• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Yuri Mavaşev: “ABŞ Türkiyə ilə münasibətlərdə böyük səhvlərə yol verir” - MÜSAHİBƏ

gundem / manset

30-01-2023, 13:02

Yuri Mavaşev: “ABŞ Türkiyə ilə münasibətlərdə böyük səhvlərə yol verir” - MÜSAHİBƏ
İsveçdə bir sıra anti-Türkiyə və İslam əleyhinə çıxışlardan, Quranın yandırılması ilə bağlı hərəkətlərdən sonra bu ölkənin Xarici İşlər Naziri Tobias Billström etiraf etmək məcburiyyətində qalıb ki, İsveçin NATO-ya daxil olması prosesi dayandırılıb. Doğrudur, o, Stokholmun bu ilin iyul ayında Vilnüsdə keçiriləcək sammitdə Şimali Atlantika Alyansına qoşulmağına icazə veriləcəyinə ümidli olduğunu da əlavə edib.

Eyni zamanda, İsveç siyasətçiləri vəziyyəti gərginləşdirməkdə davam ediblər. Belə ki, İsveç Demokrat Partiyasının baş katibi Riçard Comşof Türkiyənin qəzəbinə cavab olaraq daha 100 Quranın yandırılmasını təklif edib. Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandıran Danimarkanın ifrat sağçı “Hard Deal” partiyasının lideri Rasmus Paludan Rəcəb Tayyib Ərdoğana müraciət edərək İsveçi NATO-ya qəbul etməyə çağırıb. Əks halda, o, “söz azadlığının” təzahürü adlandırdığı əməllərini davam etdirəcəyini bildirib.

Rusiyada Yeni Türkiyə Tədqiqat Mərkəzinin direktoru Yuri Mavaşev Oxu.Az-a müsahibəsində söyləyib ki, Türkiyə səfirliyi qarşısında Quranın yandırılması kimi hadisələr ikitərəfli münasibətlərə mənfi təsir göstərir:

- Bundan əlavə, baş verənlər İsveçə sivilizasiya baxımından müsbət rəng qatmır. Eyni zamanda aydındır ki, istənilən ölkədə Quranı yandırmağa hazır olan marginal qruplar var. Mən İsveç Krallığının islamofob ölkə olduğunu düşünmürəm. Orada kifayət qədər çoxlu müsəlman yaşayır. Marginalların müxtəlif formalarda keçirilmiş aksiyaları Avropanın bir çox ölkəsində baş tutub. Türkiyədə bu yolverilməz hərəkətlərin qeyri-rəsmi şəxslər tərəfindən edildiyini yaxşı bilirlər, baxmayaraq ki, bunu edənlər müəyyən partiyaların nümayəndəsidirlər.

Türkiyədə may ayında keçiriləcək prezident və parlament seçkilərindən sonra vəziyyətin necə inkişaf etdiyini görəcəyik. Hesab edirəm ki, Ankaranın İsveç və Finlandiyanın NATO-ya daxil olmasına mane olmaq üçün heç bir əsası olmayacaq. Bəzi media orqanlarının yazdıqlarına və bəzi siyasətçilərin, məsələn, parlamentdə təmsil olunmayan “Vətən” partiyasının bəyanatlarına baxmayaraq, Türkiyə NATO-dan çıxmaq fikrində deyil. Rusiyanın nə deməsindən asılı olmayaraq, Türkiyənin NATO-da qalmaqdan başqa alternativi yoxdur. Hələ Ukraynada hərbi əməliyyatlar başlamamışdan əvvəl yüksək vəzifələrdə təmsil olunan türkiyəli məmurlar məndən dəfələrlə soruşdular: Rusiya Federasiyası bizi NATO-dan çıxmağa çağırır, bəs bunun müqabilində Rusiya bizə nə təklif edə bilər? Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını? Aydındır ki, bu əvvəl də qeyri-ciddi təkliflər idi, indi isə xüsusən qeyri-ciddidir. NATO isə hansısa zəmanətlər deməkdir. Aydındır ki, Türkiyə indi fərqli ölkədir, Şimali Atlantika Alyansı da artıq başqadır. Amma buna baxmayaraq, Türkiyə NATO-da olub və olacaq, bunu başa düşmək lazımdır.

- Bəs siz ABŞ və Türkiyə arasındakı mürəkkəb münasibətlər haqqında nə düşünürsünüz? Vaşinqton Ankaraya təzyiq edir, şimal ölkələrinin NATO-ya daxil olmasına razılıq tələb edir, bunun müqabilində isə Türkiyəyə “F-16” qırıcılarının tədarükü məsələsini hansısa yolla həll edəcəyini vəd edir. Lakin konkret vaxt deyilmədən. Eyni zamanda, bu qərarın verilməsində əsas səlahiyyətə malik olan amerikalı senatorlar qırıcılarının Ankaraya verilməsinə qəti qarşı çıxır.

- ABŞ Türkiyəyə qarşı qeyri-konstruktiv siyasət aparır. Vaşinqton məsələləri həddindən artıq qəlizləşdirir. Biz yaxşı xatırlayırıq ki, “F-16”, ümumiyyətlə, danışa biləcəyimiz mövzular arasında minimum məsələdir. Belə ki, Türkiyə beşinci nəsil çoxməqsədli qırıcı “F-35”in yaradılması proqramında iştirak edib, onun hissələrini istehsal edib. Əgər Birləşmiş Ştatlar heç olmasa “F-16” ilə bağlı verdiyi vədləri yerinə yetirməsə, bu, ittifaqı parçalanmaya və onun gələcəyini qeyri-müəyyən perspektivə məruz qoya bilər.

Bir daha qeyd etmək istəyirəm ki, ABŞ Türkiyəyə münasibətdə böyük səhvə yol verir, özünü nəinki nəzakətsiz, hətta rəzil aparır. Aydındır ki, burada Ankaraya qarşı ciddi lobbiçilik cəhdlərindən də danışmaq olar. Bu, təkcə Rəcəb Tayyib Ərdoğanın dövründə deyil, ümumiyyətlə, bütün zamanlar üçün ABŞ-Türkiyə münasibətlərini təhlükə altına qoyur. Əgər ABŞ bu cür davranmağa davam edərsə, o zaman mən heç bir türk siyasətçisinin gələcəkdə amerikapərəst siyasət apara biləcəyini təsəvvürümə belə gətirə bilmirəm. Aydındır ki, Yaxın Şərqlə məşğul olan amerikalı analitiklər və diplomatlar var ki, onlar da bu kursun yanlış olduğunu bilirlər. Türkiyə regionun əsas ölkəsidir, NATO-nun ən mühüm üzvüdür. Əgər ABŞ bunu anlamasa və Türkiyə ilə möhkəm münasibətlər qurmağa başlamasa, bu, Vaşinqton üçün böyük səhv olacaq.

Nair Əliyev

Oxunub: 239
Paylaş:
Digər xəbərlər

dunya / manset

24-01-2023, 08:29

Dövlət Departamenti Quranın yandırılması barədə: “Türkiyə və İsveçin arasını vurmağa cəhd ediblər”

dunya / manset

26-01-2023, 08:09

Türkiyə MTŞ: “NATO-ya üzv olmaq istəyən dövlətlər müttəfiqliyə riayət etməlidir”

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 19:59
    Əvvəl Vəfa “Gündoğan” indi isə “Barisovna” olan “həkim” “Milano” hospitalda estetik əməliyyat edir?
  • Dünən, 09:03
    İran İsrailə qarşı raket hücumlarına başladı
  • Dünən, 09:00
    “İranda lider olmaq istəyən hər kəs ölür”
  • Dünən, 08:54
    Senat Trampın səlahiyyətlərini məhdudlaşdırmağı rədd etdi
  • Dünən, 08:52
    Adı qalmaqallarda hallanan, atasının “qapıçısı” olan - Müctəba Xamenei kimdir?
  • Dünən, 08:49
    “Beşiktaş” və “Fənərbaxça” 1/4 finalda
  • Dünən, 08:47
    “İran ABŞ ilə danışıqlara başlamayacaq”
  • Dünən, 08:42
    “İrana pulsuz nüvə yanacağı təklif etdik” - Danışıqların təfərrüatı
  • Dünən, 08:01
    NATO İrana hücumları dəstəkləmək üçün - O bəndi tətbiq edəcək
  • Dünən, 07:59
    Bu ölkə bütün qida məhsulları ixracını qadağan etdi
  • Dünən, 07:57
    İran İsraili Dimon nüvə reaktorunu vurmaqla hədələdi
  • Dünən, 07:52
    Küveyt səhvən 3 ABŞ F-15 qırıcısını vurub
  • 4-03-2026, 13:23
    Enerji təhlükəsizliyində yeni mərhələ
  • 4-03-2026, 12:24
    Yol Quruculuğunda Peşəkarlıq və Sədaqət Nümunəsi – İlham Əzimov
  • 4-03-2026, 10:39
    Dağ saflığına bələnən şair - Tapdıq Əlibəyli - 65
  • 4-03-2026, 10:24
    Aşıq İsgəndər Ağbabalının 100 illik yubileyinə hazırlıq.
  • 4-03-2026, 08:24
    Hind okeanında ABŞ esminesi vuruldu
  • 4-03-2026, 08:22
    “9 min amerikalı bölgəni tərk edib”
  • 4-03-2026, 08:20
    Dron uçuşları və hava çəkilişlərini qadağan etdilər
  • 4-03-2026, 08:18
    İran İsrail Müdafiə Nazirliyini vurduğunu açıqladı
  • 4-03-2026, 08:15
    BƏƏ həmin xəbəri təkzib etdi
  • 4-03-2026, 08:13
    İsrail İrana geniş hücum dalğasına başladı
  • 4-03-2026, 08:11
    “Lazım gəlsə, Hörmüzdən keçən tankerləri müşayiət edəcəyik”
  • 4-03-2026, 08:09
    “Hörmüzdə 10 tankeri vurduq”
  • 4-03-2026, 08:07
    İran bu ölkədəki ABŞ bazasını hədəf aldı
  • 4-03-2026, 08:05
    “İranda nüvə silahı aşkar edilməyib”
  • 3-03-2026, 20:26
    Qəhrəmanın yolu və ya azadlığa gedən yolun fəlsəfi traktatı
  • 3-03-2026, 08:52
    ABŞ hərbçiləri bu ölkədə etirazçılara atəş açdı
  • 3-03-2026, 08:50
    Ulduz futbolçu İran üçün orduya qoşulmaq istəyir
  • 3-03-2026, 08:48
    “Səfirliyimizə hücuma tezliklə cavab veriləcək”
  • 3-03-2026, 08:45
    “ABŞ əsgərlərinin toplandığı ərazini vurduq, 40-ı ölüb”
  • 3-03-2026, 08:43
    “Real”dan gözlənilməz məğlubiyyət
  • 3-03-2026, 08:41
    “Hörmüz boğazı bağlandı, keçməyə çalışan hər bir gəmini vuracağıq”
  • 3-03-2026, 08:39
    İrandan İsrailə cavab hücumları
  • 3-03-2026, 07:58
    “O ölkələri dərhal tərk edin!” - ABŞ-dən xəbərdarlıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə