• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Azərbaycan tarixinin zəfər salnaməsi-Milli qutuluş Günü

gundem / sosial / maraqli

13-06-2023, 07:56

Azərbaycan tarixinin zəfər salnaməsi-Milli qutuluş Günü
Azərbaycanın iqtisadi və mədəni həyatı 1980-ci illərin ikinci yarısından başlayaraq ağır böhran keçirirdi. Bunun bir səbəbi ölkədə gedən siyasi proseslər idisə, digər səbəbi sovet imperiyasının dağılması ilə respublikanın köhnə iqtisadi əlaqələlərinin demək olar ki, pozulması idi. İqtisadiyyatın idarəetmə sistemi də pozulmuşdu. Belə bir şəraitdə hakimiyyətə gələn Heydər Əliyev tez bir zamanda dövlət intizamını gücləndirib siyasi sabitlik yaratdı.
Sovet İttifaqı dağıldıqdan sonra bu birliyə daxil olan ölkələrin hər biri öz ayaqları üzərində dayanmağa çalışırdı. 1991-ci ilin oktyabrında Azərbaycan öz müstəqilliyini elan etdi. Dövrün ən çətin zamanlarında bu, millət, vətəndaş olaraq, vahidlik və müstəqillik yolundan atılmış böyük addımlardan biri idi. Amma müstəqil olmağımıza mane olan hadisələr də cərəyan edirdi. Mənfur düşmən Ermənistanın gizli xisləti və işğalçılıq niyyəti güdən təcavüz planları yenicə müstəqil olan ölkədə vəziyyəti gərginləşdirmişdi. Ölkə daxilində olan xaotik vəziyyət, hakimiyyətə qarşı olan itaətsizlik müstəqilliyi uçuruma doğru yuvarlayırdı. 1993-cü ilin iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi birləşmələr hakimiyyətin tələblərinə uyğun hərəkət etmir, verilən tapşırıq və əmrləri icra etməkdən boyun qaçırırdılar. Bununla yanaşı, həmin hərbi birləşmələr Baş nazirin və Prezidentin istefasını tələb etməyə başladılar. Qiyamçı hərbi birləşmələr tələblərini artıraraq tək Gəncə şəhərində deyil, istəkləri ilə bağlı məsələlərdə Bakının da adını hallandırırdılar. Demək olar ki, hakimiyyət onlarla mübarizə apara bilmirdi. Vəziyyət nəzarətdən çıxmışdı. Bu cür çətin və çıxılmaz bir vəziyyətdə qalan ölkəni ancaq müdrik hakimiyyət rəhbəri çıxara bilərdi. Bütün ümidləri üzülən xalqın bu cür taleyüklü bir sınağında xalqın səsinə səs verən müdrik insan, böyük siyasətçi Ulu Öndər Heydər Əliyev oldu.
Həmin vaxt ulu öndər paytaxt Bakıya gələrək, ölkədə yaranan vəziyyətlə bağlı anti-böhran fəaliyyəti istiqamətində işlər görməyə başladı. Böyük siyasətçi, müdrik lider məhz həmin zamanlarda heç nədən çəkinmədən bütün baş verə biləcək hadisələri göz önünə alaraq, bir qrup ziyalı ilə Gəncə şəhərinə yola düşüb. Qiyamçıların olduğu yerə gedərək onlarla danışıq aparmaq və ölkəni vətəndaş müharibəsindən xilas etmək əsl liderlik xarakteri idi. Heydər Əliyev bununla da xalqın arxasında olduğunu bir daha sübut etdi. Həmin zaman xalqın çoxsaylı istəyi, eləcə də Milli Məclis üzvlərinin xahişi ilə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilməsinə razılıq verdi. Bundan sonra Azərbaycan sanki ikinci dəfə müstəqil bir ölkə oldu. 15 iyun tarixi Azərbaycan Respublikasında yeni bir mərhələnin başlanğıcı hesab edilir. Güclü mübarizə, əzm, iradə və dözümlülük naminə əldə edilmiş bu gün Azərbaycan tarixinin qurtuluş salnaməsi sayılır. Milli Məclisdə millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Məclis bu təklifi bəyəndi. O vaxtdan ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir. Bu tarixi hadisədən sonra – 15 iyun Azərbaycanın Milli Qurtuluş Günü oldu. Azərbaycan Respublikasının əlamətdar günlərindən biri olan Qurtuluş Günü 1997-ci ilin 15 iyunundan rəsmi olaraq bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilib.
Müdrik və uzaqgörən siyasətçi olan ümumilli lider Heydər Əliyev Ali Sovetin Sədri seçildikdən sonra demək olar ki, parlament idarəçiliyinə yeni nəfəs gəldi. Milli Məclisdəki diskussiyalar əvvəlki kimi deyil daha sivil formada keçirilməyə başladı. Məclisin iclasları və digər tədbirlər televiziya ekranlarından birbaşa yayımlanmağa başladı. Bir sözlə, demokratik dəyərlər və idarəçilik sistemi yüksək səviyyəyə qaldırıldı. Hər il ölkədə rəsmi bayram kimi qeyd olunan – 15 İyun Qurtuluş Günü vətəndaş olaraq hamı üçün xüsusi bir əhəmiyyətə malikdir.
Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin vəfatından sonra İlham Əliyev Prezident seçildi. 2003-cü ildən başlanan bu yol aparılan siyasi kursun nəticəsi olaraq, qələbə ilə yekunlaşdı. Bu illər ərzində Azərbaycan tək Qafqazda deyil, eləcə də dünya ölkələri arasında güclü dövlətə çevrildi. Bununla yanaşı, artıq Azərbaycan da bir neçə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etdi. İqtisadiyyatın möhkəmlənməsinə, dayanıqlı olmasına önəm verildi. İdxal edən ölkədən, ixrac edən ölkəyə çevrildi. Respublikada baş verən dəyişiklik Bakı şəhərinin xarici görünüşünə də təsir etdi. Bütün bunlarla yanaşı müdafiə sahəsinə də çox diqqət yetirilirdi. Hər il bu sahəyə ayrılan vəsait daha da artırıldı. Ancaq bütün bu sürətli inkişafa baxmayaraq, ölkənin ürəyində açıq bir yara var idi. Bu Ermənistanın uzun illərdi işğal altında saxladığı – Qarabağ torpaqları idi.
Dövlət başçısı hər dəfə çıxışında bildirirdi ki, “Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq”. Məhz belə də oldu. Prezident İlham Əliyevin bu illər ərzində əzmkarlığı, qətiyyəti və dönməzliyi, həmçinin müdafiə sahəsinə xüsusi diqqət ayırması 2020-ci ildə həyata keçirilən “Dəmir yumruq” əməliyyatında peşəkar şəkildə özünü nümayiş etdirdi. Haqq öz yerini tapdı. Azərbaycan torpaqlarını işğaldan azad etdi.
Ötən illərlə müqayisədə bu il Milli Qurtuluş Günü daha fərqli və qələbə ruhlu keçirilir. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət və “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 ilə yaxın erməni faşizmi tərəfindən işğal altında saxlanılan Qarabağ torpaqları azad edildi. Qurtuluşdan başlanan 30 illik yol zəfər salnaməsi ilə davam etdi.
1991-ci ilin oktyabrında müstəqillik əldə edən Azərbaycan, 1993-cü ilin 15 iyununda ikinci dəfə müstəqillik zirvəsinə ucaldı. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına Qurtuluş gününü nəsib etdi, onun yolunu, apardığı uğurlu siyasəti müdrikliklə davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyev isə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.
Xalqımızın və müstəqil dövlətimizin xilasının başlanğıcı olan 15 İyun – Milli Qurtuluş Günü respublikamızda hər il geniş qeyd olunur. Məhz həmin gündə ümummilli lider Heydər Əliyev xalqın çağırışı ilə ölkə rəhbərliyinə qayıdaraq misilsiz fədakarlıqla milli dövlətçiliyimizi məhv olmaqdan xilas edib, müstəqilliyimizin dönməzliyini və ölkəmizin gələcək inkişafını təmin edib.
Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışı ilə milli dövlətçiliyimizin inkişafının, Azərbaycanın hərtərəfli tərəqqisinin başlanıldığı gün oldu. Ulu Öndərin müəyyən etdiyi xalqımızın firavan gələcəyinə hesablanmış uğurlu siyasi kurs ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə, ardıcıl və dönmədən davam etdirilərək respublikamız gündən-günə çiçəklənir, xalqımız bütün sahələrdə yüksək nailiyyətlər qazanır.
Ümummilli Liderin dövlətçilik amallarına daim sadiq qalan ədliyyə işçisi olaraq qeyd edim ki, cənab prezidentin rəhbərliyi ilə xalqımız və dövlətimiz bundan sonra da tarixi nailiyyətlərə və qələbələrə imza atacaq.
15 iyun Milli Qurtuluş Günü-bu əziz gündə biz də ədliyyə işçiləri olaraq daha da əzmlə çalışacaq, dahi rəhbərin yüksək dövlətçilik amallarına hər zaman sadiq qalaraq respublikamızın hərtərəfli inkişafı və müasirşməsi naminə ölkə başçısının ətrafında sıx birləşərək üzərimizə düşən vəzifələri bundan sonra da böyük məsuliyyət və şərəflə yerinə yetirəcəyik.

Maral Həsənova

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nizami rayon qeydiyyat şöbəsinin rəisi

Oxunub: 232
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • 18-10-2026, 10:38
    Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Memorandum imzalanıb
  • Bu gün, 10:28
    Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
  • Bu gün, 10:24
    Bakıdakı görüşə 250-dən artıq iştirakçı gələcək - Heydər Məmmədov
  • Bu gün, 10:18
    Xəzər rayonunda müşavirə keçirildi - Fotolar
  • Bu gün, 10:14
    Buzovnada mənzildə yanğın
  • Bu gün, 10:09
    Ebola bu ölkəyə də sıçradı
  • Bu gün, 10:02
    “Zənginləşdirilmiş uranın bir qramı da ölkədən çıxarılmayacaq”
  • Bu gün, 09:58
    Fransada 12 şəhərdə komendant saatı uzadıldı
  • Bu gün, 09:53
    Tramp administrasiyası 300 mindən çox vizanı ləğv edib
  • Bu gün, 09:48
    Yaşıl ulduz kəşf edildi
  • Bu gün, 09:45
    Trampdan Avropaya - Sərt xəbərdarlıq
  • Dünən, 10:47
    “Kupça”sız evə bu yolla sənəd almaq olar
  • Dünən, 10:42
    “Fənərbaxça” “Slaviya”ya qarşı
  • Dünən, 10:35
    Fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edildi
  • Dünən, 10:31
    İsrailə gizli səfər etdi
  • Dünən, 10:27
    Kolumbiyada hərbi helikopter qəzaya uğradı - 19 yaralı
  • Dünən, 10:22
    Yaddaşı gücləndirməyin ən asan yolu tapıldı
  • Dünən, 10:10
    “Sabah”ın “Borussiya Dortmund” sınağı - ÇL
  • Dünən, 10:04
    “Zelenski nə dediyini bilmir, danışıqları başqası aparmalıdır”
  • Dünən, 09:59
    Məşhurlara həmin reklamları qadağan edirlər
  • Dünən, 09:55
    Hər uşağa “SpaceX”dən səhm verəcək
  • 19-10-2026, 21:15
    İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
  • 19-10-2026, 11:11
    AQEM Zirvəsi: Azərbaycanın qətiyyətli mövqeyi və yeni geosiyasi reallıqlar
  • 19-10-2026, 10:21
    Putin üçtərəfli sammit keçirmək istəyir - KİV
  • 19-10-2026, 10:16
    Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
  • 19-10-2026, 10:10
    Kanadada hərbi bazada yanğın - 4 hərbçi öldü, 40-ı yaralandı
  • 19-10-2026, 10:02
    15 yolda tıxac var - Siyahı
  • 19-10-2026, 09:57
    “Zelenski buna əhəmiyyət vermir”
  • 19-10-2026, 09:49
    Bu ərazilərdə 5 saat işıq olmayacaq
  • 19-10-2026, 09:43
    “Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - Video
  • 19-10-2026, 09:38
    Tramp İsrail xalqına müraciət etdi
  • 19-10-2026, 09:33
    Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
  • 19-10-2026, 09:28
    Türkiyədə konsert faciəsi - Ölənlər var
  • 18-10-2026, 11:16
    Hikmət Hacıyev həmin tarixdən yazdı
  • 18-10-2026, 11:12
    “İmişli” “Turan Tovuz”a , “Zirə” “Kəpəz”ə qarşı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə