• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Şərəfli, uğurlu, şanlı yol keçən 105 yaşlı ədliyyəmiz

gundem / siyaset / manset

14-11-2023, 17:29

               Şərəfli, uğurlu, şanlı yol keçən  105 yaşlı ədliyyəmiz
Zəngin, mükəmməl tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 105 il ötür. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır.
Noyabrın 22-də Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 105 illiyi tamam olur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə ədliyyə və məhkəmə işçilərinin peşə bayramı böyük ruh yüksəkliyi kimi qeyd edilir. Müasir Azərbaycan ədliyyəsinin yaranması - Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni günə - 1918-ci il mayın 28-nə təsadüf edir. Bu, Cümhuriyyətin ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyətinin göstəricisi idi. Həmin tarixdən başlayaraq, Azərbaycan ədliyyəsi böyük və sürətli inkişaf yolu keçib, mühüm nailiyyətlər qazanıb.
Müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndərimiz Heydər Əliyevin 11 noyabr 2000–ci il tarixli sərəncamı ilə 1918–ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün — 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı kimi təsis edilmişdir. Tarixi irsin qorunması və ədliyyə sahəsində çalışan əməkdaşlarda mənəvi stimul yaradılması baxımından bu sərəncam olduqca mühüm əhəmiyyətə malikdir. Bu bayramı biz ədliyyə işçiləri hər il böyük ruh yüksəkliyi ilə geniş, təmtəraqlı qeyd edirik. Ədliyyə orqanlarının keçdiyi şərəfli, eyni zamanda, çətin və fədakar yol çoxəsrlik tariximizin əlamətdar səhifələrini təşkil edir.
Yaranmasının 105-ci ildönümünü şanlı Zəfərlə eyni ərəfədə qeyd edən Azərbaycan Ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq azad edilmiş ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpa olunması, bu orqanların infrastrukturunun yaradılması, onların işinin təşkili üzrə zəruri tədbirlərin görülməsi qarşıda duran mühüm vəzifələrdəndir. Son illər Azərbaycan ədliyyəsi davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü tədbirlər, məhkəmə-hüquq sistemində həyata keçirilən mütərəqqi islahatlar, ölkəmizin inkişaf prosesinə uyğun olaraq respublikamızın Qarabağ bölgəsini də əhatə edəcək. Xalqımızın ümummilli lideri Heydər Əliyevin bəxş etdiyi peşə bayramını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və Ordumuzun rəşadəti sayəsində bu gün qalib ölkənin vətəndaşları kimi Qələbə əhvali-ruhiyyəsində qeyd etməyə hazırlaşan ədliyyə işçiləri dövlətimizin daha sürətli inkişafı və qüdrətinin artırılması naminə bundan sonra da əzmlə çalışacaqlar. Şübhəsiz, ümummilli lider Heydər Əliyevin bəxş etdiyi 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı gününü böyük qələbə sevinci ilə qeyd etdiyimiz bu günlərdə bir daha söyləməyə borcluyuq ki, möhtərəm
Ədliyyə işçisi olaraq indi öz peşə bayramımızı daha ürəklə və qürur hissi ilə qeyd edirik. İşğaldan azad olunmuş torpaqlarda ədliyyə orqanlarının qurulması da bizim növbəti uğurumuzdur. Yüksək vəzifə daşımasına rəğmən ədliyyə əməkdaşının müharibədə iştirakı, şəhidlik zirvəsinə ucalması dövlətçilikdə əhəmiyyətli orqan olaraq, xalqa və dövlətə bağlılığımızın göstəricisidir. Azərbaycan ədliyyəsinin fəaliyyəti dövlətimiz tərəfindən daim qiymətləndirilir. Dövlətimizin başçısının ədliyyə sisteminə yüksək diqqət və qayğısının təzahürü bu sahədə çalışan əməkdaşların mütəmadi qaydada təltif olunmasıdır. Bu yüksək diqqət və qayğı ölkəmizdə ədliyyə sahəsində daha böyük uğurların qazanılacağına qəti inam yaradır. Bir əsrdən çox ömrü olan Azərbaycan Ədliyyəsinin əmin əllərdə dövlət var olduqca var olacağına, daha əzm və ədalətli çalışacağına inam hissi ilə bütün ədliyyə işçilərini, başda ədiliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədov olmaqla qarşıdan gələn 22 Noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə təbrik edirəm. Artıq 3-cü ildir ki, şanlı Zəfərlə Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq azad edilmiş ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpa olunması, bu orqanların infrastrukturunun yaradılması, onların işinin təşkili üzrə zəruri tədbirlərin görülməsi isə bizim- ədliyyə sahəsində çalışanların qarşısında duran mühüm vəzifələrdəndir. Ədliyyə işçiləri olaraq öz işimizi Azərbaycanın dinamik inkişafı ilə uyğunlaşdıraraq dövlətimizin və xalqımızın hər zaman keşiyindəyik. Hər birimiz tezliklə yenidən qurulacaq Qarabağda da vətəndaşlara xidmət göstərəcəyimiz günü böyük səbirsizliklə gözləyirik. Bir vaxtlar, bu sadəcə bir arzu arzu idisə, artıq müzəffər Ordumuzun sayəsində reallığa çevrilib. Qarabağda, Şuşada bu gün doğma Azərbaycanımızın üçrəngli bayrağı dalğalanır. Böyük inamla bildirmək istəyirəm ki, hər birimiz bundan sonra da ulu öndərin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına sadiq qalacaq, ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində Prezidentimizə layiq davamçı olacayıq.
Ədliyyə işçisi olaraq dövlətimizin daha sürətli inkişafı və qüdrətinin artırılması, ölkəmizin hərtərəfli tərəqqisi naminə möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək üzərimizə düşən vəzifələri bundan sonra da böyük məsuliyyət və şərəflə yerinə yetirəcəyik.
Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız bundan sonra da möhtəşəm nailiyyətlər qazanacaq, ədliyyə tariximizin şanlı səhifələri yazılacaqdır. Bir əsrdən çox ömrü olan Azərbaycan Ədliyyəsinin bundan sonra da sürətlə inkişaf edəcəyinə, daha əzm və ədalətlə çalışacağımıza inam hissi ilə bütün ədliyyə işçilərini, əziz həmkarlarımı 22 Noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə təbrik edirəm! 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramının qeyd olunduğu bu ərəfədə ölkəmizin həyatında ən şanlı və qürurlu, unudulmayan Zəfər dolu günlərin ildönümü bayram edilir. Müasir müstəqil tariximizə qızıl hərflərlə həkk olunmuş Vətən müharibəsi adlandırdığımız 44 günlük Zəfər yürüşündə xalqımızın Qələbəsi həm də çağdaş ədliyyə tariximizin ən şanlı səhifəsini təşkil edir. Əzəli Azərbaycan torpağı olan Qarabağda-Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Füzulidə və digər azadlığına qovuşan rayonlarımızda Azərbaycan ədliyyəçilərinin fəaliyyətinin çox yaxın zamanlarda bərpa olunacaq və ədalət keşikçiləri, qoruyucuları Ali Baş Komandanımızın haqq-ədaləti bərqərar etdiyi, əyilmiş mizanını nizamladığı torpaqlarımızda xidmət göstərəcəklər...O gün çox yaxındadır..

Aytən Muradova
2 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsinin rəisi

Oxunub: 185
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 21:11
    Qəhrəmanlar danışır...
  • Dünən, 16:38
    Rəqəmsal Azərbaycan gələcəyə aparan strateji yol xəritəsidir
  • Dünən, 11:06
    Xəqani Səfərov -70
  • Dünən, 10:57
    Kürdəmirdə Polis Günü ilə bağlı tədbir keçirildi
  • Dünən, 10:39
    Nazir Jan Todla görüşdü
  • Dünən, 10:33
    Səfərbərlik Xidmətinin 75 əməkdaşı cəzalandırılıb - 42-si rəhbər şəxsdir
  • Dünən, 10:26
    Azərbaycanda 63 yaşlı qadın ana oldu
  • Dünən, 10:14
    Bakteriyalar alimlərə təsirli xərçəng dərmanları yaratmağın yolunu göstərdi
  • Dünən, 10:08
    “Azeri Light” bu gün neçəyə satılır?
  • Dünən, 10:03
    Tehranda Xamenei ilə vida mərasimi başladı
  • Dünən, 09:59
    Paşinyan İrana getdi
  • Dünən, 09:54
    “AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim etdi
  • Dünən, 09:50
    Atası Arzumun həbsindən sonra ölənin yaxınlarına qarğış etdi
  • Dünən, 09:45
    Xameneinin dəfnində Azərbaycandan onlar iştirak edəcək
  • 2-07-2026, 20:13
    Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ başlayır
  • 2-07-2026, 15:21
    Missiyanızla 100 yaşayın cənab GENERAL!
  • 2-07-2026, 14:50
    Ədalətin keşiyində keçən şərəfli ömür – Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, hüquq elmləri doktoru, professor, əməkdar müəllim İbrahim Quliyevə ehtiramla...
  • 2-07-2026, 12:35
    Gəncədə 29 yaşlı kişi bıçaqlandı
  • 2-07-2026, 12:23
    Bu marşrutların hərəkəti müvəqqəti dəyişdirilir
  • 2-07-2026, 12:20
    “Bölgədə Azərbaycan vektorlu yeni reallıqların formalaşması bunun əyani nümunəsidir”
  • 2-07-2026, 12:15
    “Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
  • 2-07-2026, 12:10
    Azərbaycan nefti ucuzlaşdı
  • 2-07-2026, 12:05
    II cəhd imtahanında iştirak edəcəklərin nəzərinə!
  • 2-07-2026, 12:01
    Azərbaycan Polisi - 108 illik şərəf, fədakarlıq və dövlətçilik məktəbi
  • 2-07-2026, 11:58
    Xameneinin dəfnindən sonra görüşəcəklər
  • 2-07-2026, 11:54
    Tbilisidə 21 yaşlı Fatimənin dəhşətli qətli - Təfərrüat
  • 1-07-2026, 21:59
    Hər ay 800 avro təqaüd almaq şansınız var
  • 1-07-2026, 21:49
    Встреча ветеранов с представителями Правительства Казахстанской Республики.
  • 1-07-2026, 19:08
    Vətənə şərəflə xidmət edən Əziz Hüseynov doğmalarına qovuşdu
  • 1-07-2026, 16:51
    “DƏYİŞƏN DÜNYANIN DƏYİŞMƏZ İNSANLARI” layihəsindən
  • 1-07-2026, 16:43
    ARXA CƏBHƏNİN QƏHRƏMANLARI
  • 1-07-2026, 15:06
    Qanunun keşiyində şərəfli xidmət – Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov
  • 1-07-2026, 13:24
    Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
  • 1-07-2026, 13:16
    Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Mərhəmət Lələyevi qəbul edib
  • 1-07-2026, 11:53
    Şengen zonasına giriş yoxlamaları yumşaldıla bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə