• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Gözləri tutulmuş azərbaycanlı şair Məmməd Səid Ordubadinin doğum günüdür

gundem / manset

24-03-2023, 11:40

Gözləri tutulmuş azərbaycanlı şair Məmməd Səid Ordubadinin doğum günüdür
Məmməd Səid Hacı Fəqir oğlu Ordubadi 24 mart 1872-ci ildə dünyaya göz açıb.

Oxu.Az xəbər verir ki, Ordubadi ədəbi yaradıcılığa 14-15 yaşlarından başlayıb.

Azərbaycanlı nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi Məmməd Səid Ordubadi “Qılınc və qələm” (1946-1948), “Dumanlı Təbriz” (1933-1948), “Gizli Bakı” (1940), “Döyüşən şəhər” (1938) kimi tarixi romanlarının müəllifidir.

Fəqirin ailəsi həmişə çətinliklə dolanıb. Sonralar gözləri tutulmuş şairin ömrünün son günləri xüsusilə ağır ehtiyac içərisində keçib. Atasının ölümündən sonra yeddi yaşlı Məmmədi və bacısını bir müddət əmiləri saxlayıblar, lakin onun da imkanı olmadığından az sonra Ordubadi iş axtarmalı olub.

Ordubadi ilk təhsilini molla yanında, sonra isə Mirzə Baxşı adlı bir müəllimin məktəbində alıb. Şeir və ədəbiyyat maraqlısı olan Mirzə Baxşı Ordubadinin istedadını və oxumağa böyük həvəsi olduğunu görərək ona daha artıq diqqət verir, hətta ondan təhsil haqqı da almır. Lakin əsl təhsilini Ordubadi dövrünün qabaqcıl maarifpərvərlərindən olan şair Məmməd Tağı Sidqinin açmış olduğu yeni tipli məktəbdə — üsuli-cədid məktəbində alır. Öz dövrünə görə geniş məlumat və dərin bilik sahibi olan Sidqi Ordubadinin müasir dünyəvi elmlərin əsaslarına yiyələnməsində, beynəlxalq ədəbi hadisələr, elm və mədəniyyət yenilikləri ilə tanış olmasında, onun demokratizm və maarifçilik ruhunda tərbiyə almasında mühüm rol oynayıb.

Ədəbi və inqilabi fəaliyyəti genişləndikcə hökumət dairələrinin Ordubadiyə qarşı şübhələri də artırdı. Nəhayət, 1914-cü ilin yanvarında ədib həbsə alınaraq Tsaritsın şəhərinə sürgün edilir. Sürgün illəri ədib üçün olduqca ağır keçir. Qışın ən şiddətli soyuqlarında etapla uzaq yol getməsi, həbsxanadan-həbsxanaya aparılması, aclıq, dözülməz sürgün həyatı onun səhhətini pozur. Buna baxmayaraq, imkan tapan kimi Ordubadi Vətəndəki dostları ilə əlaqə yaradaraq yazdığı yeni əsərlərini çap etdirməyə müvəffəq olurdu.

1914-cü ildə Bakıda ədibin “Bədbəxt milyonçu” və “Əndəlüsün son günləri, yaxud Qrenadanın təslimi” əsərləri çapdan çıxır, daha sonra “Babayi-Əmir”, “Tuti”, “Qardaş köməyi” və sairə jurnal və qəzetlərin səhifələrində şeir və felyetonları dərc olunur.

M.S.Ordubadi uzun sürən xəstəlikdən sonra 1 may 1950-ci ildə Bakıda vəfat edib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məmməd Səid Ordubadi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Oxunub: 203
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 13:47
    Prezidentdən Əhməd Vəliyevlə bağlı - Sərəncam
  • Bu gün, 12:12
    Prezident Əli Əsədova “Şərəf” ordeni verdi
  • Bu gün, 12:05
    Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama
  • Bu gün, 11:59
    Səlim Müslümova ağır itki
  • Bu gün, 11:52
    “Dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk”
  • Bu gün, 11:38
    İlham Əliyev albaniyalı həmkarını təbrik etdi
  • Bu gün, 11:30
    Rəşad Sadıqovla Vernidub bir-birinə barmaq silkələdi
  • Bu gün, 11:18
    Bakıda çayxanada dava - Ölən və yaralananlar var
  • Dünən, 18:10
    Lənkəranda keçirilən “Yerli Təlim Kursu 2026” (Local Training Course 2026) layihəsi uğurla başa çatıb
  • Dünən, 10:27
    “Tanqo üçün iki nəfər lazımdır” - Trampdan sülh mesajı
  • Dünən, 10:22
    Generalın qızı ilə bağlı məsələdə adı hallanan məmur işdən çıxarılıb?
  • Dünən, 10:17
    2 trilyonluq müzakirələr dalana dirəndi - Razılaşmadan dağılışdılar
  • Dünən, 10:11
    Goranboyda Dövlət Proqramının icrası ilə bağlı monitorinqlər davam edir - Fotolar
  • Dünən, 10:00
    Məşhur aktyor gənc aktrisaya təcavüzdə ittiham edilir - Məhkəmə qarşısına çıxacaq
  • Dünən, 09:55
    100 min hərbçiyə məktub göndərdilər - II Dünya müharibəsindən sonra ilk dəfə
  • Dünən, 09:51
    Saxta təbəssüm xoşbəxtlik gətirir?
  • Dünən, 09:44
    Bu gün Azərbaycanda Estoniyanın səfirliyi açılaca
  • Dünən, 09:42
    Niqabı rəsmən qadağan etdilər
  • Dünən, 09:35
    Gürcüstandakı qalmaqal böyüyür - Nazirlər də işə qarışdı
  • 26-11-2026, 15:48
    “Gənclər üçün Maliyyə Savadlılığı Proqramı” təqdim olunub
  • 26-11-2026, 14:30
    325 MANATLIQ CƏRİMƏNİN SİRRİ: AZƏRMAŞ HESABLAMANI AÇIQLAYACAQMI?
  • 26-11-2026, 11:57
    Vətəndaş ödəniş etdi, 2-3 saat sonra avtomobili XƏBƏRSİZ GÖTÜRÜLDÜ — Azərmaşın bu münasibətinə KİM CAVAB VERƏCƏK?
  • 26-11-2026, 10:45
    Bu ərazilərə yağış yağıb
  • 26-11-2026, 10:40
    Kafedə hesab üstündə dava - 28 yaşlı oğlan bıçaqlandı
  • 26-11-2026, 10:36
    Namazı lağa qoyub nasist salamı vermişdi - 4 il sonra cəzalandırıldı
  • 26-11-2026, 10:19
    Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir - Fotolar
  • 26-11-2026, 09:58
    O da “Yeraltı”na keçir
  • 26-11-2026, 09:51
    9 il sonra mühacirətdən qayıdır - Əfv edildi
  • 26-11-2026, 09:46
    “Barselona”ya iki-üç qol vura bilərdik”
  • 26-11-2026, 09:43
    Çempionlar Liqasında - Gecənin nəticələri
  • 26-11-2026, 09:39
    “Qəhrəmancasına, gözəl anlar yaşadılar, bizə çətinlik yaşatdılar” - Hansi Flik
  • 25-11-2026, 11:08
    Kəlbəcər: Zəfərin, milli iradənin və Böyük Qayıdışın təntənəsi
  • 25-11-2026, 10:32
    Bu rüsum 4 dəfə azaldılır
  • 25-11-2026, 10:27
    “Giləzi-Quşçuluğ”un direktoru həbs edildi
  • 25-11-2026, 10:18
    MSİM və Harvardın dövlət sektoru rəhbərləri üçün təlim proqramı başa çatdı - Fotolar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə