• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Hikmət Hacıyev Fransanın Ermənistanı silahlandırmasından danışıb: “İrəvanın sülh proqramına ehtiyacı var”

gundem / siyaset / ust / manset

18-11-2023, 12:09

Hikmət Hacıyev Fransanın Ermənistanı silahlandırmasından danışıb: “İrəvanın sülh proqramına ehtiyacı var”
“Avropa İttifaqının (Aİ) Fransa kimi bəzi üzv ölkələri Ermənistanın hərbiləşdirilməsi proqramına başlayıblar”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu hərbiləşdirmə proqramları doğru deyil:

“Birincisi, istənilən hərbiləşdirmə proqramının yararlı olduğunu sanmırıq. Ermənistanın militarizasiya proqramına ehtiyacı yoxdur. Ermənistanın sülh proqramına ehtiyacı var”.

H.Hacıyev, həmçinin bəzi Qərb dairələrindəki Azərbaycanofobiya və islamofobiya haqqında da danışıb:

“Bu, həm də Avropa İttifaqının regional resurslarda ambisiyaları və maraqları üçün çox da faydalı deyil. Avropa Şurasının bu yaxınlarda Azərbaycanla bağlı gərəksiz tənqidləri ehtiva edən lazımsız bəyanatını da nəzərə almışıq... Azərbaycan əraziləri işğal altında olanda Avropa qurumları heç vaxt Azərbaycana qarşı ədalətli olmayıblar”.

H.Hacıyev qeyd edib ki, Avropanın müvafiq qurumları həllin parçası olmalıdırlar:

“Biz Fransa kimi üzv ölkələrə həmişə tövsiyə etmişik ki, birincisi, Azərbaycan ərazisində separatizmi dəstəkləməsinlər. İkincisi, Ermənistanda revanşizmi dəstəkləməklə bağlı lazımsız mesajlar verməyin, həm də regionumuzda geosiyasi lazımsız oyunları irəli sürməkdən əl çəkin. Təəssüf ki, bunlar faktlardır. Biz inanırıq ki, bu, tarixi fürsət və tarixi təkandır və müvafiq Avropa qurumları da sosial böhran bölgəsində sülh gündəmini irəli sürmək üçün problemin deyil, həllin bir hissəsi olmalıdır”.

Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycanın gündəliyində Bakı ilə İrəvan arasında sülh və ikitərəfli münasibətlərin normallaşması məsələsi var:

“Ermənistanın qanunsuz rejimi hazırda tərk-silah edilib və Azərbaycan ərazisindən çıxarılıb. Bu o deməkdir ki, Ermənistanla Azərbaycan arasında sülh razılaşması bağlamaq üçün heç bir əngəl yoxdur. Biz hesab edirik ki, bu, iki ölkə arasında ədavət və düşmənçilik fəslini dəyişdirmək və Azərbaycanın Ermənistan tərəfinə təklif etdiyi beş fundamental prinsip əsasında davamlı sülh yaratmaq üçün tarixi fürsətdir. Azərbaycan Avrasiya xəritəsində ən uzanmış münaqişələrdən birinin həlli üçün model yaradıb”.

O xatırladıb ki, ATƏT Qarabağ məsələsini həll edə bilməyib:

“Minsk qrupu uğursuzluğa düçar olub: Minsk qrupunun həmsədrliyi qurumu uğursuz olub, çünki bu qurumun missiyası Ermənistanın Azərbaycana qarşı işğal siyasətini qorumaq və davam etdirmək olub”.

H.Hacıyevin fikrincə, işğal və ədalətsizlik dönəmi artıq geridə qalıb:

“Ona görə də Azərbaycanın gündəliyində Bakı ilə İrəvan arasında sülh və ikitərəfli münasibətlərin normallaşması məsələsi var. Ancaq istənilən sülh öhdəliyi hər iki tərəfin öz üzərinə düşən vəzifəni yerinə yetirməsini tələb edir və Ermənistan da öz rolunu oynamalı, pozitivlik və xoşməramlılıq nümayiş etdirməlidir. Biz artıq Ermənistan tərəfinə sülh müqaviləsinin yenidən işlənmiş beşinci variantını təqdim etmişik, amma iki aydan çox vaxt keçib ki, onlar hələ də cavab vermirlər. Hazırda regionda yeni reallıqlar yaranıb. Bu yeni reallıqlar qanunilik və legitimlik üzərinə qurulub”.

Daha sonra H.Hacıyev Azərbaycanın Ermənistanla bağlı gələcək siyasətinə də toxunub:

“Biz regionda ədalət prinsiplərinə söykənən, bir-birimizin ərazi bütövlüyünü və suverenliyini tanıyan, bir-birimizə qarşı bütün ərazi iddialarına son qoyaraq yeni regional təhlükəsizlik arxitekturasını qurmaq istərdik”.

O qeyd edib ki, Bakı iki ölkə arasında qarşılıqlı təması dəstəkləyir:

“Düşünürəm ki, biz sülh razılaşmasına gəlməliyik. Digər tərəfdaşlar da bu razılaşmanı dəstəkləyə bilər. Əvvəla, sülh və regional təhlükəsizlik Brüsseldə deyil, Parisdə deyil, Vaşinqtonda deyil, Moskvada və ya başqa yerdə deyil. Sülh bölgənin özündədir”.
Bizimlə əlaqə saxlayın

Oxunub: 200
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / manset

22-09-2023, 10:50

Hikmət Hacıyev: “Bəzi hərbi qruplar müqaviməti davam etdirəcəklərini bildirirlər”

gundem / siyaset / ust / manset

16-09-2023, 11:51

Hikmət Hacıyev: “Azərbaycan sülh yolu ilə nizamlanmaya sadiqdir və gərginliyin artmasında maraqlı deyil”

siyaset / manset

4-11-2023, 10:54

Hikmət Hacıyev: “Azərbaycanda minaların qurbanları, əsasən, mülki şəxslərdir” - İNFOQRAFİKA

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 20:42
    Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
  • Dünən, 15:54
    Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
  • Dünən, 14:46
    MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ETLƏSİN!
  • Dünən, 12:13
    “BDU-da islahatlara Hüquq fakültəsindən başlanılmalıdır” - Ceyhun Yusifov
  • Dünən, 12:03
    FHN təlim keçirdi - Video
  • Dünən, 11:53
    Bakının mərkəzində Xalq rəssamının oğlunun meyiti tapıldı
  • Dünən, 11:44
    Göygöldə növbəti monitorinq - Sahibkarlarla görüşlər oldu
  • Dünən, 11:36
    Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
  • Dünən, 11:13
    Prezident rəsmi qarşılandı
  • Dünən, 11:05
    Prezidentlər Birgə Bəyanat qəbul etdilər
  • 20-11-2026, 19:44
    “Səyyar Gənclər Xidməti” fəaliyyətini Ağcabədidə davam etdirib
  • 20-11-2026, 14:20
    KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
  • 20-11-2026, 14:02
    VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
  • 20-11-2026, 12:36
    Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
  • 20-11-2026, 11:07
    Sabirabadda 17 yaşlı oğlan yeniyetmə qızı qaçırdı - Axtarış aparılır
  • 20-11-2026, 11:01
    ƏƏSMN “Araz” supermarketlər şəbəkəsini mükafatlandırdı
  • 20-11-2026, 10:52
    “Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
  • 20-11-2026, 10:45
    Kiyev ballistik raketlərlə atəşə tutulub
  • 20-11-2026, 10:41
    İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub
  • 20-11-2026, 10:36
    “Atlant”ın rəhbəri vəfat etdi
  • 20-11-2026, 10:32
    Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı - Fotolar
  • 20-11-2026, 10:29
    Həkimin villasında dava - Cangüdən 74 yaşlı sürücünü bıçaqladı
  • 20-11-2026, 10:23
    QHT-lər üçün qrant müsabiqələri elan edildi
  • 20-11-2026, 10:18
    “Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
  • 19-11-2026, 15:31
    4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
  • 19-11-2026, 14:50
    Ağdam şəhəri: quruculuq siyasətinin möhtəşəm nəticələri
  • 19-11-2026, 13:31
    Könül Xasıyeva harda oxusa da, sevilir!
  • 19-11-2026, 13:22
    “Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
  • 19-11-2026, 11:35
    Elşən Salahov Binədə sakinlərlə növbəti səyyar görüş keçirdi
  • 19-11-2026, 11:28
    Gürcüstan DTX-nin rəisi Bakıdadır
  • 19-11-2026, 11:21
    Alen Simonyan dekabrda Azərbaycana gələcək
  • 19-11-2026, 11:07
    “Koroğlu”dan aeroporta doğru nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  • 19-11-2026, 11:00
    Məleykə Abbaszadə BDU-nun rektoru oldu
  • 19-11-2026, 10:51
    Elçin Babayev vəzifəsindən azad olundu
  • 19-11-2026, 10:46
    Bakıda ilk dəfə avtobuslar üçün işıqfor quraşdırılacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə