• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

20 Yanvar-Azərbaycan xalqının unudulmaz tarixi

gundem / manset

18-01-2023, 07:30

20 Yanvar-Azərbaycan xalqının unudulmaz tarixi
Bu gün hüzün günü, qəm günü deyil,
Fəxarət günüdür, qürur günüdür.
Xalqın varlığını təsdiq eləyən,
Şərafət günüdür, möhür günüdür.
20 yanvar. Bu qanlı faciədən 33 il ötür. Ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir.
Bəli, düz 33 il əvvəl baş vermiş bu qanlı faciə yaşından, peşəsindən, siyasi mövqeyindən asılı olmayaraq bütün Azərbaycan xalqını yumruq kimi birləşdirdi. Bu birlik heç bir siyasi, hüquqi, insani normaya sığmayan vandallıq aktına – qəfil müdaxilə ilə Azərbaycana soxulmuş sovet qoşunları tərəfindən törədilən hərbi-siyasi cinayətə etirazın, keçmiş sovetlər imperiyasına inamsızlıq və nifrət hissinin birliyi idi...
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
İllər ötdü, Azərbaycan xalqı yenidən birləşdi, bir nöqtəyə vuran dəmir yumruğa çevrildi. Bu dəfəki birlik 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbə sevincinin, xalqın dövlətinə, ordusuna, müzəffər Ali Baş Komandanına sonsuz inam və rəğbətin birliyi idi!
Düz 33 ildir hər il yanvarın 20-də yüz minlərlə insan müqəddəs ziyarətgaha çevrilmiş Şəhidlər Xiyabanına gəlir, Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərini ağrı və məhəbbətlə yad edir...
20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu qanlı hadisələrdən 33 il keçməsinə baxmayaraq, xalqımız 20 Yanvar faciəsi qurbanlarının o qanlı gecədə nümayiş etdirdiyi birliyi heç vaxt unutmayacaq.
Vətənpərvərliyin ən ali zirvəsi-şəhidlikdir. Vətənin qorunması, müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır.
Ədliyyə işçiləri olaraq hər birimiz 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur, faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətimizi bildiririk.
Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şanlı-şərəfli bir tarixinə çevrilib. 1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol 2020-ci il sentyabr ayında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun 44 günlük Zəfər salnaməsi ilə ən mühüm zirvəsinə çatdı. Vaxtilə Şəhidlər xiyabanına gəlib, şəhidləri ziyarət edən gənclər özləri qəhrəmanlıq dastanı yazdılar. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər, müstəqilliyimizi və suveren hüquqlarımızı təmin etdilər. Bu gün biz ötən dövrlərə baxıb qürur hissi ilə 20 Yanvar şəhidlərini yad edirik. Ona görə də biz Qanlı Yanvar hadisəsini yalnız faciə kimi qiymətləndirmirik. Bu gün həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın ən şərəfli səhifələrdən biridir. Bu gün 20 Yanvar faciəsi müstəqil dövlətçiliyimizin rəmzi abidəsinə çevrilib. Azərbaycan xalqı xoşbəxtdir ki, güclü ordusu və qətiyyətli lideri vardır. Xalq-ordu-rəhbər birliyi xalqımızın bir daha faciələrlə, soyqrımlarla sınağa çəkilməyəcəyinə tam təminat verir. Azərbaycan xalqı tariximzdə silinməz izlər qoyan “Qara Yanvar”ı və onun qurbanlarını unutmur və şübhəsiz ki, heç vaxt da unudulmayacaq. Xalqımız daim faciə qurbanlarını dərin ehtiramla yad edəcək. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin, sarsılmaz birliyimizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaq.
Xalqımızın öz müstəqilliyi naminə verdiyi bu şəhidlər müasir dövrümüzün qəhrəmanlıq tarixinin əsasını qoydu. Onların xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır. Vətən yolunda, el yolunda şəhid olanlar heç vaxt unudulmurlar və onların xatirəsi nəsillər dəyişsə də, ürəklərdə əbədi qalacaq.


Rəna Axundova
Suraxanı rayon qeydiyyat şöbəsinin rəisi

Oxunub: 281
Paylaş:
Digər xəbərlər

gundem / manset

14-01-2023, 18:58

Qanlı 20 Yanvar faciəsi tariximizin, xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 18:48
    “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər”
  • Dünən, 18:41
    Liderlərin səmimi görüntüləri
  • Dünən, 16:03
    “Zəruri olmayan xərclər üçün borc götürməyin” - AMB rəsmisi
  • Dünən, 12:50
    Davud Qüdrətov – həkimlik peşəsinə sədaqət, insan sağlamlığına xidmət nümunəsi
  • Dünən, 11:42
    Azərbaycan- Laos əlaqələri
  • Dünən, 11:40
    Türkmənistan Prezidenti də Bakıdadır
  • Dünən, 11:20
    Yeni tərəfdaşlıq coğrafiyası: Azərbaycan -Laos
  • Dünən, 11:19
    Münasibətlərin tərəfdaşlıq səviyyəsi mühüm hadisədir
  • Dünən, 11:12
    Laos-Yanardağ körpüsü
  • Dünən, 11:09
    Uzaq-yaxın məmləkətlər
  • Dünən, 11:08
    Qarşılıqlı hörmətə, ortaq maraqlara əsaslanan siyasət
  • Dünən, 11:07
    Azərbaycan-Laos münasibətləri möhkəm dostluğa əsaslanır
  • 14-10-2026, 13:10
    "İnanc bəhanə, uşaqlar vasitə, məktəb qarşıdurma meydanı olmamalıdır!"
  • 14-10-2026, 09:12
    Bakının bir sıra ərazilərində qaz kəsiləcək
  • 14-10-2026, 09:07
    Çarpayıdan yıxılan 1 yaşlı uşaq xəstəxanada öldü
  • 14-10-2026, 09:03
    “Breaking Bad”in ulduzu intihar edibmiş
  • 14-10-2026, 08:59
    100 minlik borc qalmaqalı ilə gündəmə gələn səfir istefa verdi
  • 14-10-2026, 08:54
    Bu ölkədə orduya ən yüksək döyüş hazırlığı əmri verildi
  • 14-10-2026, 08:49
    Anasının dəfninə getməyib “TikTok”da sərvət qazanmışdı - Səbəbini açıqladı
  • 14-10-2026, 08:39
    Bir sıra ərazilərdə işıq olmayacaq - Yenilənib
  • 14-10-2026, 08:35
    Təyyarəni taxtabitilər basdı - Reys ləğv olundu
  • 14-10-2026, 08:30
    Roma Papasında ağciyər xərçəngi aşkarlandı - Yenilənib
  • 14-10-2026, 08:27
    Yedikləriniz əhvalınıza təsir edirmiş
  • 13-10-2026, 16:06
    “Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
  • 13-10-2026, 13:30
    Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
  • 13-10-2026, 10:57
    AZAL doqquz ayda 14,1 min reys həyata keçirib
  • 13-10-2026, 10:52
    Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar...
  • 13-10-2026, 10:48
    Moskvaya bu ilin ən böyük dron hücumlarından biri olub
  • 13-10-2026, 10:44
    Bir filmdən daha artıq - 5 ilə çəkilmiş “44” təqdim edildi - Fotolar
  • 13-10-2026, 10:38
    “Sabah” Bakıda ilk ÇL matçına çıxır
  • 13-10-2026, 10:34
    Ulduz yox, meteor yağacaq
  • 13-10-2026, 10:30
    Əfsanə 40 ildən sonra geri qayıdır - Tam elektrikli olacaq
  • 13-10-2026, 10:18
    Oktay Kaynarca “Milyoner”dən ayrıldı
  • 13-10-2026, 10:15
    104 yaşlı tısbağanı əməliyyat edəcəklər
  • 13-10-2026, 10:11
    Tramp üçün 276 milyonundan keçdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə