• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Gülər Mübariz: Ekspert - yazar "Azərbaycan xalqı dünyanın ən uşaqcanlı xalqlarından biridir"

gundem / ust / manset

21-08-2023, 17:53

Gülər Mübariz: Ekspert - yazar "Azərbaycan xalqı dünyanın ən uşaqcanlı xalqlarından biridir"
Müasir Azərbaycan ailəsində ər-arvad münasibətlərinin düzgün qurulmasının kökündə dayanan səbəblərdən biri də valideynlər və övladlar arasındakı münasibətlərdir.

"Qanunyolutv.az" xəbər verir ki, bunu ekspert-yazar Gülər xanım Mübariz deyib.

Gülər xanım bildirib ki, Azərbaycan xalqı dünyanın ən uşaqcanlı xalqlarından biridir.

Belə ki, valideynlər övlad sevgisini pərəstiş halına gətirəcək qədər çox bağlıdır uşaqlarına. (istisnalar var) Qurulan ailələrin mənəvi həyatında valideynlərin rolu və əhəmiyyəti böyükdür. Ailənin psixoloji iqlimi ərlə arvadın, valideynlərlə-uşaqların qarşılıqlı münasibətlərinin xarakteri ilə müəyyən olunur və bilavasitə onları əks etdirir. Diqqətlə fikir versək, belə bir cəhəti asanlıqla görə bilərik ki, ailə üçün gözlənilməz olan hər hansı bir hadisə və ya şərait onun psixoloji iqliminə öz-özlüyündə deyil, məhz ər-arvad və yaxud valideynlər-uşaqlar arasındakı münasibətlər vasitəsilə təsir göstərir. Burada daha açıq desək,təqdimat da mühüm rol oynayır. Müxtəlif həyati faktların təhlili göstərir ki, gənc ailə arasındakı uyum daha çox onların ideya və mənəvi sərvətləri, maraqları və xarakter əlamətləri ilə bağlı olsa da,onların bu uyumu əldə etməzdən əvvəl buna psixoloji hazırlıqları daha önəmlidir. Bu hazırlıqda da valideynin rolu danılmazdır.

Valideynlər ilk öncə övlad sahibi olduqda onu güclü övlad kimi yetişdirməkdən başqa həm də cəmiyyətimiz üçün güclü şəxsiyyət və fərd olaraq yetişdirməyin nə qədər vacib olduğunu anlamalıdırlar. Buna əsaslanan valideynlər övladlarına ideal ailə sahibi olmağı öyrətmək üçün belə bir ailə tablosunu məhz göstərməli və bunu onlara yaşatmalıdırlar. Sağlam və güclü ailədə böyüdülən övladların faydalı şəxsiyyət kimi böyüməsi və gələcəyin sağlam ailə başçısı olmağı daha məntiqəuyğundur. Yəni ailənin psixoloji iqliminin nüvəsi məhz ailə münasibətləri ilə bağlıdır. Ərlə arvad arasındakı münasibətlər möhkəm olanda, hətta təsadüfən baş verən xoşagəlməz hadisə ailəni əslində sarsıda bilmir. Ata-ana dərdi birlikdə çəkir, ailə üçün ən çətin olan anda bir-birilərinə həyan olurlar. Belə bir şəraitdə böyüdülən övladlar psixoloji cəhətdən güclü yetişirlər, ailənin önəmini dərk edirlər, yaşadıqları və öyrəndikləri həyatı yaşamağa, yaşatdırmağa davam edirlər.

Bu gün Azərbaycanda boşanmaların sayı günü-gündən artır. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 6920 boşanma halları qeydə alınıb və 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,6-dan 4,5-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb. Ən xoşagəlməz hallardan biri də budur ki,statistikada artan bu rəqəmlər gələcək uşaqların daha da ağır vəziyyətlərdən və sınaqlardan keçməli olduqlarından xəbər verir.

Müasir dövrümüzdə ailə anlamını artıq daha fərqli və çoxşaxəli qavrayan gənclər də bu istiqamətdə bəzən çətinliklər yaradır. Məntiqə əsaslanan bütün düşüncələrin arxasında olmalıyıq. Yetər ki bu düşüncələrin arxasında mənəvi dəyərlərimiz də dayansın. Həyati təcrübələrə əsaslansaq, belə deyə bilərik ki, əvvəlki dövrlərdə yaşanılan ailədaxili hadisələrlə gənclərimiz artıq razılaşmır. Cəmiyyət həyatında baş verən dəyişikliklər, insanlardan bir tərəfdən dünya dövlətlərinə inteqrasiyanı tələb edirsə, digər tərəfdən də milli xüsusiyyətlərimizin, adət-ənənələrin qorunmasını, inkişaf etdirilməsini tələb edir. Bütün bunlar həm gənclərin həyat və düşüncə tərzinə təsir göstərir, həm də bütövlükdə ailə həyatına, ailədaxili münasibətlərə təsir göstərir. Lakin insanlarımızın əksəriyyəti cəmiyyət həyatında baş verən belə dəyişikliyə psixoloji baxımdan hazır deyillər və bu hal cəmiyyətdə, eləcə də ailələrdə bir sıra problemin yaranmasına səbəb olur.Bu problemlərin ən qlobal olanları aşağıdakı amillərdir.
iqtisadi amil – işsizlik;
asosial amil – ailənin və ya onun bir üzvünün qeyri-sağlam həyat sürməsi;
 psixoloji amil – ailədə zorakılıq, aqresivlik, hədsiz qısqanclıq və s. tibbi amil – xroniki zöhrəvi və infeksiyalı xəstəlik, psixi və qeyri pozuntu, 
pedaqoji amil – mənəvi dəyərlərdə dünya görüşü. Bu amillərin mövcud olduğu ailə daxilində parçalanma yaşanır və bu parçalanmaların sonunda qarşısı alınmaz olan bədbəxt hadisələrin baş verdiyinin şahidi oluruq.

Bəs bunun önləmini almaq olarmı? Sadalanan hər bir amili diqqətlə analiz etsək, belə qərara gəlmək olar ki, bütün bunların ilkin əlamətlərini sezmək və önləmini almağa çalışmağın yolu ilk olaraq valideynlərdən keçir. Övladın “başını bağlamazdan” öncə yaşana biləcək bütün mənfi olayları göz önündə tutarsaq, bunu etməzdən əvvəl övladlarımızı ilk öncə bu əhəmiyyətli yola hazırlamalıyıq. İstər mənəvi, istər psixoloji baxımdan güclü yetişən hər bir övlad özünün də gələcəkdə hazır və yetişkin ailə başçısı, valideyn olacağından şübhəm yoxdur. Əlbəttə ki, bu təktərəfli deyil, qarşısındakı həyat yoldaşının da eyni şəraitdə yetişdirildiyini nəzərə alsaq, sizcə də problemlərin sayı minimuma enməzmi?

Bütün bunları nəzərə alaraq bu nəticəyə gəlmək olar ki,övlad böyüdərkən hər bir valideyn yetişdirdiyi fərdin gələcəkdə sağlam bir ailə başçısı olması üçün özləri də sağlam ailə olmalı və bunu övladlarına aşılamalıdırlar", - deyə o qeyd edib.

"Qanunyolutv.az"

Oxunub: 177
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

1-07-2023, 11:08

Gəncədə ərlə arvad arasında qanlı mübahisə: 10 gün əvvəl barışıblarmış - TƏFƏRRÜAT

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 08:36
    Bu ərazilərdə qaz olmayacaq
  • Bu gün, 08:33
    Cəlilabadda salatdan zəhərlənmə - 10 nəfər xəstəxanalıq oldu
  • Dünən, 20:30
    Səyyar Gənclər Xidməti növbəti dayanacağı olan Salyan ilə fəaliyyətinə davam edir
  • Dünən, 18:40
    ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
  • Dünən, 18:13
    “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səbaildə Ulu Öndər Heydər Əliyevin milli memarlıq irsinə həsr olunan tədbir keçirilib
  • Dünən, 13:42
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsində...
  • Dünən, 12:32
    İlham Əliyevin FIFA prezidenti ilə görüşündən maraqlı
  • Dünən, 12:28
    Prezident İnfantinonu qəbul etdi
  • Dünən, 12:16
    “Faiq Məmmədov Qarabağ Universitetində heç vaxt çalışmayıb” - Rəsmi
  • Dünən, 12:03
    Nazir görüş keçirdi
  • Dünən, 11:49
    Bakı bu il gözlənilən leysanlara nə dərəcədə hazırdır?
  • Dünən, 11:44
    Azərbaycanlılara qarşı etnik təmizləmənin BMT müstəvisində müzakirəsi
  • Dünən, 11:37
    Qazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş...
  • Dünən, 11:31
    Konsertdən 1 saat əvvəl xəsarət alsa da, səhnəyə çıxıb
  • Dünən, 11:26
    Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
  • 28-09-2026, 14:53
    Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir
  • 28-09-2026, 13:21
    ƏDALƏT, ŞƏFFAFLIQ VƏ HUMANİZM — MƏHKƏMƏ PROSESİNDƏ HÜQUQUN ALİLİYİ
  • 28-09-2026, 10:49
    ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
  • 28-09-2026, 09:28
    Həkimləri çağırışa çatdıran sürücü - Sükan arxasında öldü
  • 28-09-2026, 09:24
    Novxanı- Pirşağı yolunda ağır qəza - 2 nəfər yaralandı - Video
  • 28-09-2026, 09:18
    Bakının bu ərazilərində işıq olmayacaq
  • 28-09-2026, 09:12
    Meloni İlham Əliyevə təşəkkür etdi
  • 28-09-2026, 09:08
    Bioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandı
  • 28-09-2026, 09:02
    İran Hörmüzdə ABŞ-yə məxsus pilotsuz sualtı aparatı ələ keçirdi
  • 28-09-2026, 08:59
    Serbiya Prezidenti istefa verdi
  • 28-09-2026, 08:55
    “Suveren Azərbaycan çoxlarının kabusu və qorxunc röyası idi!” - Elşən Musayev
  • 28-09-2026, 08:40
    Çin İrandan üz çevirir? - Ağ Evdəki görüşün detalları
  • 28-09-2026, 08:36
    “Səfərdən bir xalla qayıtmağımız sevindiricidir” - Ayxan Abbasov
  • 27-09-2026, 21:05
    Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
  • 27-09-2026, 20:50
    AZƏRBAYCAN RESPUBLİKASI İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, REPUBLIC OF AZERBAIJAN – DEFENDING HUMAN RIGHTS, İnsan Hüquqları Müdafiəsi — Defending Human Rights şirkətinin rəhbəri, Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovdan mühüm bəyanat
  • 27-09-2026, 19:28
    İmişlidə 27 Sentyabr – Anım Günü dərin ehtiramla qeyd olunub
  • 27-09-2026, 15:33
    Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi
  • 27-09-2026, 14:45
    “YAP-ın qurultayı növbədənkənar xarakter daşımır”
  • 27-09-2026, 12:35
    “AzərEnerji” və “Azərişıq” rəhbərliyi şəhidlərin xatirəsini andı
  • 27-09-2026, 12:30
    Prezidentlə xanımı Bakıdakı Zəfər parkında
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə