• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Ailə hər bir cəmiyyətin özəyi olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərin daşıyıcısıdır

gundem / ust / manset

11-05-2023, 16:55

Ailə hər bir cəmiyyətin özəyi olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərin daşıyıcısıdır
15 may-Dünyada Beynəlxaq Ailə günü kimi hər il qeyd olunur.
Ailənin əsas sütunlarından biri olan Azərbaycan qadını bu gün özü də ölkəmizdə əmin-amanlığın qorunması, ailə dəyərləri-nin yaşadılması naminə əzmkarlıq göstərir. Ulu öndər heç bir Azərbaycan ailəsinin taleyinə laqeyd qala bilmirdi. O, Azərbycanda ailə adətlərimizin ləyaqətlə davam etdirilməsi üçün hər bir imkan və şəraiti yaradır, bu işdə dəstəyini xalqdan əsirgəmirdi. Ailəni, ailə münasbətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusa, qayda-qanuna, əlaqələrə və prinsiplərə riayət etməlidir. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz.
Ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. Mehriban Əliyevann təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi proqram və layihələr ailələr üçün, sözün əsl mənasında böyük dayaqdır. Ailə Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəsdir. Dövlətimiz cəmiyyətin əsas atributu olan ailənin rifah halının gündən-günə daha da artmasının qayğısına qalmaqla onun müqəddəsliyini bir daha təsdiq edir.
Lakin təəssüf hissi ilə qeyd olunmalıdır ki, xüsusən gənclər arasında, ailə dəyərlərinə lazımınca qiymət verməyən insanlara rast gəlinir. Elə buna görə də boşanmaların sayı getdikcə artır. Bu səbəbdən “məsuliyyətsiz ata”, “məsuliyyətsiz ana” terminləri yaranır ki, bunlar da xalqımızın mentalitetinə tamamilə zidd olan ifadələrdir.
Həyatda səhvsiz insan olmur. Amma ailə qurarkən səhvə yol verilməməlidir. Çünki bunun qurbanları günahsız uşaqlardır.
Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü şəkildə həyata keçirilir və inkişaf etdirilir. Dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında böyük diqqət və qayğı göstərir.
Azərbaycan ailəsinin problemlərini diqqət mərkəzində saxlayan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ailələrimizin rifahına istiqamətlənən layihələr uğurla reallaşır, cəmiyyətdə yaratdılan misilsiz mənəvi mühit Ulu Öndərin şəxsi nümunəsindən qaynaqlanan ideal ailə modeli insanları daxili zənginliyə və mənəvi saflığa səsləyir. Bu uğurlu, fəxr etdiyimiz örnək ailələr Azərbaycanın gələcəyinin təminatçısıdır.
Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır. Bu gün Azərbaycanda Beynəlxalq Ailə Gününün qeyd olunmasının ənənəyə çevrilməsi məhz dövlətin beynəlxalq əməkdaşlıq prinsiplərini əsas tutaraq, bu sahəyə göstərdiyi xüsusi diqqəti kimi qəbul edilməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ailə siyasəti tarixi keçmişimizə, min illərdən süzülüb gəlmiş milli-mənəvi dəyərlərimizə və əsrlərlə formalaşmış ailə münasibətlərinə əsaslanır. Bu gün ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi layihələr ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. ailə cəmiyyətdə mövcud olan mühüm institutlardandır. Onu qurmaq, qoruyub saxlamaq, yaş və psixi baxımından inkişaf tələb edir. Biz bu gün erkən nikahların və məişət zorakılığının fəsadlarını-nəticələrini boşanmaların və intihar hallarının artması səbəblərində axtarmalıyıq, internat evlərində uşaqların sayının artmasında axtarmalıyıq, insan alverinin qurbanı olan qadınların saylarının artmasında axtarmalıyıq. Bu kimi problemlərin həlli yolunda isə güclü maarifləndirmə işlərinin böyük əhəmiyyəti vardır. Ailə hər bir cəmiyyətin özəyi olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Ailə bir sistem olaraq özündə çoxtərəfli münasibətləri ehtiva edir. Bu, ayrı-ayrılıqda həm valideynlər, həm də övladlar arasındakı münasibətləri, həmçinin valideyn-övlad münasibətlərini ifadə edən, nənə və babaların, müxtəlif nəslin nümayəndələrinin, qohumların da daxil olduğu geniş bir sistemdir. Dövlət başçımız İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək demişdir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”
15 may Beynəlxalq Ailə günü ilə əlaqədar olaraq ölkə başçısının rəhbərliyi altında respublikamızın şəhər və rayonlarında Ədliyyə Nazirliyinin bütün qeydiyyat şöbələrinin əməkdaşları tərəfindən nigahın qeydə alınmasının və doğum haqqında şəhadətnamələrin təntənəli şəkildə təqdimatı həyata keçirilir.
Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. Amma dəyişən zaman, müasir inkişaf, qloballaşma, heç şübhəsiz, kiçik dövlət modeli sayıla biləcək Azərbaycan ailələrinə də öz təsirini göstərib. Bir həqiqət vardır ki,bu gün bütün dünyada boşanmaların sayı çoxalmışdır. Bunun əsas səbəblərindən biri də gənc cütlüklərin əsl ailə barədə biliklərinin olmamasıdır. Həmçinin ailələrin dağılmasına səbəb olan amillərin biri də gənc ailələrə kənar müdaxilələrin olmasıdır. Sosial dayağımız olan gənc ailələrin qorunması üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.
Milli-mənəvi dəyərlərə söykənən sağlam ailənin təməlində qarşılıqlı hörmət, sevgi və səmimi münasibətlərin mühümdür. ailə dəyərlərinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi cəmiyyətin hər bir fərdinin ən müqəddəs borcudur, çünki sağlam cəmiyyət sağlam ailə dəyərləri üzərində qurulur.
Bu il də hər bir azərbaycanlı ailəsi Beynəlxalq Ailə Gününü daha qürurla qeyd edir. Çünki bu ailələrdə vətən üçün sağlam ruhda böyüyüb boya-başa çatmış gənclər 30 illik düşmən işğalına son qoydu. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən ailələrə borcluyuq.
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir. Sevindirici haldır ki, ölkəmizdə məhz bu ruhda gənc nəsl formalaşıb. Sağlam ailədə böyüyən, intellektual, güclü vətənpərvərlik ruhuna malik gəncliyi olan ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hər bir sahədə möhtəşəm nailiyyətlər qazanmağa qadirdir.


Maral Həsənova
Nizami rayon qeydiyyat şöbəsinin rəisi

Oxunub: 226
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

12-05-2024, 09:00

15 may Beynəlxalq Ailə günü- ümummilli lider ailənin müqəddəsliyinə daim önəm vermişdir

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 12:49
    ARDNF-dən Perunun ən böyük şirkətinə investisiya
  • Dünən, 12:45
    Üçtərəfli müdafiə sazişi imzalayacaqlar
  • Dünən, 12:01
    Baş Prokurorluq ər-arvadın dəhşətli ölümü ilə bağlı - Məlumat yaydı
  • Dünən, 11:40
    Dəqiqədə 700 min dollardan çox qazanıblar…
  • Dünən, 11:24
    Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
  • Dünən, 11:14
    İcra başçısı Qaramahmudlu sakinləri ilə görüşdü
  • Dünən, 11:09
    Azərbaycanda işçi axtarılır - Əməkhaqqı 10 min manatdır
  • Dünən, 10:56
    Kanalda batma təhlükəsi ilə üzləşdi - Xilas edildi
  • Dünən, 10:52
    Qurban Qurbanovun qəzəbinin qarşılığı nə olacaq?
  • Dünən, 10:46
    Ceyhun Bayramovla Zelenski bir arada
  • 6-08-2026, 20:06
    Şəmkir Rayon Mərkəzi Xəstəxanasının həkimi Ceyhun Rəsulov və arvadı Arzu Əskərovanın icra etdiyi mioma əməliyyatından sonra qadının ölümü ilə bağlı Şəmkir rayon prokrurluğunda araşdırma aparılır
  • 6-08-2026, 17:57
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsində...
  • 6-08-2026, 13:13
    Professor Dilqəm Quliyev - 76
  • 6-08-2026, 12:57
    Azərbaycanlı sürücülər günlərdir Gürcüstan gömrüyündə qalıb
  • 6-08-2026, 11:57
    Bəs sən onlara niyə inandın?
  • 6-08-2026, 11:52
    Süni intellektdən istifadə ona heç nə qazandırmadı...
  • 6-08-2026, 11:47
    Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama vahid-ayliq-muavinet-kimlere-verilir
  • 6-08-2026, 11:38
    Sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salındılar
  • 6-08-2026, 11:32
    Ceyhun Bayramov Ukraynaya getdi
  • 6-08-2026, 11:28
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxarılır
  • 6-08-2026, 11:19
    Bakı–Tbilisi qatarına biletlərin satış müddəti artırılır
  • 6-08-2026, 11:15
    Bu gün çimərliyə getmək istəyənlərin diqqətinə!
  • 6-08-2026, 11:11
    Beş İcra Hakimiyyəti İT sistemlərini “Hökumət buludu”na köçürdü
  • 5-08-2026, 18:10
    “Səyyar Gənclər Xidməti” layihəsi bu dəfə
  • 5-08-2026, 17:43
    Metropoliten rəsmisi sərnişinlərə çıxış yolu göstərdi
  • 5-08-2026, 17:33
    “Patriot” raketləri ilə bağlı rədd cavabı aldı
  • 5-08-2026, 17:28
    Hindistan BTQ ilə əməkdaşlıq edən hüquq müdafiəçisini təhdid edib
  • 5-08-2026, 17:23
    “Azərbaycan öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz”
  • 5-08-2026, 17:19
    Cəbhəyə 50 min robot göndərməyi planlaşdırırlar
  • 5-08-2026, 17:05
    Bu dünyanın Nərimanı...
  • 5-08-2026, 16:20
    Vüsal Aslanovdan yeni rəis - Təyinatları
  • 5-08-2026, 11:55
    Türkəsilli Amerika tədqiqatçısından Talebinə - Vardanyanla bağlı çağırış
  • 5-08-2026, 11:47
    İspaniya ərazisinə növbəti miqrant axını gözlənilir?
  • 5-08-2026, 11:20
    Paşinyan onun işindən narazıdır
  • 5-08-2026, 11:12
    Kardioloq həmin səs yazısının ona aid olmadığını - Açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə