi. Çünki Fransa Senatı və Milli Assambleyası bu görüş ərəfəsində ölkəmizə qarşı qərəzli qətnamələr qəbul etmişdi”.

Politoloq ötən ilin dekabrında Azərbaycan, Rusiya, Ermənistan xarici işlər nazirlərinin Moskvada planlaşdırılan görüşünə də diqqət çəkib. Bildirib ki, Laçın-Xankəndi yolunda baş verən prosesləri bəhanə edən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu görüşdə iştirak etməyib:

“Maraqlı burasıdır ki, Mirzoyanın görüşə qatılmayacağını Rusiya xarici işlər naziri Sergey Lavrov yalnız mətbuatdan öyrənmişdi. Bütün bunlara baxmayaraq, 2023-cü ildə sülh müqaviləsinin imzalanması aktualdır, gözləniləndir. Belə bir müqavilənin imzalanması sülhü gətirəcək. Sülhün alternativi isə Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, müharibədir. Müharibə itkilərlə, dağıntılarla, tələfatlarla müşayiət olunur. Azərbaycan üçün bu, çıxış yolu deyil. Rəsmi Bakı siyasi və diplomatik yolla problemlərin həllinin tərəfdarıdır. Həm ölkə başçısının, həm də xarici işlər naziri Ceyhun Bayramovun dilindən bu, dəfələrlə bəyan edilib”.

İ.Hüseynov ABŞ-ın nüfuzlu “Foreign Policy” nəşrinin 2023-cü ildə dünyanın 10 qaynar nöqtəsində müharibə olacağına dair proqnoz verdiyini xatırladıb. Qeyd edib ki, nəşrin analitiklərinə görə, Azərbaycanla Ermənistan arasında da müharibə riski var:

“Üçtərəfli birgə bəyanatın 4-cü və 9-cu bəndinin icra olunmaması, Ermənistanın qeyri-konstruktiv mövqeyi, rəsmi İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və digər proseslər müharibə ehtimalını gücləndirir. 2022-ci ildə qısamüddətli döyüşlərin olması buna əyani misaldır. İstəməzdik ki, 2023-cü ildə də oxşar hadisələr təkrarlansın. Lakin Ermənistan tərəfi Azərbaycan üçün başqa çıxış yolu qoymayacağı, ölkəmizi təxribatlara sürükləməyə davam edəcəyi, diversiya qruplarının təminat yollarımızı yenə minalamağa cəhd edəcəyi təqdirdə müharibə qaçılmaz olacaq. Ermənistan bununla Azərbaycana başqa çıxış yolu qoymayacaq. Biz istərdik ki, regionda dayanıqlı sülh formalaşsın, təhlükəsizlik mühiti gücləndirilsin, ən nəhayət sülh müqaviləsi imzalansın ki, Zəngəzur dəhlizi açılsın, Naxçıvan blokadadan çıxa bilsin, region hərbsizləşdirilsin, Ermənistan ordusunun qalıqları Xankəndini tərk eləsin. Bununla Üçtərəfli birgə bəyanatdan irəli gələn məsələlər kompleks şəkildə həllini tapacaq. Amma təəssüflər olsun ki, Ermənistan müxtəlif geosiyasi mərkəzlərin əlində alət olmaqda davam edir, kövrək sülhü pozur, vaxtı uzatmaqla məşğul olur. Təbii ki, bu, rəsmi Bakı üçün qəbuledilməz yanaşmadır”.

Oxunub: 228
Paylaş:
Digər xəbərlər

gundem / manset

1-01-2023, 12:36

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 21:13
    Qəhrəmanlıq simvolu: Bu gün Şəhid Xudayar Yusifzadənin doğum günüdür.
  • Dünən, 12:08
    Arı sancdı, 1 ay komada qaldı
  • Dünən, 12:05
    “Azeri Light” bu gün neçəyə satılır?
  • Dünən, 12:01
    16 yaşlı oğlanın motosikletlə vurduğu qadın öldü
  • Dünən, 11:59
    Bu yollarda sıxlıq var
  • Dünən, 11:56
    Komandalar dünya çempionatında nə qədər qazandı?
  • Dünən, 11:49
    İspaniyada 1180 nəfər istidən öldü
  • Dünən, 11:45
    Tələbələrin köçürülməsi prosesinə start verildi
  • Dünən, 11:36
    Adaşından sonra ilk ola bilər...
  • Dünən, 11:25
    Binəqədidə bu küçəyə asfalt çəkildi
  • Dünən, 11:22
    Xətaidə “Dahi” adlı konsert keçirildi
  • 14-07-2025, 16:59
    Peşəkarlıq, vətənpərvərlik və insani dəyərlərə sədaqət nümunəsi – Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzinin əməkdaşları
  • 14-07-2025, 13:28
    46 yaşlı usta iş yerində öldü
  • 14-07-2025, 13:25
    “Neftçi” İsrail və Polşa klubları ilə qarşılaşacaq
  • 14-07-2025, 13:22
    Sessiya başa çatdı
  • 14-07-2025, 13:20
    Xüsusi icra məmurları ilə bağlı yeni qanun
  • 14-07-2025, 13:17
    “Unibank” 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqladı
  • 14-07-2025, 13:14
    Əmlakın qeydiyyatı haqda - Yeni prosedur
  • 14-07-2025, 13:10
    ADY onlayn bilet alışını təşviq edir
  • 14-07-2025, 13:08
    Torpaq sahəsində dövlətin səlahiyyəti artırılır
  • 14-07-2025, 13:06
    Üzərinə həbs qoyulmuş əmlakla bağlı bu prosedur asanlaşdırılır
  • 14-07-2025, 13:00
    Torpaq üçün canından keçən Milli Qəhrəmanının övladının torpağı əlindən alındı!... – Beyləqan notariatı hansı maraqlara xidmət edir?!... “Azərşəkər” MMC hansı “rol”dadı? Füzuli RİH başçısının hansı maraqları var?
  • 13-07-2025, 16:28
    Prezident monteneqrolu həmkarını təbrik etdi
  • 13-07-2025, 16:15
    Pezeşkian İsrailin hava zərbəsi zamanı yaralanıbmış
  • 13-07-2025, 16:13
    Çimərlik planı quranların diqqətinə!
  • 13-07-2025, 16:11
    Polis istirahət zonalarında fasiləsiz xidmət aparır
  • 13-07-2025, 16:08
    Ukraynalı polkovniki qətlə yetirən Rusiya agentləri zərərsizləşdirildi
  • 13-07-2025, 16:06
    Suriya və İsrail rəsmiləri Bakıda görüşüb - KİV
  • 13-07-2025, 16:03
    Qızmar diskomfort hava olacaq - Açıq havada qalmayın
  • 13-07-2025, 16:00
    Partlayışda xəsarət alaraq ölən polkovnik-leytenantın atasıdır - Yenilənib
  • 13-07-2025, 15:57
    Xanımına maşın sürməyi öyrədirmiş - Yenilənib + Video
  • 13-07-2025, 15:55
    İki il əvvəl itkin düşən Rasimin qalıqları tapılıb?
  • 12-07-2025, 12:41
    “Mən Poladdan yazıram”
  • 12-07-2025, 12:18
    Ərdoğan: Bu gündən etibarən Türkiyə üçün yeni tarixi səhifə açıldı
  • 12-07-2025, 12:15
    “Biz nə etdiyimizi çox yaxşı bilirik, heç kim qorxmasın” - Ərdoğan
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə