• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Azərbaycanın ilk milli xəbər agentliyi 103 yaşında

gundem / manset

1-03-2023, 11:31

Azərbaycanın ilk milli xəbər agentliyi 103 yaşında
Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın 103 yaşı tamam olur. Ötən bir əsrdə Azərbaycan Xalq Cümhuriyyətini Azərbaycan SSR, onu isə müstəqil Azərbaycan Respublikası əvəzlədi. Əgər agentliyin bu illər ərzindəki bütün xəbərlərini, fotolarını bir yerə toplamaq olsaydı, ölkəmizin və xalqımızın həyatının bitkin mənzərəsi yaranardı.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları milli xəbər agentliyinin yaradılmasının zəruriliyini yaxşı anlayırdılar. Hökumət bu məsələni 1919-cu il martın 3-də müzakirəyə çıxardı və müvafiq qərar qəbul edildi. Lakin müəyyən səbəblərə görə həmin qərar təxminən bir ilə yaxın kağız üzərində qaldı. Nəhayət, 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Teleqraf Agentliyi fəaliyyətə başladı. Bundan iki ay keçmədi ki, Azərbaycan bolşevik işğalına məruz qaldı və Cümhuriyyət hökuməti süquta uğradı. Milli Teleqraf Agentliyi cəmi 58 gün fəaliyyət göstərsə də, adını tarixə yazdıra bildi.

SSRİ dövründə Azərbaycanın milli informasiya agentliyinin adı yeddi dəfə dəyişdirildi və bu, onun keçdiyi yolun mürəkkəbliyindən xəbər verir. Bolşevik işğalından sonra Azərbaycanda informasiya işi ROSTA-nın (Rusiya Teleqraf Agentliyinin) Qafqaz diyar şöbəsinin Azərbaycan bölməsinə – AzKavROSTA-ya həvalə edildi. 1921-ci ildə AzərTAQ adlandırılan bu bölmə 1922-36-cı illərdə üç Zaqafqaziya respublikasının agentlikləri birliyinin tərkibinə daxil oldu və ona ZaqTAQ adı verildi. Sonradan AZƏRTAC yenidən müstəqil informasiya orqanı kimi fəaliyyət göstərdi. Adlar dəyişsə də, mahiyyət dəyişmirdi. Azərbaycan Teleqraf Agentliyi, əslində, SİTA-nın filialına çevrilmişdi. Bununla belə, dövrün salnaməsini yazmaqda davam edirdi. Agentliyin arxivindəki fotolar respublikamızın sovet dövründəki həyatı barədə müəyyən təsəvvür yaradır. Həmin fotoşəkillərin bir neçəsinə nəzər salmaq yerinə düşər.

1969-cu ildə Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra Azərbaycanın və AZƏRTAC-ın həyatında yeni dövr başladı.

Müasir texniki avadanlıqla təchiz olunan, binası əsaslı təmir edilən agentlik çox keçmədən SSRİ miqyasında öncül mövqelərə çıxdı, SİTA-nın informasiya buraxılışlarını qəbul edib Cənubi Qafqaz respublikalarına ötürən mərkəzə çevrildi. Heydər Əliyevin şəxsi nüfuzu hesabına müttəfiq respublikaların informasiya agentlikləri arasında “Ukrinform”dan sonra məhz AZƏRTAC “Olivetti” markalı kompüterlərlə təchiz edildi.

1980-ci illərin sonu - 1990-cı illərin əvvəlində Azərbaycan çətin sınaqlarla üzləşdi. Qanlı Yanvarda respublikada heç bir qəzet çıxmadığı, hətta televiziya verilişlərinin dayandırıldığı günlərdə də AZƏRTAC-ın jurnalistləri iş başında idilər. Onlar ölkədə baş verən hadisələr barədə xəbərləri bülletenlər şəklində Bakıda binaların divarlarına yapışdırırdılar.

Fotomüxbirlər isə küçə və meydanları, xəstəxanaları gəzərək imperiya ordusunun qanlı cinayətlərini lentə alırdılar. Sonradan bu fotolar bir sıra xaricə KİV-də dərc olundu, 20 Yanvar şəhidlərinin dəfn mərasimində çəkilmiş “Milyon qəlbin göz yaşları” adlı fotoşəkil bütün dünyada məşhurlaşdı.

1992-ci il dekabrın 18-də tarixi adı bərpa olunan agentlik 2015-ci ildən Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC adlanır.

AZƏRTAC son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşıq müqaviləsi imzalayıb, 150-dək agentliklə informasiya mübadiləsi aparır. Onların arasında TASS (Rusiya), “Sinxua” (Çin), “Anadolu” (Türkiyə), İRNA (İran), ANSA (İtaliya), KYODO (Yaponiya), “Yonhap” (Koreya Respublikası), TELAM (Argentina), SPA (Səudiyyə Ərəbistanı), “Ukrinform” (Ukrayna) və digər nüfuzlu xəbər yayımçıları var. AZƏRTAC, həmçinin Dünya Xəbər Agentlikləri Konqresi Şurası və Avropa Xəbər Agentlikləri Alyansı (EANA) çərçivəsində “Associated Press”, “Reuters”, “Press Association”, DPA agentlikləri ilə əməkdaşlıq edir.

Hazırda AZƏRTAC-ın ABŞ, İngiltərə, Fransa, Almaniya, Avstriya, Latviya, Macarıstan, Rusiya, Ukrayna, Misir, Türkiyə, Gürcüstan, İran, Qazaxıstan, Özbəkistan, Rumıniya, İspaniya, İtaliya, İsveç, Çin və Yaponiyada, respublikanın bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.

Bizimlə əlaqə saxlayın

Oxunub: 151
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 12:41
    Peşəkarlıq, məsuliyyət və etimad nümunəsi – Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin qaraj müdiri Elşad Abdullayev
  • Bu gün, 12:09
    “Təhsil TV”yə yeni direktor təyin edildi
  • Bu gün, 11:33
    PUA-larla bağlı qanun dəyişir
  • Bu gün, 11:23
    Daha bir konvensiyaya qoşuluruq
  • Bu gün, 11:20
    Ukrayna ilə yeni müqavilə təsdiqləndi
  • Bu gün, 11:16
    Zakir Həsənov Selçuk Bayraktarla görüşdü
  • Bu gün, 10:57
    Şuşada IV Qlobal Media Forumu keçiriləcək
  • Bu gün, 10:53
    Seyran Ohanyan və digərlərinin Göyçə sahilindəki əmlakları sökülüb
  • Bu gün, 10:49
    Xameneinin dəfn edildiyi Məşhəddə silahlı insident - Ölənlər və yaralananlar var
  • Bu gün, 10:45
    “Qızıl top” uğrunda böyük mübarizə - İlk “20-lik” açıqlandı
  • Bu gün, 10:40
    Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
  • Dünən, 20:46
    “Vətən, torpağına qurban olum, Vətən şəhidinə qurban olum”
  • Dünən, 14:42
    Yarım əsrlik ömrün uğur salnaməsi – Məftun Xankişiyev 50 yaşını qeyd edir
  • Dünən, 12:32
    FHN daha bir təlim keçirdi
  • Dünən, 12:23
    İranda hava limanı vuruldu - Ölən var
  • Dünən, 12:19
    “Yaponiya İslam Respublikası tərəfindən 111 raket buraxılıb”
  • Dünən, 12:13
    Ən çox onun baxışları müzakirə olundu
  • Dünən, 11:56
    Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başladı
  • Dünən, 11:51
    Tehran-Məşhəd dəmiryolu xətti də vurulub
  • Dünən, 11:46
    “Bank Respublika” “Finnfund”dan 15 milyon avro cəlb edib
  • Dünən, 11:41
    Mənzilin girişinə kamera quraşdırarkən qonşunun icazəsi olmalıdır - Ali Məhkəmə
  • Dünən, 11:37
    “Xalq Bank”ın Xankəndi filialı fəaliyyətə başladı
  • Dünən, 11:29
    Səyyar Gənclər Xidməti bu dəfə Qəbələ gəncləri ilə üçün yola çıxıb
  • 8-07-2026, 21:18
    MİRZƏ CƏLİLİN YOLU, YOXSA RZA BƏYLƏRİN YOLU?
  • 8-07-2026, 17:05
    "Azərbaycan Bayrağı" ordenli, müharibə veteranı, polkovnik Elmar Hüseynov: “Mən bu Vətənin oğluyam” – Şəhid Vidadi Zalovun ömür yolu və Vətənə sədaqət dastanı
  • 8-07-2026, 14:25
    Sabah yağış yağacaq
  • 8-07-2026, 14:21
    “İranla atəşkəs qüvvədən düşüb”
  • 8-07-2026, 14:09
    “Azər Türk Bank”dan təhsil işçiləri üçün sərfəli istehlak kreditləri
  • 8-07-2026, 14:05
    İranda partlayış səsləri - ABŞ-nin daha bir bazası vuruldu
  • 8-07-2026, 14:02
    Yeni təmayül tədris modelinə qeydiyyat davam edir
  • 8-07-2026, 13:58
    Bəzi rayonlarda leysandır
  • 8-07-2026, 13:55
    “Azercell” AWS ilə təlimlər təşkil edib
  • 8-07-2026, 13:51
    Tramp bu barədə əmri Ankarada olarkən verib
  • 8-07-2026, 12:10
    FHN və DSX birgə təlim keçirdi
  • 8-07-2026, 11:51
    Prezidentlə Baş nazirin liderlik mübahisəsi NATO Zirvəsinədək uzandı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə