• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Separatçıların “aclıq oyunları” - “Kaspi”nin BAXIŞI

gundem / ust / manset

19-08-2023, 14:48

Separatçıların “aclıq oyunları” - “Kaspi”nin BAXIŞI
1996-cı ildə Birinci Qarabağ müharibəsi başa çatmışdı və təbii ki, hər hansı blokadadan danışmaq yersiz idi. Ermənilər işğal etdikləri Laçın vasitəsilə Ermənistanla əlaqə qurmuşdular. Bununla belə, Qarabağ ermənilərinin əksəriyyəti ac idilər. 27 il keçməsinə baxmayaraq, nə dəyişib? Onda da ac idilər, indi də. Daha doğrusu, onda da müftə yeyən idilər, indi də.

Avqustun 15-dən etibarən Xankəndidəki separatçılar yeni “layihə”yə start veriblər. Ruben Vardanyanın sponsoru olduğu aksiya şəhərdə yaşayan “imkansızların, hamilə qadınların, yaşı 16-a çatmayan və 65-dən yuxarı olan şəxslər”in gündə bir dəfə yerli “Park hotel”də yeməklə təmin edilməsini nəzərdə tutur. Adıçəkilən hotel yerli daşnaklara məxsusdur. Aksiyaya Ermənistanın tələbi ilə avqustun 16-da baş tutan BMT TŞ-nin iclasından öncə start verilməsi təsadüfi deyil və “blokada” kampaniyasının tərkib hissəsidir. Halbuki Xankəndidə məskunlaşdığı bir il ərzində Vardanyan yerli əhalinin heç bir probleminin həlli üçün bir dram vəsait xərcləməyib. Buna görə onu Paşinyan tərəfdarı olan bloqerlər kəskin şəkildə tənqid edirlər. Vardanyanın nəinki əhaliyə pul xərcləməməsi, hətta “dövlət naziri” olduğu dövrdə “artsax”ın iqtisadi böhrandan çıxması üçün hər hansı proqramla çıxış etməməsi İrəvanda gülüş və istehza mövzusuna çevrilib.

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

İndi “blokada”dırsa, bəs 1996-cı ildə nə idi?

Xankəndidə pulsuz yemək paylanılacağına dair məlumat yayılandan dərhal sonra ermənilərə məxsus “20 fevral” teleqram-kanalı yaxın keçmişdən çox maraqlı xatırlatma paylaşıb. Sən demə, 1996-cı ildə separatçı hərəkatın fəallarından olan Murad Petrosyan “baş nazir” Leonard Petrosyana təklif edir ki, imkansız şəxslərə pulsuz yemək verilsin. Petrosyan 1996-cı ildə “baş nazir”ə yazdığı məktubda üstüörtülü eyham vurub ki, “vəzifə”də olanlar, o cümlədən, ovaxtkı “prezident” Robert Köçəryan “xalqın malı”nı yeyib-taladıqlarından sıravi əhali bir qarın yeməyə möhtac qalıb. “Baş nazir” onun məktubunu ovaxtkı “müdafiə naziri”, indi isə Azərbaycanla sülhdən danışan Samvel Babayana göndərib. Babayanla görüşən Petrosyan deyib ki, insanlar aclıqdan əziyyət çəkirlər və bu səbəbdən narazılıq gündən-günə artır. Çıxış yolu kimi o, “müdafiə naziri”ndən şəhər sovetinin yeməkxanasında hər gün 200 ailənin yeməklə təmin olunması üçün 25 min dollar istəyir. S.Babayan bu məqsədlə hər il “ordu”nun ehtiyatından endirilmiş qiymətlərlə 30 min dollar dəyərində ərzağın ayrılmasına tapşırıq verir. Ancaq qısa zaman ərzində Petrosyanın ideyası iflasa uğrayır. Çünki şəhər şurasının yeməkxanasına o qədər ac sakin toplaşır ki, təşkilatçılar bu axının tələblərini təmin edə bilməyəcəklərini anlayırlar.

Fikrindən daşınmayan M.Petrosyan bu dəfə əhaliyə yeməyi evdə bişirmək üçün ərzaq paylamaq qərarına gəlir və yerli TV ilə çıxışında Xankəndi sakinlərinə izah etməyə çalışır ki, bu yardım yalnız vəziyyəti ən çətin olan ailələr üçün nəzərdə tutulub. Təbii ki, xeyri olmur. Ertəsi günü ərzaq paylanan “Oktyabr” kinoteatrının qarşısına o qədər adam toplaşır ki, sıxlıqdan avtomobillərin hərəkətini dayandırmalı olurlar. Bunu görən S.Babayan M.Petrosyanla anlaşmasını ləğv edir.

Aclıq olsun, separatizm olsun

1996-cı ildə Birinci Qarabağ müharibəsi başa çatmışdı və təbii ki, hər hansı blokadadan danışmaq yersiz idi. Ermənilər işğal etdikləri Laçın vasitəsilə Ermənistanla əlaqə qurmuşdular. Bununla belə, Qarabağ ermənilərinin əksəriyyəti ac idi. 27 il keçməsinə baxmayaraq, nə dəyişib? Onda da ac idilər, indi də. Daha doğrusu, onda da müftə yeyən idilər, indi də.

BMT TŞ-nin 16 avqust tarixli iclasından əvvəl bir tərəfdən aclar üçün yemək verilməsi, digər tərəfdənsə yerli sakinin “aclıqdan ölməsi” xəbəri “blokada” təbliğatının yalanlarıdır. Bu saxtakarlıq çoxsaylı suallara yol açır. Məsələn, guya “aclığ”a tab gətirməyib həyatla vidalaşan şəxsin cəmi 40 yaşı olub. Kiçik şəhərdə onun indiyədək aclıq çəkdiyindən niyə heç kimin, o cümlədən qonum-qonşunun, qohumların xəbəri olmayıb və yaxud nəyə görə heç kim bu şəxsi axtarıb-aramayıb? Əgər “ac”ları gündə bir dəfə yeməklə təmin etmək mümkündürsə, bu, hansı ərzaq və azuqə hesabına edilir? “Blokada” səbəbindən işsiz qalan əhalinin hamısı potensial aztəminatlı sayıldığından güman ki, şəhər sakinlərinin böyük qismi birdəfəlik süfrələrin iştirakçısıdır. Bu qədər ərzaq ehtiyatı varkən, aclıq və ehtiyacdan danışmaq nə qədər düzgündür?

Oxunub: 115
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

12-08-2023, 11:16

Xankəndidə “humanitar böhran” yaşayan ermənilər toy-büsatdadırlar

gundem / ust / manset

15-07-2023, 14:10

Ərdoğanın Vilnüs bəyanatı: Moskvaya ünvanlanmış açıq və qəti mesaj - “Kaspi”nin TƏHLİLİ

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 09:17
    İraqda 12 illik dövr başa çatdı
  • Bu gün, 09:08
    Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var
  • Bu gün, 09:05
    Bu ölkədə subaylara hökumət sevgili tapacaq
  • Bu gün, 08:53
    “İran sonda təslim olacaq”
  • Bu gün, 08:49
    110 illik işi 19 saniyəyə gördü
  • Bu gün, 08:44
    Xəzər dənizində zəlzələ oldu
  • Bu gün, 08:41
    ABŞ İrana yeni sanksiyalar tətbiq etdi
  • Bu gün, 08:36
    Bu ərazilərdə qaz olmayacaq
  • Bu gün, 08:33
    Cəlilabadda salatdan zəhərlənmə - 10 nəfər xəstəxanalıq oldu
  • Dünən, 20:30
    Səyyar Gənclər Xidməti növbəti dayanacağı olan Salyan ilə fəaliyyətinə davam edir
  • Dünən, 18:40
    ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
  • Dünən, 18:13
    “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səbaildə Ulu Öndər Heydər Əliyevin milli memarlıq irsinə həsr olunan tədbir keçirilib
  • Dünən, 13:42
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsində...
  • Dünən, 12:32
    İlham Əliyevin FIFA prezidenti ilə görüşündən maraqlı
  • Dünən, 12:28
    Prezident İnfantinonu qəbul etdi
  • Dünən, 12:16
    “Faiq Məmmədov Qarabağ Universitetində heç vaxt çalışmayıb” - Rəsmi
  • Dünən, 12:03
    Nazir görüş keçirdi
  • Dünən, 11:49
    Bakı bu il gözlənilən leysanlara nə dərəcədə hazırdır?
  • Dünən, 11:44
    Azərbaycanlılara qarşı etnik təmizləmənin BMT müstəvisində müzakirəsi
  • Dünən, 11:37
    Qazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş...
  • Dünən, 11:31
    Konsertdən 1 saat əvvəl xəsarət alsa da, səhnəyə çıxıb
  • Dünən, 11:26
    Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
  • 28-09-2026, 14:53
    Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir
  • 28-09-2026, 13:21
    ƏDALƏT, ŞƏFFAFLIQ VƏ HUMANİZM — MƏHKƏMƏ PROSESİNDƏ HÜQUQUN ALİLİYİ
  • 28-09-2026, 10:49
    ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
  • 28-09-2026, 09:28
    Həkimləri çağırışa çatdıran sürücü - Sükan arxasında öldü
  • 28-09-2026, 09:24
    Novxanı- Pirşağı yolunda ağır qəza - 2 nəfər yaralandı - Video
  • 28-09-2026, 09:18
    Bakının bu ərazilərində işıq olmayacaq
  • 28-09-2026, 09:12
    Meloni İlham Əliyevə təşəkkür etdi
  • 28-09-2026, 09:08
    Bioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandı
  • 28-09-2026, 09:02
    İran Hörmüzdə ABŞ-yə məxsus pilotsuz sualtı aparatı ələ keçirdi
  • 28-09-2026, 08:59
    Serbiya Prezidenti istefa verdi
  • 28-09-2026, 08:55
    “Suveren Azərbaycan çoxlarının kabusu və qorxunc röyası idi!” - Elşən Musayev
  • 28-09-2026, 08:40
    Çin İrandan üz çevirir? - Ağ Evdəki görüşün detalları
  • 28-09-2026, 08:36
    “Səfərdən bir xalla qayıtmağımız sevindiricidir” - Ayxan Abbasov
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə