• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Bütün sahələrə qayğı və diqqət Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

gundem

26-02-2023, 16:22

Bütün sahələrə qayğı və diqqət Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərindən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır. O, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı böyük və şərəflə yerinə yetirmişdir. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ilini hər birimiz böyük həyəcan və sevinclə qarşılamağa hazırlaşırıq. 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev ili" elan olunması qərarı bu dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq.
Ümummilli lider bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş, respublikamızın malik olduğu bütün imkanlardan onun inkişafı üçün istifadə etmişdir. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndər, Ümummilli liderimiz Heydər Əliyev bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi diqqət yetirirdi. Heydər Əliyev Azərbaycan gəncliyinin uğurlu sabahına inanırdı. Ulu öndərin gəncliyə göstərdiyi qayğının bir təzahürü kimi 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarix "Azərbaycan gəncləri günü" elan edilmişdir. Həmin ildən bəri hər il fevralın 2-si respublikanın gəncləri bu günü qeyd edirlər.
Gəncliyə göstərilən dövlət qayğısı, onlarla bağlı qəbul edilən qərarlar gənc nəslin xoşbəxt gələcəyinə hesablanan addımlar idi. Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənənələrimizin, milliliyimizin inkişafı məsələsini də diqqətdə saxlayırdı.
Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm verən ümummilli lider Ana dilimizin-Azərbaycan dilinin adını özümüzə qaytarmışdır. 21 fevral bütün dünyada Beynəlxalq ana dili günü kimi qeyd olunur. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması məhz ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətin nəticəsi idi. Heydər Əliyev Azərbaycan dilinə həmişə layiqincə diqqət yetirmişdir. 26 fevral Xocalı faciəsi özünün hüquqi-siyasi qiymətini yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra aldı. Xocalı soyqırımına ilk dəfə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkə Parlamenti tərəfindən siyasi-hüquqi qiymət verilib. 26 fevral tarixi Xocalı soyqrımı Günü elan olunub. Heydər Əliyev bütün sahələrdə olduğu kimi ədliyyə sahəsində də mütərəqqi və davamlı islahatlar həyata keçirirdi.Ədliyyə sisteminin təkmil bir struktur kimi formalaşması və inkişafında əvəzsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin sərəncamı ilə hər il ölkəmizdə noyabrın 22-də ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur.
Ümummilli lider Heydər Əliyev ədliyyə sahəsinə diqqət və qayğı ilə yanaşırdı. Bu gün müasir ədliyyə sisteminin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Ədliyyə işçiləri olaraq hər birimiz Heydər Əliyev ideyalarını bundan sonra da uğurla həyata keçirəcəyik. Müasir Azərbaycanın memarı və qurucusu olan dahi Heydər Əliyevin adı qəlbimizdə əbədi qalacaqdır. Ümummilli liderin həyat yolu bizim üçün bir örnəkdir. Ədliyyə işçiləri kimi ulu öndər Heydər Əliyevin xatirəsini əziz tutur, bu dahi şəxsiyyətin adını və əməllərini daim qəlbimizdə yaşadırıq. Ədliyyə işçiləri olaraq hər birimiz böyük dahi şəxsiyyətin əziz və unudulmaz xatirəsini hər zaman dərin ehtiramla anacayıq. Ulu öndərin yüksək ideyaları zamanın sınaqlarından uğurla çıxaraq dövlətimizin inkişaf yolunu daima işıqlandıracaq. Heydər Əliyevin əməlləri, müqəddəs ideyaları və arzuları hər birimizin qəlbində əbədi yaşayacaq, yaşadılacaq.

Gültən Abdullayeva
3 saylı Bakı Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri

Oxunub: 279
Paylaş:
Digər xəbərlər

gundem / manset

22-02-2023, 11:50

Müasir Azərbaycan ədliyyəsinin inkişafında ulu öndər Heydər Əliyevin rolu danılmazdır

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 18:02
    Hər bir şəxsiyyətin ömür dəyəri və miqyası mənəviyyatla ölçülür...
  • Dünən, 14:55
    Matviyenko Mehriban Əliyevanı təbrik etdi
  • Dünən, 13:31
    Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
  • Dünən, 11:43
    DİN-dən sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı - Xəbərdarlıq
  • Dünən, 11:38
    Prezident həmkarını təbrik etdi
  • Dünən, 11:32
    Yol polisindən əlverişsiz hava şəraiti ilə bağlı çağırış
  • Dünən, 11:27
    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
  • Dünən, 11:17
    Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi
  • Dünən, 11:09
    Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
  • Dünən, 10:34
    Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün əyləncə tədbiri keçirildi
  • 26-08-2026, 17:58
    Astara gəncləri “Səyyar Gənclər Xidməti”nin imkanlarından yararlanırlar
  • 26-08-2026, 17:17
    Salam, azad Laçınım!
  • 26-08-2026, 16:08
    Ustadıma vəfa borcum... – Nəriman Həsənzadənin əziz xatirəsinə
  • 26-08-2026, 15:32
    MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
  • 26-08-2026, 15:29
    Rusiyadan gətirilən sosislərdə salmonella iddiası: AQTA nəticəni açıqladı
  • 26-08-2026, 15:24
    Sarkisyanın ölkədən çıxışına qadağa qoyuldu
  • 26-08-2026, 15:20
    “Milyonçu”dan sonra ikinci dəfə futbola qayıtdı...
  • 26-08-2026, 15:16
    “Hyundai Sonata” yük maşınına çırpıldı, ölən var - Foto
  • 26-08-2026, 15:09
    Baş nazirə Rusiyanın mümkün hücumu ilə bağlı - Xəbərdarlıq
  • 26-08-2026, 12:44
    “Tamstore” 100-cü mağazasını açaraq üçillik hədəfinə vaxtından əvvəl nail oldu
  • 26-08-2026, 12:05
    Ədliyyə naziri Yevlaxda vətəndaşları qəbul edəcək
  • 26-08-2026, 11:25
    Prezident “Sabah”ı təbrik etdi
  • 26-08-2026, 11:21
    Laçın Şəhəri Günü: Zəfərdən quruculuğa
  • 26-08-2026, 10:55
    Mehriban Əliyevanın doğum günüdür
  • 26-08-2026, 10:47
    Qısa ömrün sonsuz Vətən sevgisi
  • 25-08-2026, 15:47
    O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
  • 25-08-2026, 14:52
    Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Gəncə Ağır Cinayətlər Məhkəməsində şəffaf və obyektiv məhkəmə prosesini yüksək qiymətləndirdi
  • 25-08-2026, 14:46
    “Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi
  • 25-08-2026, 14:38
    Xətai rayonunda möhtəşəm musiqi gecəsi
  • 25-08-2026, 14:32
    Azərbaycan-Özbəkistan münasibətləri Türk dünyasının birliyinə töhfə verir
  • 25-08-2026, 14:10
    Ürəyi özündən böyük QADIN
  • 25-08-2026, 12:55
    Prezidentlə xanımı vida mərasiminə əklil göndərdi
  • 25-08-2026, 12:30
    Bu xəstəxanaya yeni direktor təyin olundu
  • 25-08-2026, 12:24
    Sloveniyada işləyə bilərsiniz - Bu sahələr üzrə 200-dən çox vakansiya var
  • 24-08-2026, 18:03
    Azərbaycanın füsunkar xanımı...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə