• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Ali Məhkəmə və ADA Universiteti Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçiriblər

gundem / ust / manset

9-05-2023, 14:24

Ali Məhkəmə və ADA Universiteti Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçiriblər
Azərbaycanın Ali Məhkəməsi və ADA Universitetinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bu günün hüququ, sabahın hüquqşünası” mövzusunda konfrans keçirilib.

Konfransda universitetinin prorektoru Fariz İsmayılzadə açılış nitqi ilə çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı istiqamətində gördüyü işlər, xüsusilə təhsil sahəsinə verdiyi töhfələr barədə danışıb.

Ali Məhkəmə ilə əməkdaşlıq çərçivəsində görülən işlərə də toxunan F.İsmayılzadə keçirilən tədbirlərin tələbələr üçün faydalı olduğunu vurğulayıb.

Sonra Azərbaycanın Ali Məhkəməsinin sədri İnam Kərimov “Azərbaycanın məhkəmə sistemi: müasir çağırışlar” mövzusunda çıxış edib. Sədr qeyd edib ki, ölkəmizdə bütün sahələrin, o cümlədən məhkəmə hakimiyyətinin inkişafı müasir Azərbaycanın memarı ulu öndərin adı ilə bağlıdır. Çünki ümummilli lider parçalanmış, hər sahədə tənəzzül yaşayan Azərbaycandan yeni, qüdrətli Azərbaycan yaratdı. Onun rəhbərliyi ilə Azərbaycanda yeni məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində xeyli uğurlu işlər görüldüyünü diqqətə çatdıran İnam Kərimov bildirib ki, məhkəmə hakimiyyətində islahatlar bu gün də dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ali Məhkəmənin sədri deyib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və Ordumuzun düşmən üzərində böyük qələbəsindən sonra regionda yeni geosiyasi reallıqlar formalaşıb. Bu reallıqlar fonunda ölkəmizin qlobal əhəmiyyəti daha da artıb. Həm ölkəmiz, həm də ölkəmizin məhkəmə sistemi qarşısında yeni çağırışlar meydana gəlir. Elm və texnologiya əsrində məhkəmə sistemi olaraq çağırışlara cavab vermək üçün ölkəmizdə məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması və idarəetmədə innovativ texnologiyaların tətbiqi, bununla da məhkəmə proseslərində çevikliyin artırılması zamanın tələbidir.

İnam Kərimov vurğulayıb ki, ölkənin ümumi inkişafında olduğu kimi, məhkəmələrin də inkişafında yüksək peşəkarlığa malik kadrların rolu böyükdür. Bu işdə təhsil ocaqlarının üzərinə böyük iş düşür. Ölkəmizdə məhkəmə sisteminin gələcəyi həm də bu günün tələbələri olan gələcək hüquqşünaslardan asılıdır. Ali Məhkəmə də öz növbəsində ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarının hüquq fakültələri ilə sıx əlaqə quraraq, gələcəyin hüquqşünaslarının tədris proqramlarına fəal dəstək verməyə hazırdır.

Azərbaycanın Milli Məclisinin sədrinin birinci müavini Əli Hüseynli ümummilli lider Heydər Əliyevin Azərbaycanda qanunun aliliyinin təmin olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi, konstitusiyanın qəbul edilməsi və digər sahələrdə həyata keçirdiyi fəaliyyət barədə danışıb. Bildirilib ki, bu proses hələ 1993-cü ildə - Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başladı. Demokratik hüquqi dövlət quruculuğunun, insan hüquq və azadlıqlarının fundamental prinsiplərinin qərar tutmasına zəmin yaradan ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə yönəlik islahatlar ulu öndərin siyasi xəttinin əsasını təşkil edirdi.

Sonra Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyası İnsan Hüquqları üzrə Alt-Komitəsinin sədri Kamal Cəfərov çıxış edib və ulu öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərinə toxunub. O, siyasi əqidəsindən, vəzifəsindən asılı olmayaraq, bütün hüquqşünasların hər zaman Heydər Əliyev ideyalarına sadiq qalacağına əminliyini ifadə edib.

Daha sonra ADA Universiteti Hüquq fakültəsinin dekanı Rəşad İbadov “Hüquq təhsilinin müasir hüquqi dövlətdə rolu” mövzularında çıxış edib.

Konfransda həmçinin Azərbaycanda fəaliyyət göstərən universitetlərin Hüquq fakültələrinin tələbələrinin müxtəlif mövzularda çıxışları dinlənilib.

Bizimlə əlaqə saxlayın

Oxunub: 211
Paylaş:
Digər xəbərlər

gundem / manset

3-05-2023, 11:39

İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda

gundem / manset

27-03-2023, 17:11

Heydər Əlyev Müasir ədliyyə və məhkəmə-hüquq islahatlarınln müəllifidir

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 15:54
    Allahşükür Paşazadə niyə SUSUR?
  • Dünən, 14:23
    “Bu məsələnin dini qarşıdurma müstəvisinə keçirilməsini pisləyirik”
  • Dünən, 12:30
    Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
  • Dünən, 12:04
    Naxçıvanda Gənclərin Süni İntellekt Forumu keçirilib
  • Dünən, 11:59
    Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu
  • Dünən, 11:53
    ABŞ-nin qırıcı təyyarəsi Omanda yük gəmisini vurdu
  • Dünən, 11:10
    29 yaşlı şəxsin meyiti həyətindəki yarımtikilidə tapıldı
  • 10-10-2026, 11:50
    ZAHİD HƏBİBOĞLU — 55
  • 10-10-2026, 11:46
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı
  • 10-10-2026, 11:41
    Rəsmən boşandılar - 250 min avroluq aliment tələbi rədd edildi
  • 10-10-2026, 11:36
    Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
  • 10-10-2026, 11:32
    “Azeri Light” ucuzlaşdı
  • 10-10-2026, 11:29
    Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı
  • 10-10-2026, 11:22
    Pilləkəndən yıxılıb öldü
  • 10-10-2026, 11:18
    “O münaqişəni 2 günə həll etdim, Putin inana bilmirdi”
  • 10-10-2026, 11:14
    Daha 4 cüdoçumuz tatamiyə çıxır
  • 10-10-2026, 11:10
    “Mükafatı heç kimin tanımadığı bir adama verdilər”
  • 10-10-2026, 11:06
    Yollarda duman var - Sürücülərin nəzərinə!
  • 9-10-2026, 11:56
    Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
  • 9-10-2026, 10:21
    Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar
  • 9-10-2026, 10:16
    Zelim Kotsoyev mübarizəyə başlayır
  • 9-10-2026, 10:13
    Bu marşrutların hərəkət istiqaməti dəyişdirildi
  • 9-10-2026, 10:09
    “Kəpəz” “Araz-Naxçıvan”a, “Neftçi” “Sabah”a qarşı
  • 9-10-2026, 10:06
    “7 aylıq hamilə olduğumu biləndə mənimlə müqavilə bağlamadılar” - Açıqlama
  • 9-10-2026, 09:59
    “Mənim təşəbbüsümlə Trampı Nobel Sülh Mükafatına birgə namizəd göstərmişik”
  • 9-10-2026, 09:55
    “ABŞ İrana qarşı yeni hücum planları hazırlayır”
  • 9-10-2026, 09:51
    İnsanların gözü qarşısında edam ediləcək - 90 il sonra ilk dəfə
  • 9-10-2026, 09:47
    Bu kənddə qadınlar daha uzun yaşayır
  • 9-10-2026, 09:43
    “Hücumlara hazır olun, ehtiyat toplayın”
  • 8-10-2026, 16:30
    TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
  • 8-10-2026, 14:06
    ZAKİR FƏRƏCOVDAN MƏDƏNİYYƏTƏ VƏ ŞAİRƏ DİQQƏT – VÜQAR RAHİ İLƏ SƏMİMİ GÖRÜŞ
  • 8-10-2026, 13:00
    Vətənə və xalqa sədaqət andı...
  • 8-10-2026, 10:30
    Neftimiz bahalaşdı
  • 8-10-2026, 10:28
    Daha dörd cüdoçumuz mübarizəyə başlayır
  • 8-10-2026, 10:22
    Prezident Türkmənistandadır - Fotolar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə