• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Qərbi Azərbaycandan deportasiya. İmirlidə məskunlaşma” kitabının təqdimatı

gundem / ust / manset

13-11-2023, 14:00

“Qərbi Azərbaycandan deportasiya. İmirlidə məskunlaşma” kitabının təqdimatı
Tarixən Azərbaycanın önəmli hissələrindən biri onun qərb hissəsi olmuşdur ki, hal-hazırda Ermənistan Respublikası kimi tanınmış, yad bir etnosun torpağına çevrilmişdir. Azərbaycan tarixinin unudulmaz bir hissəsi olan Qərbi Azərbaycan mahallarında Dədə Qorqud ruhu, sözü, kəlamı vardır. Dədə Ələsgər məhz Qərbi Azərbaycanın Göyçə mahalında yaşayıb yaratmış və onun külliyyatı o torpaqlarda yazılmışdır. Azərbaycan elminə görkəmli şəxslər – ictimai xadimlər, elm, mədəniyyət, ədəbiyyat və incəsənət aləmində öz sözü olan şəxslər bəxş edən bu ərazilərimiz dövlətimizin, dövlət başçımızın da diqqət mərkəzindədir. Tarixən Qərbi Azərbaycan toponimlərinin 90 faizdən çoxunu türk mənşəli sözlər təşkil etmişdir. 1994-cü ilə kimi Qərbi Azərbaycan ərazisində olan yer-yurd adlarımızın adları dəyişdirilərək erməniləşdirilmişdir. Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyev ötən ilin dekarın 24-də Qərbi Azərbaycan icmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən bir qrup elm adamları ilə görüşmüş, Qərbi Azərbaycanın tarixən Azərbaycan diyarı olduğunu, şəhər və kəndlərinin adlarının Azərbaycan mənşəli olduğunu, o ərazilərdə tarix boyu Azərbaycan xalqının yaşadığını vurğulamışdır. Lakin erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarımızdan didərgin salınmış azərbaycanlıların öz dədə-baba yurdlarında yenidən məskunlaşması məsələsinə xüsusi toxunmuşdur. Qədim oğuz-türk yurdu olan Qərbi Azərbaycanımızın tarixi - etnik torpaqlarından kütləvi surətdə deportasiya olunan soydaşmlarımızın yenidən öz dədə - baba yurdlarına dönməsi məsələsi ilə bağlı hər bir əli qələm tutan ziyalı doğulduğu yurd yeri haqqında yazmalı, həmin tarixi torpaqların bizə məxsus olduğunu bütün bəşəriyyətə səs salmaqla vətəndaşlıq missiyasını öz üzərimizə götürməliyik.
Sözsüz ki, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-ci illərdə xalqımıza qarşı xüsusi hazırlanmış qanlı ssenarilər, bu faciələrin baş vermə səbəbi orta məktəb dərsliklərin proqramına salınmalı və hərtərəfli maariflənmə işləri aparılmalıdır. Həmçinin ali təhsil ocaqlarının dərs vəsaitində də tarixi həqiqətlər öz əksini tapmalıdır. Ermənilər törətdiyi müharibələrin dəhşətlərini dünyaya çatfırmağa çalışmalıyıq. Tarixi gerçəkliyin öyrəniləməsə, düşmən siyasətuinin davamına son qoyula bilməz. Elə bu baxımdan da Qərbi Azərbaycanda yurd yerlərimizlə bağlı yazılan kitabların nəşr olunması geniş oxucu kütləsinə çatdırılması üçün dəyərli ziyalılarımız əllərindən qələmi qoyymamalıdırlar. Qərbi Azərbaycanın görkəmli ziyalılarından biri filologiya elmləri doktoru, professor, mərhum Həsən Mirzəyevin yazdığı kitablar Qərbi azərbaycanlıların hər birinin evində masaüstü kitablarıdır.
10 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Bərdə rayon Mədəniyyət Mərkəzində “Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin araşdırılması və təbliği” layihəsi çərçivəsində hazırlanmış Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilovun “Qərbi Azərbaycandan deportasiya. İmirlidə məskunlaşma” adlı kitabın təqdimatı keçirildi. Tədbirdə Qərbi Azərbaycan icmasının üzvləri - Dərələyəz mahalının Keşkənd rayonu üzrə icma rəhbəri, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, Dərələyəz mahalı üzrə koordinator İman Məmmədov, Paşalı rayon üzrə icma sədri Faiq Xudayev, Keşkənd rayonu üzrə müavinlər Möhübbət Məmmədov və Məhəmməd Nəcəfovun təşkilatçılığı ilə, ADPU-nun professor-müəllim heyəti və professor Seyfəddin Rzasoyla birgə iştirak etdik.
“Qərbi Azərbaycandan deportasiya. İmirlidə məskunlaşma” kitabının təqdimatı
Tədbirdə Azərbaycan Respublikasının himni səsləndirildi və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra professor Mahirə xanımın çıxışı tədbirdə iştirak edən İmirli kəndinin sakinləri, ziyalıları, şəhid ailələri, professor-müəllim heyəti tərəfindən rəğbətlə qarşılandı. Dəyərli professorumuz böyük zəhmət hesabına hazırlanmış kitabın Qərbi azərbaycanlılara qarşı yönəldilmiş deportasiyanın ictimayyətə çatdırılması üçün dəyərli vəsait olduğunu vurğuladı və kitabın nəşr edilməsini yüksək qiymətləndirdi, onun ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürünü ifadə etdi. Eyni zamanda bildirdi ki, belə kitablar ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasətinin dünya ictimayyətinə çatdırılması baxımından çox əhəmiyyətlidir. Mahirə xanım onu da vurğuladı ki, XX əsrdə xalqımızın nə qədər böyük bəlalarla üzləşməsinə baxmayaraq, xalqımız sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə istəyinə nail oldu. Hörmətli Mahirə xanımın çıxışı gənc nəsildə bir ümid oyatdı. O, çıxışında cənab İlham Əliyev – Ali Baş Komandanımızın uzaqgörən siyasəti nəticəsində İrəvana, Amasiyaya, Vediyə, Zəngəzura, Göyçə mahalına, Dərələyəzə, Zəngibasara və digər oğuz ellərinə tezliklə qovuşacağımızı bildirdi. Tarixi faktlar sübut edir ki, qərəzli şəkildə şərq və qərbi hissəyə bölünərək parçalanan və bir hissəsi Ermənistana birləşdirilən Zəngəzur heç vaxt Ermənistan ərazisi olmayıb. Çıxışının sonunda anası Nazlı xanımın Dərələyəzlə bağlı söylədiyi bayatını səsəndirdi:
Mən aşığam at aşa,
Doğra bağrım qat aşa,
Xəyalım aşan dağı,
İnanmaram at aşa.
Mahirə xanım kitabın üzərindəki köçmə biletinin bir möhür olduğunu bildirdi və kitabın belə məzmunlu tərtibatına görə Səməd müəllimi alqışladı.
Daha sonra tədbirdə çıxış edən ehtiyatda olan polis polkovniki Ənvər Quliyev öz çıxışında ermənilərin törətdikləri total-idealoji təcavüz, terror və irimiqyaslı hərbi əməliyyatlarla müşayət olunan soyqırımı nəticəsində yüz minlərlə soydaşımızın dədə-baba torpaqlarından qovulduğunu, müxtəlif təhqir və təyziqlərə məruz qaldığını bildirdi. Erməni millətçilərinin 200 ilə yaxın bir dövrdə azərbaycanlılara qarşı vəhşilikləri pisləyən Ənvər Quliyev soyqırımla bağlı həqiqətlərin dünya ictimayətinə çatdırılmasında, bu hadisələrə hüquqi və siyasi qiymətin verilməsində ümummilli liderimizin başladığı məqsədyönlü fəaliyyətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı və Ali Baş Komandanızımın rəhbərliyi ilə doğma torpaqlarımıza qayıdacağımıza əminlik ifadə etdi. Qərbi azərbaycanlılar gün gələcək ki, öz doğma yurdlarına qayıdıb orada yaşayacaqlar.
Daha sonra kitabın rəyçisi tarix üzrə fəlsəfə doktoru Leyla Calalova çıxış edərək, bildirdi ki, Qərbi Azərbaycana qayıdış konsepsiyası bizim gündəlik işimizə çevrilməlidir. Biz hökmən öz dədə-baba yurdlarımıza qayıdacağıq.
Sonra İmirli kənd orta məktəbin şagirdləri Zeynəb Abışova və Aytac Anıyeva mərhum professor Həsən Mirzəyevin və professor Mahirə Nağıqızının Dərələyəzə həsr etdikləri şeirləri səsləndirdillər. Tədbirin sonunda polkovnik Ənvər Quliyevə və Möhübbət Məmmədova Müvəkkil Hüquq Mərkəzinin Fəxri diplomları təqdim edildi.
“Qərbi Azərbaycandan deportasiya. İmirlidə məskunlaşma” kitabının təqdimatı
Ölkə başçısımızın qeyd etdiyi kimi indi əsas hədəfimiz Qərbi Azərbaycan ərazisindəki qədim yurd yerlərimizə qayıdışdır. Onu da vurğulamaq lazımdır ki, yurd yerlərimizə qayıdışla bağlı Qərbi Azərbaycan icmasının apardığı məqsədyönlü işlər davam etdirilir. Qərbi Azərbaycana dönüş ədalətin bərpasıdır. Tarixi torpaqlarımızın taleyi kimliyindən asılı olmayaraq hər bir azərbaycanlı üçün prioritet məsələ olmalıdır, çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalı, siyasi və strateji hədəfimizə nail olmalıyıq. Qərbi Azərbaycan icması, onun ətrafına cəmləşən ziyalılar öz güclərini səfərbər etməklə böyük qayıdış prosesinə yol açmış olacaqlar.

Abbasova Zemfira İsaxan qızı
ADPU-nun Filologiya fakültəsinin dekan müavini,
filologiya üzrə fəlsəfə doktoru
10.11.2023

Oxunub: 293
Paylaş:
Digər xəbərlər

sosial / manset

25-09-2023, 08:33

Qərbi Azərbaycan Xronikası: Paytaxtımızda niyə Qərbi Azərbaycana aid küçə yoxdur? - VİDEO

gundem / ust / manset

23-08-2023, 10:49

Qərbi Azərbaycan İcması Belçika xarici işlər nazirinin bəyanatını qınayıb

gundem / siyaset / ust / manset

18-10-2023, 11:23

Qərbi Azərbaycan İcması Avstraliyanın anti-Azərbaycan açıqlamasını pisləyib

gundem / manset

10-08-2023, 11:35

Özbaşına “Göyçə Zəngəzur Respublikası” yaradıldığını elan edənlər istintaqa cəlb olundular

siyaset / manset

10-09-2023, 11:52

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti “seçki” təxribatını kəskin şəkildə pisləməyə çağırıb

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 20:27
    “Turan Tovuz”un futbolçusuna Türkiyə və Rusiya klublarından təklif var
  • Dünən, 19:48
    Səssiz qəhrəmanlığın simvolu: Əfsanəvi kəşfiyyatçı Mühüd Orucov
  • Dünən, 19:34
    Xətai rayonunda Aprel şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilib
  • Dünən, 09:02
    “Altı dəfə Şahdağda olmuşam” - Litva səfiri ilə müsahibə
  • Dünən, 08:58
    “Onlar çox dözümlüdürlər, niyə bizə zəng etmədilər?”
  • Dünən, 08:56
    ABŞ Baş Qərargah rəisinin istefası təsdiqləndi - Yenilənib
  • Dünən, 08:41
    İran “Oracle”ı hədəf aldı
  • Dünən, 08:38
    Azyaşlı uşaqları olanların nəzərinə - Təhlükəli virus yayılır
  • Dünən, 08:34
    Fransa müsəlmanlara bunu qadağan etdi
  • Dünən, 08:29
    İran Hörmüz boğazı protokolunun mahiyyətini açıqladı
  • Dünən, 08:24
    SEPAH daha bir qırıcını vurdu
  • Dünən, 08:20
    Azərbaycanın “Avroviziya”dakı çıxış nömrəsi açıqlandı
  • Dünən, 08:16
    Seçki öncəsi Macarıstana gedəcək
  • 2-04-2026, 19:37
    BAŞ REDAKTORDAN PREZİDENTƏ AÇIQ MƏKTUB
  • 2-04-2026, 19:00
    MOSKVA ŞƏHƏRİNDƏ HÜQUQ MÜHAFİZƏ ORQANLARI İLƏ GÖRÜŞ – ARHD.AZ İNFORMASİYA AGENTLİYİNİN RƏHBƏRİ İSMAYIL ZALOV VƏ BAŞ PROKURORLUĞUN POLKOVNİKİ MƏMMƏD ƏLİYEVİN PRİNSİPİAL MÖVQEYİ
  • 2-04-2026, 15:12
    İsmayıllı səhiyyəsi inkişaf yolunda
  • 2-04-2026, 08:29
    “İrana 2-3 həftə ərzində çox sərt zərbə endirəcəyik”
  • 2-04-2026, 08:26
    600 dron mütəxəssisi işə götürəcəklər
  • 2-04-2026, 08:22
    Burada nəfəs almaq belə təhlükəlidir - Dünyanın ən çirkli paytaxtı açıqlandı
  • 2-04-2026, 08:19
    Xarazinin evi vuruldu - Özü yaralıdır, arvadı öldü
  • 2-04-2026, 08:15
    Bu ərazilərdə işıq olmayacaq
  • 2-04-2026, 08:13
    ABŞ ona qarşı olan sanksiyaları ləğv etdi
  • 2-04-2026, 08:10
    Zelenski ABŞ ilə anlaşmalardan danışdı
  • 2-04-2026, 08:07
    Həmin döyüşlərdən 10 il keçdi...
  • 2-04-2026, 08:01
    “Eşref Rüya”nın aktyoru vəfat etdi
  • 2-04-2026, 07:56
    Pezeşkian ABŞ xalqına məktub ünvanladı
  • 1-04-2026, 16:04
    Quba rayonunda “Tarixi yaddaşımızda 31 Mart soyqırımı” mövzusunda konfrans keçirilib
  • 1-04-2026, 14:23
    Qərbi Kaspi Universitetində dövlət hesabına təhsil alan tələbələrdən ÖDƏNİŞ TƏLƏB OLUNUR
  • 1-04-2026, 14:18
    Tale Heydərov işində fantastik məbləğ: Tanınmış iş adamı axtarışa verildi
  • 1-04-2026, 13:54
    AzTV-nin aparıcısına vəzifə verildi
  • 1-04-2026, 13:36
    TƏBİB siqnalizasiya sisteminin təmiri üçün pul ayırmadı - 7 körpənin öldüyü yanğın
  • 1-04-2026, 13:17
    Birləşdiriləcək qurumların rəhbərləri kimlərdir? - Sabiq deputatın oğlu da var...
  • 1-04-2026, 13:12
    Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
  • 1-04-2026, 12:57
    Səxavət Xankişiyev – Qələmi ilə sözün gücünü yaşadan dəyərli ziyalıya ad günü təbriki
  • 1-04-2026, 12:51
    Nazir bu institutun xanım direktorunu vəzifəsindən azad etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə