• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Özündən 11 yaş kiçik oğlanla evlənən, pişiyinə elçi gedən Nəsibə Zeynalova haqqında maraqlı faktlar

gundem / manset

21-04-2023, 13:05

Özündən 11 yaş kiçik oğlanla evlənən, pişiyinə elçi gedən Nəsibə Zeynalova haqqında maraqlı faktlar
Ötən gün gözəl aktrisa, Xalq artisti Nəsibə Zeynalovanın anım günü idi. Kulis.az bu münasibətlə aktrisa haqqında maraqlı faktları təqdim edir.

Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakıda anadan olub. Onun atası həm tanınmış tacir, həm də aktyor Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Atası dünyasını dəyişəndə Nəsibənin iki yaşı olub.

Aradan 2-3 il keçəndən sonra Azərbaycanda sovet hökuməti qurulur və Cahangir Zeynalovun mülklərini, bütün sərvətini müsadirə edirlər. Anası ilə tək qalan Nəsibəni o boyda mülklərdən çıxarıb, zirzəmiyə yerləşdirirlər. Bundan sonra ailənin çətin, məşəqqətli günləri başlayır. Sonralar Hüsniyyə xanım yenidən ailə qurur. Amma ikinci dəfə ailə qurduğu adam nadürüst insan olur. Evdə olan bir neçə dəyərli əşyanı da satır, Cahangir Zeynalovun bütün şəkillərini, ona aid olan bütün sənədləri yandırır. Bəhanə gətirir ki, bunlar hökumətin əlinə keçsə, Hüsniyyə xanım, balaca Nəsibə üçün pis olar.

İndiki şahmat məktəbinin yerində Nəsibə xanımın atası Cahangir Zeynalovun mülkü olub. Cahangir Zeynalov teatrı çox sevən, xeyriyyəçi insan olub. 40 otaqdan ibarət mülkünün 250-300 nəfərlik böyük zalında teatr səhnəsi qurub. Dövrünün sənət adamlarına həmişə dəstək olub. Məşqləri nahar vaxtına salarmış ki, aktyorlar yemək yesinlər. Yeməkləri də məxsusi olaraq həyat yoldaşı Hüsniyyə xanım bişirərmiş. Cahangir Zeynalov xanımına deyirmiş ki, yeməkləri sən bişir, savabdır. Qızlar Gimnaziyasının şagirdləri üçün xüsusi çantalar tikdirib içərisinə qızıl pul və lazımi sovqat qoyarmış. Həmin çantaları Hüsniyyə xanım özü tikərmiş. Cahangir Zeynalov deyərmiş ki, sən öz əllərinlə tik, xidmətçiləri, qaravaşı buyurma. Çünki bu uşaqların çoxu yetimdir, onlara kömək eləməyin savabı böyükdür.

Atası dünyasını dəyişməzdən əvvəl Hüsniyyə xanıma vəsiyyətində deyib ki, mənim şəklimi böyüdərsən. Çünki Nəsibə atasını görməyib. Nəsibəni oxut, cahil olmasın.

Atasını dünyasını dəyişəndən sonra onların ailəsində çətin günlər başlayır. Aktrisa özü müsahibələrinin birində deyir: “Atam rəhmətə getdi, anam da bir savadsız qadın idi, bir müddətdən sonra evdə hər şeyi satıb qurtardıq, qaldıq ac-susuz”. Ailəyə köməklik göstərmək üçün Nəsibə Zeynalova gənc yaşlarından zavodlardan birində fəhlə işinə düzəlir. Bir müddət sonra isə o, anasını da itirir. Günlərin birində Şəmsi Bədəlbəyli onun istedadını zavodun özfəaliyyət dərnəyinin çıxışında görür və Nəsibəni Musiqili Komediya Teatrına işə götürür. Onun köməkliyi ilə Nəsibə xanım Bakı Teatr Texnikumunu da bitirir.

Aktrisa teatrda “Qızılaxtaranlar”, “Rəisin arvadı”, “Hacı Kərimin aya səyahəti”, “Həmşəxanım”, “Sevindik qız axtarır”, “Hicran” tamaşalarında uğurlu obrazlar ifa edib. Nəsibə xanım kinoda da bir-birindən maraqlı obrazlar yaradıb. “Ögey ana”, “Böyük dayaq, “Qanun naminə”, “Bizim Cəbiş müəllim” filmlərində yaratdığı obrazların hər biri filmlərin adlarını çəkən zaman tamaşaçının gözləri önündə canlanır.

Gənc yaşında ailə quran aktrisanın həyat yoldaşı İkinci Dünya müharibəsində həlak olur. Aktrisa ikinci dəfə 38 yaşında özündən 11 yaş balaca adamla ailə qurur. İlk əvvəllər aktrisa bu nikaha razı olmur. Yaş fərqini bəhanə gətirir. Lakin, sonradan bu izdivac baş tutur.

Nəsibə xanımın həyat yoldaşı həm də musiqiçi olub. Tamaşadan sonra yoldaşı Nəsibə xanımı hökmən qarşılayıb evə gətirir. Onun qayğısına qalır. Nəsibə xanım xatirələrində deyirdi: “Ailəmiz inam üstündə qurulmuşdu. Bir-birimizin qədrini bilirdik. Çox səmimi ailəm vardı. Bu səmimilik həyat yoldaşımdan gəlirdi. Mən xoş söz eşitməmişdim, atamı tez itirməyim anamı elə bükmüşdü ki, dilindən xoş söz eşitməzdin. Nə xoş söz eşitdimsə, yoldaşımdan eşitdim. Allah onu da mənə çox gördü, tez aldı əlimdən. Onu itirəndən sonra xoş günlərimi də itirdim, əvvəlki pis günlərimi də xatırlamağa ondan sonra vaxt tapdım”.

Hüsniyyə xanımla Cahangir Zeynalovun arasında 25 yaş fərq olub. 12 ildən sonra övlad sahibi olublar. Kərbəlayi Cahangir əhd edib ki, oğlu olsa, İmam Rzanın adını qoyacaq, qızı da olsa, Nəsibə. Nəsibə xanım doğulanda 5,5 kq olub. Böyük çəkili uşaq olduğu üçün həkimlər ya ananı, ya da övladı xilas edə bilərik deyiblər. Amma nə yaxşı ki, hər ikisi sağ qalıb. Nəsibə xanım “köynəkdə doğulub”. El dilində uşaq döl qarışıq doğulanda “köynəkdə doğulub” deyirlər. Nəsibə xanım da eynən belə dünyaya gəlib.

Aktrisa öz nəvəsi Nəsibəni qızlığa götürüb. Nəvəsi müsahibələrinin birində deyir: Nənəmin adını daşımağımın maraqlı tarixçəsi var. Mən martda doğulmuşam. Əvvəl istəyiblər ki, adımı Bahar qoysunlar. Amma nənəm deyib ki, yox, mənim qızım yoxdur. Nəvəm əvvəlcə mənim qızım olacaq. Sonra da öz adımı ona verəcəm. Nənəm sözlə kifayətlənməyib. Məni sənədlə də öz qızı edib. Beləliklə, mən şəxsiyyət vəsiqəsində Cahangir qızı yox, Mütəllim qızıyam.

Nəsibə xanım nəvəsinə qarşı çox sərt olub. Onu ad günlərinə, son zəngə buraxmayıb. Bir dəfə isə Nəsibə xanımdan icazəsiz sinif yoldaşının ad gününə getsə də, Nəsibə xanım nəvəsinin ardınca məktəbə gələrək onu ad gününə getməyə qoymayıb, evə aparıb.

Nəsibə xanım ömrünün son günlərində gəlinindən halallıq istəyərək deyib: Elnarə, Allah sənə cansağlığı versin. Sən ki, mənə və Cahangirə dözmüsən, kişi adamsan.

Xasiyyəti ağır idi və çox tələbkar insan idi. Nəsibə xanım evdə, ailədə, işində, sənətində özünə və ətrafına qarşı çox tələbkar idi.

Nəsibə xanım 65 il teatrda çalışıb. Amma son illərdə teatrdan inciyir. Musiqili Komediya Teatrından ayrılır. Həmin dövrdə qoyulan tamaşalar ona uyğun olmur. Üstəlik Nəsibə xanıma qarşı bəzi xoşagəlməz hərəkətlər də olur.

Aktrisa ömrünün son günlərində teatr üçün çox darıxaraq deyirmiş: “Heyf, Allah mənə möhlət versəydi, sağlamlığım yerində olsaydı, yenə də oynayardım”.

Ürəyində teatrla bağlı çoxlu arzuları olan aktrisa rejissorların onu həmişə komik planda görməsindən gileylənib, təəssüflənir.

Aktrisa “Qaynana” filmində mətbəxdə oxuduğu bayatını anasından öyrənib. Nəsibə xanımın anası həmişə o bayatını zümzümə edirmiş.

Nəsibə Zeynalova sonuncu dəfə Cahangir Novruzovla “Əmanət” tamaşası üzərində işləyir. Məşqlər başlansa da, aktrisanın səhhəti korlandığı üçün bu səhnə işi yarımçıq qalır.

Gülləri və heyvanları xüsusilə, pişikləri çox sevib. Harda sahibsiz pişik görsə, ürəyi yanır, götürüb evə gətirirmiş. Onlara qulluq edir, yorğan-döşək də tikirmiş. Bir dəfə isə öz pişiyi üçün qonşu pişiyinə xonça ilə elçi gedir. Ədəb-ərkanla qonşudan pişiyin “həri”sini alır.

Nəsibə Zeynalova 2004-cü il martın 10-da Milli Teatr Günündə dünyasını dəyişdi.

Oxunub: 192
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 14:15
    DYP dəhşətli qəzadan sonra çağırış etdi
  • Dünən, 12:53
    Min manat maaş alan 5 mindən çox kredit götürə bilməz - Faiz “tələsinə” son qoyulur...
  • Dünən, 12:47
    Ordumuz Gürcüstanda təlimdə iştirak edir
  • Dünən, 12:10
    “Agro Dairy”də taxıl biçini mövsümü rekord göstəricilərlə yekunlaşıb
  • Dünən, 12:07
    “90 yaşım var, güclə beş addım atıram...” - Artur Rasi-zadə
  • Dünən, 12:05
    Şəmkirdəki qəzada xəsarət alanların vəziyyəti - Açıqlandı
  • Dünən, 12:02
    AZAL İranın iki şəhərinə uçuşlara başlayır
  • Dünən, 12:00
    “Şamaxı” və “İmişli” bir-birini günahlandırır - Premyer Liqa klubları arasında gərginlik
  • Dünən, 11:58
    ABŞ-dən Rusiyanın Azərbaycan qazının da nəql edildiyi obyektə hücumuna - Reaksiya
  • Dünən, 11:56
    Şəmkirdəki hadisə ilə bağlı cinayət işi açıldı
  • 6-08-2025, 11:36
    İyulda 118 nəfər zəhərlənib, 3-ü ölüb
  • 6-08-2025, 11:08
    Transxəzər Fiber-Optik Kabel Xətti üzrə dəniz marşrutu tədqiqatına başlanılıb
  • 6-08-2025, 11:05
    “Azeri Light” bu gün neçəyə satılır?
  • 6-08-2025, 10:55
    Yaponiyada rekord həddə isti hava qeydə alındı
  • 6-08-2025, 10:52
    Naxçıvanda 41 dərəcə isti olub
  • 6-08-2025, 10:50
    Goranboyda ilk “Kontakt” sevinci - Açılışa özəl 60%-dək endirimlər
  • 5-08-2025, 12:20
    Bu dəfə aliment verməyən ana cəzalandırıldı
  • 5-08-2025, 12:16
    Futbolçu komandasının toplanışından qaçdı və ölkəsinə qayıtmadı
  • 5-08-2025, 12:14
    “Mərkəzi Park müasir Bakının yeni nəfəsidir”
  • 5-08-2025, 12:11
    Bakıda kişi öldürüldü - 39 yaşlı arvadı tutuldu
  • 5-08-2025, 12:08
    Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə etdilər
  • 5-08-2025, 12:06
    “Araz-Naxçıvan” braziliyalı oyunçu transfer etdi
  • 5-08-2025, 12:03
    Kamran Əliyev onu şöbə rəisi təyin etdi
  • 5-08-2025, 12:00
    STP-də yeni təyinatlar
  • 5-08-2025, 11:23
    Baş prokuror yeni şöbə rəisi təyin etdi
  • 5-08-2025, 11:16
    Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
  • 5-08-2025, 11:09
    Cəsur Mədətzadə ATƏT-in Helsinki Gənclər Forumunda Azərbaycanı təmsil edib
  • 5-08-2025, 10:58
    PROFESSOR DİLQƏM QULİYEV - 75
  • 4-08-2025, 12:16
    “Daşınan sərnişinin sayına görə subsidiyanın verilməsinə zərurət var”
  • 4-08-2025, 11:33
    “Qarabağ”ın rəqibi bu gün bəlli olacaq
  • 4-08-2025, 11:28
    David Luis Kipr klubuna keçdi
  • 4-08-2025, 11:25
    Yəməndə miqrantları daşıyan qayıq aşdı, 68 ölü
  • 4-08-2025, 11:20
    Bu rayonlarda 41° isti var
  • 4-08-2025, 11:18
    Dava edənləri sakitləşdirmək istədi, öldürüldü
  • 4-08-2025, 11:13
    AMB-nin valyuta ehtiyatları açıqlandı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə