• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Azərbaycançılıq və islam dini dəyərləri

gundem / ust / manset

21-09-2023, 18:36

Azərbaycançılıq və islam dini dəyərləri
Azərbaycançılıq ideya sistemində islam dini dəyərlərinin mühüm yeri və əhəmiyyəti vardır. Azərbaycançılıq və dünyəviliyi, müasirliyi, avropalaşmanı, tərəqqini, milli birlik kimi ideyaları özündə birləşdirən Azərbaycan türk-islam mədəniyəti azərbaycanlıların əsrlərdən gələn milli dövlətçilik ideologiyasının, azərbaycançılıq ideyasının, dini-mənəvi dəyərlərin bərpasını və inkişafını tələb edir. İslam dini dəyərləri azərbaycanlıların mənəvi varlığının ayrılmaz tərkib hissəsinə çevrilmiş, türk-islam mədəniyyəti isə əsrlər boyu azərbaycanlıların inkişafına güclü təsir edən amil olmuşdur.
Azərbaycan xalqının mədəniyyətini, mənəviyyatını, həyat tərzini islam dini-mənəvi dəyərləri olmadan təsəvvür etmək çətindir. Azərbaycan xalqı həm ümumi islam mədəniyyəti, həm də xüsusi, spesifik Azərbaycan mədəniyyətinin daşıyıcısıdır: "İslam mədəniyyəti orbitinə daxil olan xalqların sintezi bir sıra müsəlman xalqlarını birləşdirən ümumi, vahid olan mədəniyyət yaratmışdır ki, bu da uzun əsrlər üçün həmin xalqların dünyagörüşünü, ənənələrini, həyat tərzini, mənəvi norma və ideallarını, psixologiyasını, ictimai təsisatlarını və davranış modellərini müəyyən etmişdir". İslam mədəniyyəti XIX-XX əsrlərdə formalaşan milli mədəniyyətə, o cümlədən, milli ideya və milli ideologiyaya güclü təsir göstərmişdir. Məlumdur ki, milli ideologiya yalnız millətin yaranması ilə meydana gəlməmişdir. Bu ideologiya Azərbaycanın tarixi inkişaf mərhələsindəki milli-mədəni dəyərlərin, o cümlədən, islam dini-mənəvi dəyərlərin təsirilə formalaşmış və onların varisi kimi təşəkkül tapmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra milli ideologiya azərbaycançılıqla yanaşı, islam dini-mənəvi dəyərləri də bərpa olundu. Azərbaycan Respublikası milli ideologiyada islamla bağlı məqamları qoruyub saxladı, azərbaycançılıq dövlət ideologiyası səviyyəsinə yüksəldi. Azərbaycançılıq milli ideologiya və milli adət-ənənələrlə bağlıdır. Bu ideologiyada dini-mənəvi dəyərlər də mühüm yer tutur. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu tutan Azərbaycanda din dövlətdən ayrı olsa da, dini-mənəvi dəyərlər xalqın mənəviyyatı, dünyagörüşü, həyat tərzi və ideologiyasından ayrılmazdar. Bir sözlə, Azərbaycanda milli və dini ideya üstünlük təşkil edir: "Hazırda Azərbaycanın ictimai həyatında iki başlıca kommunalist ideya - dünyəvi milli-azərbaycançılıq ideyası ilə dini islamçılıq ideyası üstünlük təşkil edir və bu ideyalardan hər biri getdikcə öz sosial bazasını gücləndirir". Müstəqillik illərində Azərbaycanda millət ideyası dirçəldi, "milli birlik, dünyəvilik, müasirlik, avropalaşma və tərəqqi ideyalarını rəhbər tutan milli dövlətçilik ideologiyası siyasi nəzəriyyə və siyasət kimi hegemon qüvvəyə çevrildi".
Heydər Əliyev Azərbaycanda dünyəvi - demokratik cəmiyyət qurulduğunu və dini-mənəvi dəyərlərə qayıdış baş versə də, islamın hakim ideologiya olmasına yol verilmədiyini, sivil dövlət quruculuğu prosesində bütün ümumbəşəri dəyərlərdən, xalqımızın milli mentalitetinə, mənəviyyatına uyğun cəhətləri götürüb tətbiq etməyin vacibliyini göstərirdi. O, sovet dövründə ateist tərbiyəsinin dini-mənəvi dəyərləri xalqın qəlbindən çıxara bilmədiyini qeyd edirdi. Çoxmillətli dövlət olan Azərbaycanda yaşayan vahid milli ideologiya - azərbaycançılıq ətrafında birləşmiş digər xalqlara, millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, islam dininin buyurduğu kimi qardaşlıq, dostluq əlaqələri yaradılması zərurətini diqqətə çatdıran Ulu Öndər dinlərarası münaqişələrə yol verilməməsini, onların birliyində, qarşılıqlı anlaşmasında islam dini-mənəvi dəyərlərinin dirçəldilməsinin dövlət ideologiyası və mənəvi tərbiyə sahəsində nəzərə alınmasını diqqətə çatdırırdı.
Ulu Öndər Heydər Əliyev dini-mənəvi dəyərlərə yüksək qiymət verərək, onun azərbaycançılıq ideologiyasına, vətənpərvərlik tərbiyəsinə güclü təsirini açıqlayırdı. Ulu Öndər göstərirdi ki, islam dini həmişə insanları saflığa, ülvi mənəviyyata dəvət etmişdir. Qurani-Kərim insanları düzlük, mənəvi paklıq ruhunda tərbiyə edir. Müstəqil Azərbaycan Respublikasının bu ağır, çox çətin, keşməkeşli dövründə bütün bunların bizdən ötrü böyük əhəmiyyəti var. Məhz bu dövrdə hər bir azərbaycanlı, hər bir müsəlman, ilk növbədə, islam dininin tövsiyələrindən istifadə edərək öz mənəviyyatını yüksəltməlidir. Mənəviyyatımız nə qədər yüksək olarsa, hər bir insanda, azərbaycanlıda, müsəlmanda vətənə, öz amallarına sədaqət, mənəvi saflıq əhval-ruhiyyəsi nə qədər güclü tərbiyə edilərsə, Azərbaycan da bunun ağır böhran dövründən, çətinliklərdən o qədər tez və müvəffəqiyyətlə çıxar. Müasir demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quran Azərbaycan dini-mənəvi dəyərlərə və milli ideologiyaya dair bu qiymətli ideyalardan bəhrələnərək Ulu Öndərin layiqli siyasi varisi ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə güclü inkişaf yoluna qədəm qoymuş və çətinlikləri böhranları aradan qaldıraraq uğurla irəliləməkdədir.

Şükürlü Maysənəm İlqar qızı
Gənc İlahiyyatçı

Oxunub: 363
Paylaş:
Digər xəbərlər

gundem / manset

21-04-2023, 13:07

Ərdoğan və Putindən bayram təbriki

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 12:13
    Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığında yeni geosiyasi reallıqlar
  • Bu gün, 12:06
    “Azeri Light”ın qiyməti 102 dollar ötdü
  • Bu gün, 12:00
    “Kontakt”da ilin ən böyük endirimləri başladı
  • Bu gün, 11:49
    Norveç Uelsi, Portuqaliya Danimarkanı qəbul edəcək
  • Bu gün, 11:44
    Füzulidə iki maşın toqquşdu - 3 ölü-Yenilənib
  • Bu gün, 11:22
    Nəyi xatırlayacağımıza beynimiz necə qərar verir?
  • Bu gün, 10:57
    Bu şəhərdə festivaldan sonra hava keyfiyyəti təhlükəli həddə çatdı
  • Dünən, 10:18
    Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
  • Dünən, 10:10
    Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
  • Dünən, 10:05
    Bu gün millimizin oyunu var
  • Dünən, 09:59
    Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
  • Dünən, 09:56
    Trampla Netanyahu telefonda dalaşıb?
  • Dünən, 09:53
    Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?
  • Dünən, 09:47
    NASA iş elanı verdi - Maaş 164 mindir
  • Dünən, 09:43
    “Hərbi güc tətbiq etməkdən çəkinməzdim”
  • Dünən, 09:40
    “İndiyəqədərki ən böyük əsir mübadiləsi baş tutacaq”
  • Dünən, 09:36
    “Vəzifədən getməzdən əvvəl məsələni həll etmək istəyirəm”
  • 12-11-2026, 18:56
    Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
  • 12-11-2026, 15:30
    JURNALİST İBRAHİM İSGƏNDƏROV YOL QƏZASINDA XƏSARƏT ALAN GƏNC XANIMA İLKİN YARDIM GÖSTƏRƏRƏK ONUN HƏYATININ XİLASEDİLMƏSİNƏ DƏSTƏK OLUB
  • 12-11-2026, 13:24
    Milli dövlətçilik ənənələri və konstitusion inkişaf - DEPUTAT
  • 12-11-2026, 10:41
    Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım
  • 12-11-2026, 10:30
    General Natiq Əliyevin qızı saxlanıldı
  • 12-11-2026, 10:18
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • 12-11-2026, 10:14
    “Bakıdakı bu kilsənin qapıları taybatay açılmalıdır”
  • 12-11-2026, 10:09
    Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto
  • 12-11-2026, 10:02
    Kanadada məhkəmə ana və qızına hücum edən 4 ayının ölümünə qərar verdi
  • 12-11-2026, 09:55
    İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
  • 12-11-2026, 09:45
    Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb
  • 12-11-2026, 09:39
    Argentina ordusunu “terror təşkilatı” elan etdilər
  • 12-11-2026, 09:36
    İsrail ordusuna İrana qarşı hazırlıq tapşırığı verildi
  • 11-11-2026, 14:01
    GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
  • 11-11-2026, 10:42
    ADY yükdaşımalar üzrə ən yüksək göstəricilər əldə edib
  • 11-11-2026, 10:35
    “Azeri Light” ucuzlaşdı
  • 11-11-2026, 10:28
    650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
  • 11-11-2026, 10:22
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə