• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Ermənilərin diplomatik məğlubiyyəti

gundem / ust / manset

19-08-2023, 18:06

Ermənilərin diplomatik məğlubiyyəti
Ermənistan və ona havadarlıq edən Fransa kimi dövlətlər avqustun 16-da yenidən Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurası çərçivəsində qətnamənin qəbul edilməsi ilə bağlı uğursuz addım atdılar. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan təkcə Ermənistanla deyil, bu ölkəyə dəstək göstərən dövlətlərlə, ümumilikdə dünya erməniliyi ilə informasiya cəbhəsində, siyasi, diplomatik, həmçinin hüquqi müstəvidə mübarizə aparır. Haqq və ədalətin tərəfində olduğumuz və qanun çərçivəsində hərəkət etdiyimiz üçün bu istiqamətdə yalnız uğurlar əldə etmişik və uğurlarımız davam edəcək.
BMT TŞ-nın toplantısında bəzi dövlətlərin yenidən bir qətnamənin, yəni, Azərbaycanın Cənubi Qafqaz regionunda bütün istiqamətlərdə - sülhün və sabitliyin bərqərar edilməsi ilə bağlı müsbət təşəbbüslər ortaya qoymasından, bölgədə təhlükəsizlik və sabitlik qarantiyası rolunu öz üzərinə götürməsindən asılı olmayaraq, Azərbaycana qarşı əsassız iddialar irəli sürmək, Laçın yolunda blokada, o cümlədən Xankəndidə “humanitar böhran” yaratmaq kimi əsassız iddialar səsləndirməsi Azərbaycana qarşı ikili standartlardan başqa bir şey deyil.
BMT bu gün özünün yaratdığı qeyri-işlək mexanizmin əsirinə çevrilib. Xankəndi, o cümlədən Laçın yolunda Azərbaycana qarşı səsləndirilən ittihamlara gəldikdə isə, bu ittihamlar tamamilə əsassız və absurddur. Bu, həmin o qurumdur ki, 1993-cü ildə eyni şəkildə müzakirələr apararaq Ermənistana qarşı qətnamələr qəbul edib. Həmin 4 qətnamədə elə Ermənistanın qanunsuz ünsürləri, silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması ilə bağlı konkret rayon və müddətlərin səsləndirilməsi yolu ilə qeyd-şərtsiz çıxarılmasına hesablanmış məqamlar öz əksini tapıb. Amma təəssüf ki, qətnamələr sona qədər icra edilmədi və Azərbaycan 2020-ci ildə reallaşdırılan İkinci Qarabağ müharibəsi ilə həmin o qətnamələrin icrasına nail oldu.
TŞ iclasında ədalətli yanaşma tərzi ortaya qoyan dövlətlər də oldu, amma çox təəssüf ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşdırılmasına töhfə vermək istəyən bəzi dövlətlər daimi üzv kimi anti-Azərbaycan mövqeyi ortaya qoydular. Bir çoxları Azərbaycana Laçın yolunda “blokada”nı dayandırmağa, keçidi, gediş-gəlişi təmin etməyə və “böhran”ı aradan qaldırması ilə bağlı addımlar atmağa çağırışlar etdilər. Baxmayaraq ki, Azərbaycan dəfələrlə həmin o təşkilatların, o cümlədən də daimi üzv statusuna malik olan dövlətlərin də diqqətinə çatdırıb ki, heç bir blokadadan söhbət getmir, humanitar məqsədlərlə o yol heç vaxt bağlı olmayıb. İnsanlar hər iki istiqamətdə o yoldan istifadə edirlər. Humanitar böhran şousu altında yük maşınlarını ora gətirmək istəyən dövlətlərə isə Azərbaycan tərəfindən çağırışlar edildi ki, əgər hansısa bir humanitar böhran realdırsa, Azərbaycan bunun qarşısını almaq üçün istənilən addımı atmağa, alternativ yol olaraq Ağdam-Xankəndi yolunu təklif etməyə və hətta humanitar yardım göstərməyə hazırdır. Amma bu təşəbbüslər rədd edildi, çünki əslində orada real humanitar böhrandan söhbət getmir. Məqsəd tamamilə fərqlidir.
BMT tribunasında növbəti məkrli və hiyləgər plan həyata keçirilməkdədir. Təbii ki, buna da Azərbaycan bu günə qədər imkan vermədiyi kimi, bundan sonra da imkan verməyəcək. Hər bir halda BMT-nin bu müzakirələri bir daha Azərbaycanın siyasi və diplomatik qələbəsini təmin etdi. Eyni zamanda, anti-Azərbaycan siyasəti yürüdən ermənipərəst mövqeyi ilə seçilən dövlət və təşkilatların uğursuzluğa düçar olduqlarını bir daha sübut etdi. Həmçinin digər bir məqam isə onunla yadda qaldı ki, Azərbaycan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin tərəfdarı olan əsas dövlətdir. Bunu isə Ermənistan tərəfi istəmir və ona görə bu oyunları qurur. Digər bir məqam da az öncə qeyd etdiyim kimi, bir daha göstərdi ki, BMT kimi nüfuzlu və böyük təcrübəyə malik bir təşkilat bu gün hansısa qüvvələrin alətinə çevrilməkdə davam edir və hansısa maraq və mənafelərə xidmət edir.


Təranə Tağıyeva – BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru

Oxunub: 134
Paylaş:
Digər xəbərlər

gundem / manset

24-03-2023, 11:21

Ayxan Hacızadə Vahaqn Xaçaturyan tərəfindən Azərbaycana qarşı səsləndirilmiş əsassız iddialara cavab verdi

dunya / manset

25-02-2023, 10:38

ABŞ Ukraynada atəşkəsə qarşı çıxdı: “Bu yalnız Rusiyaya yenidən silahlanmağa kömək edəcək”

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 13:01
    Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
  • Dünən, 12:57
    20 yaşlı qız çimərlikdə boğuldu
  • Dünən, 12:53
    “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır”
  • Dünən, 12:48
    16 yaşlı yeniyetmə öldü, yaralılar var - Yasamalda partlayış
  • Dünən, 12:45
    İlham Əliyevdən Trampa məktub
  • Dünən, 12:35
    Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış
  • Dünən, 12:31
    Xameneinin dəfninə görə 1 həftə vaxt verdi
  • Dünən, 12:28
    Bu şəhərin bir hissəsində qaz olmayacaq
  • Dünən, 12:25
    Messi yenidən liderliyə yüksəldi
  • Dünən, 12:22
    “Azeri Light” 73 dollara satılır
  • 3-07-2026, 21:11
    Qəhrəmanlar danışır...
  • 3-07-2026, 16:38
    Rəqəmsal Azərbaycan gələcəyə aparan strateji yol xəritəsidir
  • 3-07-2026, 11:06
    Xəqani Səfərov -70
  • 3-07-2026, 10:57
    Kürdəmirdə Polis Günü ilə bağlı tədbir keçirildi
  • 3-07-2026, 10:39
    Nazir Jan Todla görüşdü
  • 3-07-2026, 10:33
    Səfərbərlik Xidmətinin 75 əməkdaşı cəzalandırılıb - 42-si rəhbər şəxsdir
  • 3-07-2026, 10:26
    Azərbaycanda 63 yaşlı qadın ana oldu
  • 3-07-2026, 10:14
    Bakteriyalar alimlərə təsirli xərçəng dərmanları yaratmağın yolunu göstərdi
  • 3-07-2026, 10:08
    “Azeri Light” bu gün neçəyə satılır?
  • 3-07-2026, 10:03
    Tehranda Xamenei ilə vida mərasimi başladı
  • 3-07-2026, 09:59
    Paşinyan İrana getdi
  • 3-07-2026, 09:54
    “AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim etdi
  • 3-07-2026, 09:50
    Atası Arzumun həbsindən sonra ölənin yaxınlarına qarğış etdi
  • 3-07-2026, 09:45
    Xameneinin dəfnində Azərbaycandan onlar iştirak edəcək
  • 2-07-2026, 20:13
    Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ başlayır
  • 2-07-2026, 15:21
    Missiyanızla 100 yaşayın cənab GENERAL!
  • 2-07-2026, 14:50
    Ədalətin keşiyində keçən şərəfli ömür – Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, hüquq elmləri doktoru, professor, əməkdar müəllim İbrahim Quliyevə ehtiramla...
  • 2-07-2026, 12:35
    Gəncədə 29 yaşlı kişi bıçaqlandı
  • 2-07-2026, 12:23
    Bu marşrutların hərəkəti müvəqqəti dəyişdirilir
  • 2-07-2026, 12:20
    “Bölgədə Azərbaycan vektorlu yeni reallıqların formalaşması bunun əyani nümunəsidir”
  • 2-07-2026, 12:15
    “Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
  • 2-07-2026, 12:10
    Azərbaycan nefti ucuzlaşdı
  • 2-07-2026, 12:05
    II cəhd imtahanında iştirak edəcəklərin nəzərinə!
  • 2-07-2026, 12:01
    Azərbaycan Polisi - 108 illik şərəf, fədakarlıq və dövlətçilik məktəbi
  • 2-07-2026, 11:58
    Xameneinin dəfnindən sonra görüşəcəklər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə