• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Qərbi Azərbaycan İcması Fransaya çağırış edib

gundem / manset

16-03-2023, 11:19

Qərbi Azərbaycan İcması Fransaya çağırış edib
“İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə monoetnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir. Ermənistanın insan hüquqlarını kütləvi miqyasda pozan bu addımları beynəlxalq sülhə və təhlükəsizliyə təhdid törətdiyi üçün onun aradan qaldırılmasında beynəlxalq ictimaiyyətin üzərinə böyük vəzifə düşür”.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında əksini tapıb.

Bəyanatda, həmçinin bildirilir:

“Bir sıra ölkələr vardır ki, onlar öz milli praktikaları, beynəlxalq hüquqa zidd davranışları və ikili standartları ilə Ermənistanı irqi ayrı-seçkilik siyasətinə daha da həvəsləndirirlər. Bu davranış təəssüflə qeyd edilməlidir. Belə ölkələrdən biri Fransadır. Fransanın etnik və dini azlıqlara qarşı dözümsüz siyasəti ciddi narahatlıq doğurur. Çoxlu sayda müxtəlif etnik və dini azlıqların yaşadığı Fransanın ümumiyyətlə milli azlıqların hüquqlarını tanımaması, onlara qarşı repressiv aktları, Avropa Şurasının Milli Azlıqlar haqqında Çərçivə Konvensiyasına qoşulmaqdan imtina etməsi kütləvi hüquq pozuntusundan əziyyət çəkmiş olan İcmamızı ciddi narahat edir.

Fransa açıq-aşkar monoetnik cəmiyyətə nail olmağı hədəfləyib. Bu baxımdan Fransanın etnik təmizləmə yolu ilə monoetnik vəziyyətə nail olmuş Ermənistanın insan hüquqlarına zidd bütün davranışlarına dəstək verməsinin səbəbləri aydın olur. Özünü “insan hüquqları ölkəsi” adlandıran Fransanın bizim hüquqlarımız barədə bir dəfə də olsun mövqe bildirməməsi Ermənistanın etnik təmizləmə siyasətinə dəstəkdən başqa bir şey deyil. Eyni şəkildə, Fransa Ermənistan ərazisində Azərbaycan mədəni irsinin dağıdılması, oraya UNESCO-nun faktaraşdırıcı missiyasının göndərilməsi məsələsi ilə bağlı edilmiş müraciətləri görməzdən gəlir.

Fransa, bu azmış kimi, ərazisində çoxlu sayda etnik azlıqların qarşılıqlı anlaşma şəraitində yaşadığı Azərbaycana təzyiq etməyə və Ermənistanın ərazi iddialarına haqq qazandırmağa çalışır.

Qərbi Azərbaycan İcması sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdış yanaşması seçib. Bir daha vurğulamaq istərdik ki, beynəlxalq zəmanət və verifikasiya mexanizmləri altında təhlükəsiz və ləyaqətlə geri qayıtmaq bizim əzəli və təməl haqqımızdır. Bizim geri qayıtmaq hüququmuz mütləqdir və müzakirə mövzusu deyil. Biz İcma olaraq bu hüququmuzu sülh və dialoq yolu ilə reallaşdırmaqda qərarlıyıq. Beynəlxalq ictimaiyyətin bizim bu hüququmuzun reallaşdırılmasına dəstək verməsi insan hüququnun aliliyinin və sülhün bərqərar edilməsi üçün zəruridir.

Fransaya çağırış edirik ki, öz ərazisindəki milli və dini azlıqlara qarşı ayrı-seçkilik siyasətinə son versin, dərhal Avropa Şurasının Milli Azlıqların Qorunması haqqında Çərçivə Konvensiyasına qoşulsun və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi öz öhdəliyini yerinə yetirib Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmalarının təmin edilməsinə dəstək versin”.

Oxunub: 219
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 18:11
    DAVUD QÜDRƏTOV – İNSAN SAĞLAMLIĞINA XİDMƏTİ ÖZÜNƏ MƏSULİYYƏT BİLƏN HƏKİM RƏHBƏR!
  • Dünən, 14:22
    İranın Trampa qarşı sui-qəsd cəhdi planlaşdırdığı bildirilir - KİV
  • Dünən, 14:18
    Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • Dünən, 14:15
    Bayden Zelenski haqda danışdı - Məyusdur
  • Dünən, 14:05
    Bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq
  • Dünən, 14:01
    Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
  • Dünən, 13:58
    Həmin klublar haqda qərar verildi
  • Dünən, 13:54
    Prezident həmkarını təbrik etdi
  • Dünən, 13:51
    Kral qocalıqdan gileyləndi - Məşhur mahnını xatırlatdı
  • Dünən, 13:23
    Mayamidə yük və sərnişin təyyarəsi toqquşdu - Xəsarət alanlar var
  • Dünən, 13:18
    HƏMAS-ın yüksək rütbəli üzvü zərərsizləşdirildi
  • 14-11-2026, 12:13
    Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığında yeni geosiyasi reallıqlar
  • 14-11-2026, 12:06
    “Azeri Light”ın qiyməti 102 dollar ötdü
  • 14-11-2026, 12:00
    “Kontakt”da ilin ən böyük endirimləri başladı
  • 14-11-2026, 11:49
    Norveç Uelsi, Portuqaliya Danimarkanı qəbul edəcək
  • 14-11-2026, 11:44
    Füzulidə iki maşın toqquşdu - 3 ölü-Yenilənib
  • 14-11-2026, 11:22
    Nəyi xatırlayacağımıza beynimiz necə qərar verir?
  • 14-11-2026, 10:57
    Bu şəhərdə festivaldan sonra hava keyfiyyəti təhlükəli həddə çatdı
  • 13-11-2026, 10:18
    Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
  • 13-11-2026, 10:10
    Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
  • 13-11-2026, 10:05
    Bu gün millimizin oyunu var
  • 13-11-2026, 09:59
    Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
  • 13-11-2026, 09:56
    Trampla Netanyahu telefonda dalaşıb?
  • 13-11-2026, 09:53
    Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?
  • 13-11-2026, 09:47
    NASA iş elanı verdi - Maaş 164 mindir
  • 13-11-2026, 09:43
    “Hərbi güc tətbiq etməkdən çəkinməzdim”
  • 13-11-2026, 09:40
    “İndiyəqədərki ən böyük əsir mübadiləsi baş tutacaq”
  • 13-11-2026, 09:36
    “Vəzifədən getməzdən əvvəl məsələni həll etmək istəyirəm”
  • 12-11-2026, 18:56
    Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
  • 12-11-2026, 15:30
    JURNALİST İBRAHİM İSGƏNDƏROV YOL QƏZASINDA XƏSARƏT ALAN GƏNC XANIMA İLKİN YARDIM GÖSTƏRƏRƏK ONUN HƏYATININ XİLASEDİLMƏSİNƏ DƏSTƏK OLUB
  • 12-11-2026, 13:24
    Milli dövlətçilik ənənələri və konstitusion inkişaf - DEPUTAT
  • 12-11-2026, 10:41
    Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım
  • 12-11-2026, 10:30
    General Natiq Əliyevin qızı saxlanıldı
  • 12-11-2026, 10:18
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • 12-11-2026, 10:14
    “Bakıdakı bu kilsənin qapıları taybatay açılmalıdır”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə