• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Rusiya və Belarusun birləşməsi, yoxsa Ukraynaya rəsmi müharibə elanı? - Andreas Umlandın ŞƏRHİ

gundem / manset

17-02-2023, 12:23

Rusiya və Belarusun birləşməsi, yoxsa Ukraynaya rəsmi müharibə elanı? - Andreas Umlandın ŞƏRHİ
“Formal olaraq Rusiya ilə Belarus arasında 1999-cu ildə imzalanmış İttifaq dövlətinin yaradılması haqqında saziş var. Müqavilə ratifikasiya olunub, ona görə də bu, sadəcə, bəyannamə deyil. Bunu nəzərə alsaq, çox güman ki, Rusiya və Belarusun “tarixi birləşməsi”, ya buna bənzər nəsə elan edilə bilər”.

Bunu Stokholm Şərqi Avropanın Öyrənilməsi Mərkəzinin analitiki, alman politoloq Andreas Umland fevralın 21-də Kreml rəhbəri Vladimir Putinin Federal Məclisdə gözlənilən çıxışına, həmçinin ekspertlərin həmin tarixdə Rusiya və Belarusun “tarixi birləşməsi” məsələsinin həll oluna biləcəyi barədə proqnozunu Oxu.Az-a şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu, Rusiya ictimaiyyətinin diqqətini Ukraynadakı uğursuzluqlardan yayındırmaq və imperiya planlarının uğursuzluğunu Belarusla birləşmənin elanı ilə kompensasiya etmək üçün manevr ola bilər.

“Bu istisna edilmir, amma yenə də etibarlı məlumat yoxdur. Bu, bilərəkdən dezinformasiya ola bilər, amma Putinin mesajında ​​başqa şeydən danışılacaq. Ukrayna haqqında yeni nəsə deyəcəyini gözləyirəm. Ola bilsin ki, rəsmi müharibə elan olunacaq – “üçüncü vətən müharibəsi” və ya buna bənzər bir şey. Amma dediyim kimi, Belarus məsələsini də istisna etmirəm”, - deyə o izah edib.

Politoloq bu halda onu daha çox, hətta indi yox, gələcəkdə olsa belə, bu birləşmənin necə olacağının maraqlandırdığını vurğulayıb:

“Bu, öz strukturuna malik yeni dövlət olacaq? İttifaq Dövlətinin prezidenti ortaya çıxacaq? Yoxsa Belarus, sadəcə, ayrı-ayrı regionlar şəklində Rusiya Federasiyasının tərkibinə daxil ediləcək?..”

Andreas Umland həmçinin Rusiyanın təcavüzünün başlanmasının ildönümü ərəfəsində səslənən fərqli bəyanatlar, nəzərəçarpacaq dərəcədə artan gərginlik və nüvə zərbələrinin mümkünlüyü ilə bağlı fikirlər fonunda “Ukrayna cəbhəsi”ndə baş verənlərə də toxunub. Onun sözlərinə görə, hazırda situasiya donmuş vəziyyətdədir.

“Bəli, Rusiya Donbasda müəyyən irəliləyişlər əldə edir, lakin bunlar o qədər də əhəmiyyətli nailiyyətlər deyil, üstəlik, Rusiya ordusunda böyük itkilərə səbəb olur. Vəziyyət bundan sonra necə inkişaf edəcək - bilmirəm. Çox şey hərbi yardımın Ukraynaya nə qədər tez çatmasından asılıdır”, - deyə ekspert əlavə edib.

Politoloq ümumiyyətlə müharibə başlayandan bəri həmişə Belarusla bağlı ssenari olduğunu vurğulayıb.

“Güman edilirdi ki, Rusiya Ukraynanı şimaldan (Belarusdan) işğal etməyə çalışacaq. Məqsəd logistika və kommunikasiya dəhlizlərini qırmaq və Kiyevi, ölkənin mərkəzini, şərq və cənub bölgələrini Avropa İttifaqı ilə əlaqədən ayırmaq, həmçinin Qərbdən gələn tədarükləri kəsmək idi, çünki praktiki olaraq hava və dəniz əlaqəsi yoxdur. Əgər belə bir şey olsaydı, Ukrayna üçün çox çətin olardı”, - deyə A.Umland sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Oxunub: 201
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:38
    Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Memorandum imzalanıb
  • Bu gün, 11:16
    Hikmət Hacıyev həmin tarixdən yazdı
  • Bu gün, 11:12
    “İmişli” “Turan Tovuz”a , “Zirə” “Kəpəz”ə qarşı
  • Bu gün, 11:07
    “Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
  • Bu gün, 11:02
    Müstəqilliyimizin bərpasından 35 il keçir
  • Bu gün, 10:58
    Azad Xudafərinin altıncı ili
  • Bu gün, 10:45
    Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı - Paylaşım
  • Dünən, 17:30
    Din, uşaqların gələcəyi və seçim azadlığı
  • Dünən, 10:59
    İran Hörmüzün açılması üçün şərtini açıqladı
  • Dünən, 10:54
    BMT-də Baş katib seçkiləri dalana dirəndi - “Böyük beşlik” veto qoydu
  • Dünən, 10:49
    Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
  • Dünən, 10:45
    Yasamal RİH başçısı sakinlərlə görüşdü
  • Dünən, 10:34
    Gəncədə qanunsuz tikinti işləri araşdırılır
  • Dünən, 10:29
    Ramiz Mehdiyev YAP-dan çıxarıldı - Təltiflərindən məhrum edilməsi təklif olundu
  • Dünən, 10:23
    Füzuli: Zəfərdən dirçəlişə
  • 16-10-2026, 20:22
    ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
  • 16-10-2026, 18:59
    Cəmilə Sixəliyeva – uşaqların gələcəyinə sevgi və qayğı ilə yanaşan rəhbər
  • 16-10-2026, 17:58
    MEHRİBAN SULTANOVA: “DÖVLƏTÇİLİYİMİZİN MÖHKƏMLƏNMƏSİ, MİLLİ BİRLİYİMİZİN QORUNMASI VƏ VƏTƏNPƏRVƏR NƏSLİN YETİŞDİRİLMƏSİ HƏR BİRİMİZİN ƏSAS VƏZİFƏSİDİR”
  • 16-10-2026, 17:00
    Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
  • 16-10-2026, 13:49
    Azərbaycan-Laos münasibətlərində yeni yol xəritəsi formalaşır
  • 16-10-2026, 13:15
    Vətən olub torpağa qarışdılar...
  • 16-10-2026, 09:40
    Milli Məclisin komissiyası bəyanat yaydı
  • 16-10-2026, 09:34
    Məktəbin şüşələrini sındıran şəxs həbs edildi
  • 16-10-2026, 09:19
    Pedro Sançezə qarşı istintaq başladı
  • 16-10-2026, 09:12
    Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
  • 16-10-2026, 09:08
    “Şamaxı” “Şəfa”ya, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı
  • 16-10-2026, 09:01
    “Profili bağlı idi, şəklinə baxanda xoşuma gəldi” - Videomüsahibə
  • 16-10-2026, 08:52
    Nişanlısı “ya anan, ya mən” deyibmiş - Məşhur aktyorun intiharının pərdəarxası
  • 16-10-2026, 08:48
    Senatorlara şübhəli tozlu zərflər göndərildi - Seçkiöncəsi həyəcan siqnalı
  • 16-10-2026, 08:42
    ABŞ-də ibtidai məktəbə silahlı hücum - 3 şagird və 1 müəllim öldürüldü
  • 16-10-2026, 08:38
    İrana qarşı yeni sanksiyalar elan etdilər
  • 16-10-2026, 08:31
    69 ölkədən tarixi qərar
  • 16-10-2026, 08:26
    “1979-dan bəri belə çətinliklə üzləşməmişik”
  • 15-10-2026, 18:48
    “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər”
  • 15-10-2026, 18:41
    Liderlərin səmimi görüntüləri
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə