• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Hərbi Prokurorluq: “Bağanis-Ayrım soyqırımını törədən 18 nəfər beynəlxalq axtarışdadır”

gundem / manset

24-03-2023, 11:42

Hərbi Prokurorluq: “Bağanis-Ayrım soyqırımını törədən 18 nəfər beynəlxalq axtarışdadır”
“Bağanis-Ayrım soyqırımını törətməkdə cinayətləri sübuta yetirilmiş 18 nəfər beynəlxalq axtarışdadır”.

Bunu “Report”a açıqlamasında hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev deyib.

O qeyd edib ki, Azərbaycan Respublikasının vətəndaşlarına qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq cinayətlərinin və digər cinayətlərin istintaqı, onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədi ilə 2003-cü il dekabrın 18-də baş prokurorun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb:

“2005-ci il mayın 5-dən isə həmin cinayət işinin istintaqı, ibtidai araşdırmaya prosessual rəhbərlik öz təşəbbüsü ilə baş prokurorun müavini, hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevə həvalə edilməklə, Hərbi Prokurorluğa tapşırılıb. Cinayət işi Respublika Hərbi Prokurorluğunda icraata götürüldükdən sonra yeni istintaq-əməliyyat planı tərtib olunub, işin ibtidai araşdırması əvvəlki illərdən fərqli olaraq, cinayət işinin vahid istintaq-əməliyyat planına əsasən, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq normalarına, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət Prosessual Məcəlləsinin tələblərinə tam uyğun və baş vermiş cinayət hadisələrinin hər birinin mahiyyəti üzrə aparılıb”.

Bildirilib ki, cinayət təqibi üzrə toplanmış materialların həcminin böyüklüyü, araşdırılmalı olan xüsusatların çoxluğu, eyni zamanda, cinayətlərin törədilmə üsul və vasitələri, xarakteri nəzərə alınaraq, araşdırmanın səmərəliliyini və operativliyini təmin etmək məqsədilə iş üzrə beş əsas istiqamət - Azərbaycan xalqına qarşı soyqırımı; əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı işgəncə; terror; dövlətə və vətəndaşlara vurulmuş ziyan; müasir dövrdə milli ədavət və düşmənçilik niyyəti ilə törədilmiş xüsusilə ağır cinayətlər kimi istiqamətlər müəyyənləşdirilib.

Hərbi prokurorun böyük köməkçisi qeyd edib ki, həmin istiqamətlər üzrə cinayət hadisələrinin araşdırılması, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli olan şəxslərin müəyyənləşdirilməsi, sübutların toplanılması və təqsirləndirilən şəxs qismində cəlb olunması yönündə işlər davam etdirilib.

“İstintaq materialları ilə Bağanis-Ayrım soyqırımı epizodu üzrə sübuta yetirilib ki, 1990-cı il martın 24-də saat 8 radələrində azərbaycanlıları bir milli qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmək, eləcə də beynəlxalq hüquq normaları və Azərbaycan qanunları ilə müəyyən edilmiş əsaslar olmadan kənd sakinlərini daimi yaşayış yerlərindən didərgin salmaqla onları qovmaq, azərbaycanlı əhaliyə, onların evlərinə, idarə müəssisə və təşkilatlara basqınlar etmək və azərbaycanlılara qarşı digər cinayətlər törətmək məqsədilə qanunsuz erməni silahlı birləşmələri Ermənistan ərazisindən Qazax rayonunun Bağanis-Ayrım kəndinə hücum edərək müxtəlif istiqamətlərdən çeşidli hərbi texnika, döyüş və xüsusi təyinatlı nəqliyyat vasitələrlə kəndə daxil olaraq iriçaplı odlu silahlardan, pulemyotlardan, avtomatlardan, qumbaraatanlardan intensiv atəşlər açmaqla əhalini, yəni dinc kənd sakinlərini küçələrdə və öz evlərində atəşə tutub”, - F.Əliyev vurğulayıb.

O əlavə edib ki, nəticədə məhz azərbaycanlı olduqlarına görə üçü qadın, biri 39 günlük körpə olmaqla 10 nəfər ağlasığmaz işgəncələr verilməklə xüsusi amansızlıqla qətlə yetirilib, iki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Eyni zamanda 12 yaşayış evi qarət edilərək yandırılıb, eləcə də 438 nəfər kənd sakini beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yerləşdikləri yerlərindən məcburən didərgin salınıb.

Məlumat verilib ki, cinayət işinin istintaqı zamanı konkret olaraq Bağanis-Ayrım soyqırımı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 18 şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul olunub. Həmin şəxslərin barəsində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və onların axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycandakı Milli Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Hazırda bu istiqamətdə hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Bağanis-Ayrım Qazaxın tarixinə ermənilər tərəfindən ilk işğal edilmiş və yandırılmış kənd kimi daxil olub. Erməni quldurları bu qanlı hadisədən sonra Qazaxın daha altı kəndini - Xeyrimli, Aşağı Əskipara, Sofulu, Barxudarlı, Qızıl Hacılı, Yuxarı Əskipara kəndlərini də işğal ediblər. Bu gün Qazaxın yeddi kəndi terrorçuluğu dövlət səviyyəsində həyata keçirən Ermənistanın işğalı altındadır. 1990-cı ilin martında Bağanis-Ayrımda törədilən qətliam erməni silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda daha geniş miqyasda təkrarlandı.

Xatırladaq ki, ölkəmizdə həyata keçirilən uğurlu xarici siyasətin sayəsində artıq dünya əhalisinin böyük hissəsi tarix boyu xalqımızın başına gətirilən müsibətlər, o cümlədən soyqırımları, deportasiyalar, terrorlar, repressiyalar və sair barədə səhih və ətraflı məlumatlara malikdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu istiqamətdə önəmli işlər görülüb. Soyqırımı həqiqətlərinə dair tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılması, onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli, yəni milli maraqlarımıza uyğun münasibət bildirilməsi, bununla əlaqədar respublikamızda və ölkəmizdən kənarda həyata keçirilən sistemli və ardıcıl tədbirlər Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin, o cümlədən bu sahədəki misilsiz fəaliyyətinin təcəssümüdür. Birinci vitse-prezident Mehriban Əliyevanın, eləcə də onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə görülən böyük işlər də mühüm əhəmiyyət kəsb etməkdədir. Həmçinin Ermənistan silahlı qüvvələrinin Bağanis-Ayrım kəndində törətdiyi soyqırımın dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə bu faciədə həlak olmuş şəxslərin xatirəsi əbədiləşdirilib, abidə kompleksi ucaldılıb.

Oxunub: 151
Paylaş:
Digər xəbərlər

siyaset

26-02-2023, 10:19

Gənclər, tələbə və könüllü təşkilatları Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 13:16
    “10%-lik vergi fermerlərin işini çətinləşdirə bilər”
  • Bu gün, 13:11
    “Bura danışmaqxana deyil” - Spikerdən deputata irad
  • Bu gün, 12:17
    Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
  • Bu gün, 12:09
    8 aylıq hamilə qadın öldü
  • Bu gün, 12:04
    “ABB AZAL Miles Business” kartları təqdim olundu
  • Bu gün, 11:59
    İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
  • Bu gün, 11:55
    Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
  • Bu gün, 11:47
    Orxan Məmmədov Çay Üzü kəndində səyyar qəbul keçirdi - Fotolar
  • Bu gün, 10:48
    Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
  • Bu gün, 10:42
    Vyanada Azərbaycan icmasının yeni hədəfləri müzakirə olundu
  • Bu gün, 10:34
    Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
  • Dünən, 21:29
    Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
  • Dünən, 15:25
    Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
  • Dünən, 15:20
    SƏFƏRALİYEV QANBOY ƏHMƏDALI OĞLU – LAÇININ ALXASLI KƏNDİNİN VƏTƏN NAMİNƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN İGİD OĞLU!
  • Dünən, 11:10
    “Əks halda bu vəzifə Torala həvalə olunacaq”
  • Dünən, 11:06
    Prezidentin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur - Rəsmi
  • Dünən, 11:00
    Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - Video-Yenilənib
  • Dünən, 10:53
    Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi
  • Dünən, 10:45
    Yataqxanada meyiti tapılan Elvira ilə bağlı - ATU-dan açıqlama
  • Dünən, 10:39
    Bu ərazilərə qar yağır
  • Dünən, 10:25
    Avtobusla piyadanı vurub öldürdü
  • Dünən, 10:21
    Almaniya Niderlanda, Yunanıstan Serbiyaya qarşı
  • Dünən, 10:18
    Oğurluq edənlər saxlanıldı
  • Dünən, 10:14
    Məktəblərdə payız tətili başladı
  • 15-11-2026, 18:11
    DAVUD QÜDRƏTOV – İNSAN SAĞLAMLIĞINA XİDMƏTİ ÖZÜNƏ MƏSULİYYƏT BİLƏN HƏKİM RƏHBƏR!
  • 15-11-2026, 14:22
    İranın Trampa qarşı sui-qəsd cəhdi planlaşdırdığı bildirilir - KİV
  • 15-11-2026, 14:18
    Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • 15-11-2026, 14:15
    Bayden Zelenski haqda danışdı - Məyusdur
  • 15-11-2026, 14:05
    Bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq
  • 15-11-2026, 14:01
    Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
  • 15-11-2026, 13:58
    Həmin klublar haqda qərar verildi
  • 15-11-2026, 13:54
    Prezident həmkarını təbrik etdi
  • 15-11-2026, 13:51
    Kral qocalıqdan gileyləndi - Məşhur mahnını xatırlatdı
  • 15-11-2026, 13:23
    Mayamidə yük və sərnişin təyyarəsi toqquşdu - Xəsarət alanlar var
  • 15-11-2026, 13:18
    HƏMAS-ın yüksək rütbəli üzvü zərərsizləşdirildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə