• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Yeni parkinq sistemi özünü doğruldurmu?

gundem / sosial / manset

24-09-2023, 11:35

Yeni parkinq sistemi özünü doğruldurmu?
7 avqust tarixindən etibarən Bakıda parklanma ilə bağlı yeni qaydalar qüvvəyə minib. Belə ki, artıq nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir. Sürücülərdən parklanma yerlərindən istifadəyə görə nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Artıq parklanma ödənişləri mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə edilməlidir. Bəs görəsən yeniliklərdən sonra bu sahədə hansı dəyişikliklər müşahidə olunur?

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

Mərkəzdə işlər yekunlaşmaq üzrədir

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sorğumuza cavab olaraq bildirildi ki, son 1 ayda parklanmada xeyli irəliləyiş mövcuddur: “Nazirlər Kabinetinin Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğinin təsdiq edilməsi haqqında” qərarının icrası ilə bağlı işlər davam etdirilir. Mərkəzdə parklanma zonasına daxil olan ərazilərdə işlər yekunlaşmaq üzrədir. 1 və 2-ci zonalara daxil olan yerlərdə müvafiq infrastruktur işləri aparılır. Parklanma yerlərində müvafiq yol nişanları və məlumat lövhələri quraşdırılır, nişanlanma xətləri çəkilir. Parklanma yerlərində müəyyən olunmuş qaydalara riayət olunması, ödəmələrin həyata keçirilməsinə nəzarət, o cümlədən ərazidə maarifləndirmə və məlumatlandırma məqsədilə nəzarətçilər, eləcə də “Nəqliyyat könüllüləri” prosesə cəlb olunublar. Ödənişli parklanmanın tətbiqinə ilk olaraq mərkəz və 1-ci zona olmaqla, mərhələli şəkildə başlanılıb. Parklanmanın idarə olunmasından sonra əvvəllər avtomobil saxlamaq üçün çətinliklə yer tapılan küçələrdə artıq xeyli sayda boş yer müşahidə edilir. Artıq bir aydan çoxdur ki, nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir. 21 sentyabra olan statistikaya əsasən, 129 min 486 nəfər mobil tətbiqi yükləyərək qeydiyyatdan keçib. 9556 nəfər isə balansın artırılması əməliyyatını həyata keçirib”.

Yeni küçələrin sistemə qoşulması yönündə işlər aparılır

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Kaspi” qəzetinə açıqlamasında dedi ki, yeni fəaliyyətə başlamış sistem effektini göstərir: “Parklanma ilə bağlı 5 ildir gözlənilən islahat artıq başlayıb. Bir aydır hansı küçələrdə ki bu sistem işləyir, orada nizam-intizamın bərqərar olduğunu müşahidə edirik. Hələ ki, sərt nəzarətin olmadığı müddətdir. Sistemin işləkliyi sübut olunub və davamlı olaraq yeni küçələrin sistemə qoşulması yönündə işlər aparılır”.

Normal parklanma olacağı təqdirdə...

R.Ağamirzəyevin fikrincə, sərt nəzarət mexanizmi tətbiq edilsə, nəticə daha effektiv olar: “Qarşıya qoyulmuş hədəflər bəllidir. Sadəcə, qaydalara sərt nəzarət olunmalıdır. Həmçinin sistemin bütün şəhəri əhatə etməsi yönündə işləri bir az sürətləndirmək lazımdır. Qoyulmuş üfüqi nişanlanmaya əməl etməməyə görə cəza sanksiyaları işlək olmalıdır ki, qaydalar işləsin və küçələrimizdə daha nizamlı hərəkəti müşahidə edək. Normal parklanma olacağı təqdirdə bu, həm piyada, həm də avtomobillə hərəkət edənlərə birbaşa müsbət təsir edəcək. Bu, kompleks həll tələb edən məsələdir. Bunun üçün digər qurumlar da üzərlərinə düşən öhdəliyi yerinə yetirməlidirlər”.

Hələ də qaydaları pozmağa meylli insanlar var

Nəqliyyat eksperti Elməddin Muradlı isə bildirdi ki, proqram effektini zamanla daha yaxşı göstərəcək: “Qaydaların tətbiqi ilk növbədə şəhərin mərkəzi küçələrinə istiqamətlənib. Mərkəzi küçələrdə parkinq nişanları, ödənişli parklanmaya dair əlavə məlumat lövhəcikləri quraşdırılır. Ümumilikdə işlər pis getmir. Ətraf ərazilərdə də müəyyən işlər görülür, addımlar atılır. Bunlar hələlik ilkin mərhələdə görülən işlərdir. Demək olmaz ki, qısa müddət ərzində bütün hər şey mükəmməl şəkildə həll olunacaq. Yeni qaydalar gözlənilən effekti zamanla verəcək. Çünki hələ də qaydaları pozmağa meylli, yaxud etiraz edən, öz xeyrinə dəyişməyə çalışan insanlar var. Yeni sistemin effektivliyini hər kəs üçün əlçatan olanda görəcəyik. Hazırda deyə bilmərik. Lakin proqramın qarşıya qoyulan hədəfi doğrultmaq ehtimalı yüksəkdir”.

Çatışmazlıq qiymətlərlə bağlıdır

E.Muradlının sözlərinə görə, tək problem işləyən insanlarla bağlıdır: “Yeni qaydalar insanların ürəyincədir. Amma bəzi insanlar ödənişlə bağlı etiraz edirlər. Düşünürlər ki, ərazidə yaşayanlara pulsuz imkan yaradıldığı kimi, mərkəzdə iş yeri olanlara da parkinqlərdən istifadədə hansısa formada güzəşt olunmalıdır. Aidiyyəti qurum isə hesab edir ki, parkinqlər daim məşğul olmamalıdır. Çünki parklanma yerləri qısamüddətli nəzərdə tutulub. Dayanan sürücü başqa bir vətəndaşın hüququnu pozur”.

Ekspert qeyd etdi ki, insanlara ya güzəşt olunmalıdır, ya da ictimai nəqliyyat düzəldilməlidir: “Şəhərin mərkəzində işləyənlər məcbur qaydada ictimai nəqliyyatdan istifadə etməlidirlər. Vətəndaş şəhərin mərkəzində işə gəlirsə, parklanma bahadırsa, şəhərin ətrafında avtomobili park edib, metroya minib, işə gəlməlidir. Amma ictimai nəqliyyat onsuz da bərbad vəziyyətdədir, avtomobillə gələnləri də oraya yönləndirsək, ümumiyyətlə vəziyyət çıxılmaz olar. O səbəbdən müəyyən qədər güzəştlər etmək lazımdır. Şəhərin mərkəzində kimsə 8-9 saat işləyirsə, deməli, gündəlik 10 manata qədər parklanmaya pul ödəməlidir. Bu isə real deyil. Düşünürəm ki, müəyyən yerlərdə fərdi yanaşma nümayiş etdirmək, güzəştlər tətbiq etmək mümkündür”.

Oxunub: 123
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 12:38
    Venesuelaya 5 milyon avro ayırdılar
  • Dünən, 12:34
    İranın hücumuna görə BMT-yə çağırış etdilər
  • Dünən, 12:31
    Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
  • Dünən, 12:27
    Xəstəliyi ilə bağlı bunları yazdı - “Heç nə kömək etmir...”
  • Dünən, 12:04
    FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi
  • Dünən, 12:00
    Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərildi
  • Dünən, 11:42
    Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
  • Dünən, 11:33
    DÇ-də 1/16 finalın bütün cütləri bəlli oldu - Siyahı
  • Dünən, 11:25
    Hüquqşünasın gündəliyi: Bir uşağın cavabı
  • 27-06-2026, 13:50
    Prezidentin qızları bulvarda festivalda
  • 27-06-2026, 13:44
    Səhər bu 5 qaydaya əməl edin, gününüz tam dəyişsin
  • 27-06-2026, 13:41
    60 il öz əlində təcrübə aparan alim sübut etdi
  • 27-06-2026, 13:36
    Rəngli yuxuları kişilər, yoxsa qadınlar görür?
  • 27-06-2026, 13:32
    Leandro Andrade də “Qarabağ”dan getdi - Rəsmi
  • 27-06-2026, 13:29
    Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü
  • 27-06-2026, 11:52
    Tapdıq Əlibəyli - 65
  • 27-06-2026, 11:41
    Əmək və Sosial Münasibətlər Akademiyasında məzun günü
  • 27-06-2026, 11:36
    Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda
  • 27-06-2026, 11:30
    “Təəssüf ki, ürək parçalayan xəbər gəldi, inanmaq istəmədim”
  • 27-06-2026, 11:25
    Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
  • 27-06-2026, 11:16
    Putin miqrantlarla bağlı qanunu imzaladı
  • 26-06-2026, 19:30
    Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri Zaur Ələkbərov bu gün sizin gününüzdü
  • 26-06-2026, 17:19
    Qalib gəldi ədalət!
  • 26-06-2026, 16:19
    26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü
  • 26-06-2026, 15:53
    Qalib ordunun şanlı salnaməsi
  • 26-06-2026, 15:45
    Səni tanımaq bizə çox xoş oldu, əziz QARDAŞIMIZ!
  • 26-06-2026, 14:59
    Vətənə sədaqətin əbədi ünvanı – İtkin döyüşçü Elşən Zakir oğlu Əsgərovun şərəfli ömür yolu
  • 26-06-2026, 12:55
    Yaponiyada yenidən güclü zəlzələ oldu
  • 26-06-2026, 12:50
    Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
  • 26-06-2026, 12:46
    “Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
  • 26-06-2026, 12:41
    Şanlı tarixdən Böyük Zəfərə aparan ordu
  • 26-06-2026, 12:34
    Vətən müharibəsi iştirakçısı vəfat etdi
  • 26-06-2026, 12:30
    “Azər Türk Bank”ın şəhid əməkdaşı ordenlə təltif edildi
  • 26-06-2026, 12:27
    “Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
  • 26-06-2026, 12:24
    Ordumuz gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə