• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Əsəri dövlət sərvəti adlandırılan rəssam: “Xahiş etdilər ki, portreti Ankaraya aparım” - MÜSAHİBƏ

gundem / medeniyyet / manset

14-01-2024, 11:47

Əsəri dövlət sərvəti adlandırılan rəssam: “Xahiş etdilər ki, portreti Ankaraya aparım” - MÜSAHİBƏ
Rəsm, sənət onun üçün həyat tərzidir. Tabloları tək ölkəmizdə deyil, dünyanın bir çox ölkələrində muzeylərdə sərgilənir, evləri bəzəyir. Hətta Mustafa Kamal Atatürkə həsr olunan əsəri Türkiyə Cümhuriyyətinin sərvəti hesab olunur və “Atatürk evi”ndə sərgilənir.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Günay Mehdizadə Zebicdir. Günay xanım həm də Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebicin həyat yoldaşıdır.

Günay Mehdizadənin “Kaspi” qəzetinə verdiyi müsahibəni təqdim edirik:

- Günay xanım, istərdim müsahibəyə Türkiyədəki “İstiqlal” sərgisi ilə başlayaq.

- “İstiqlal” sərgisi iki ölkə arasında qardaşlıq bağlarını qoruyub saxlamaq, bu əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu əks etdirmək, eyni zamanda Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələri daha da yaxınlaşdırmaq, Türkiyə Cümhuriyyətinin 100 illiyi məqsədilə keçirildi. Sərgidə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün gənclik illərini, hakimiyyətdə olduğu dövrü əks etdirən əsərlərlə yanaşı, Azərbaycanın milli-mənəvi dəyərlərindən bəhs edən əsərlər də nümayiş etdirildi. 2023-cü ildə həm də Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunurdu və bu sərgini iki liderə həsr etdik.

- Sərgiyə maraq yüksək səviyyədə olub və bu barədə xəbərlər Türkiyə mətbuatında da yer alıb. Qonaqların təəssüratları necə idi?

- Sərgi ilə bağlı çox gözəl geri dönüşlər aldıq. Sərgiyə Eskişehir Böyükşəhər Bələdiyyə sədri Yılmaz Büyükerşen, araşdırmaçı-yazar Orhan Delipınar, alimlər, tələbələr, qonaqlar və sənətsevərlər qatılmışdı. Sərgidən sonra Eskişehir Böyükşəhər Bələdiyyəsi bizə sürpriz edərək, bələdiyyənin simfonik orkestrinin ifasında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil etdi.

- Tarixi şəxsiyyətlərə bağlı əsərləriniz sənətsevərlər tərəfindən maraqla qarşılanır.

- Hər hansı şəxsiyyətin rəsmini çəkirəmsə, mütləq onun həyatını, əsərlərini araşdırıram. İkinci mərhələdə oxuduğum materialları sintez edirəm. Şəxsiyyəti araşdıraraq mənimsəyirəm və çəkməyə başlayıram. Əvvəlcə eskiz üçün fotolardan istifadə edir, qələmlə kağıza köçürürəm. Ən uğurlusunu tapdıqdan sonra rəsmini çəkirəm. Bu proses çox gərgin olur. Məsələn, “İstiqlal” tablosuna üç il vaxt sərf etmişəm.

- “Atatürk Portreti” əsəriniz Ankarada Atatürk Ev Muzeyində sərgilənməkdə və Türkiyə Cümhuriyyəti sərvəti kimi dəyərləndirilməkdədir. Bu əsərin tarixçəsi maraqlıdır...

- Bir neçə il öncə Türkiyənin Konya şəhərində keçirilən, 65 ölkənin qatıldığı simpoziumda Azərbaycanı təmsil edirdim. Açılışa nazirlikdən nümayəndələr də qatılmışdı. Həmin vaxt Atatürkün portretini işləmişdim və telefonumda idi. Söhbət əsnasında dedim ki, məndə Atatürkün portreti var, baxmaq istəyərsinizmi? Bu, onlar üçün maraqlı oldu və portreti göstərdim. Çox bəyəndilər və xahiş etdilər ki, portreti Ankaraya aparım. Həmin tablonu muzeyə qoydular. O muzey Atatürkün evi hesab olunur və çox əhəmiyyətlidir. Çünki Mustafa Kamal Atatürkün Selanikdə dünyaya gəldiyi evin surətidir. Mənim əsərimi ikinci mərtəbədə yerləşdirdilər və dövlət sərvəti adlandırdılar.

- Əsəri dövlət sərvəti adlandırılan rəssamın fırça və kətanla dostluğu nə vaxtdan başlayıb?

- Uşaqlıqdan rəssamlıq, musiqi, balet dərslərinə gedirdim. Ən sevdiyim isə rəssamlıq idi. Yadımdadır, məktəbdə divar qəzetləri çıxırdı. Sinfimizin divar qəzetini mən hazırlayırdım. Məhəmməd Füzulinin yubileyində qara qələmlə portretini çəkmişdim. Hamı tərəfindən bəyənildi. Böyüdükdə onu peşəkar formaya salmaq üçün rəssamlıq təhsili aldım. Azərbaycanın Əməkdar rəssamı Bəyimxanım Hacızadənin tələbəsi oldum. Daha sonra İtaliyada, Vyanada rəssamlıq dərsləri aldım. Avropa muzeylərində böyük rəssamlar Leonardo da Vinçi, Mikelancelo, Pikasso kimi sənətkarların əsərlərini saatlarla araşdırırdım. Hər gün səhər muzeyə gedir, axşama qədər o rəssamların rəsmlərinin surətini köçürürdüm. Surəti köçürərkən, rəssam həyatda olmasa belə, ondan öyrənirsən. Özümlə böyüdücü şüşə götürür, rəsmləri incələyir, öyrənirdim.

- Əsərlərinizi bağışlamağı xoşlayırsınız? Rəssamlar var ki, əsərlərini heç zaman satmır, onları emalatxanalarında qoruyub saxlayırlar. Amma “rəssamın əsərləri qalereyaları bəzədikcə daha çox tanınır” deyə düşünənlər də var. Siz hansılardansınız?

- Rəssamlıq mənim üçün sənətdir, hobbi deyil. Əgər hobbi olaraq məşğul olsaydım, əsərlərimi bağışlamaq rahat olardı. Üzərində böyük zəhmət, vaxt sərf etdiyim əsərləri əgər bağışlamaq ehtiyacı duyuramsa, bunun mütləq mənəvi qarşılığı olur. Bağışlamadan öncə proses gedir və razılaşdırılır ki, gələcəkdə gənclərin inkişafına töhfə verəcək layihələri dəstəkləyəcəklər. Amma suvenir kimi heç vaxt bağışlamamışam, bağışlamaram da.

- Müəllifi olduğunuz “Biz birlikdə güclüyük” layihəsinin məqsədi nə idi?

- Hər hansı layihəni ərsəyə gətirdikdə, onun cəmiyyətə nə qədər faydalı olacağını düşünürəm. Pandemiya dövründə birdən-birə hər kəs çətin vəziyyətə düşdü, evdə qalmağa məcbur olduq. Bunu böyüklər başqa cür qavrayırdı, amma uşaqlarda, yeniyetmələrdə travma yarada bilərdi. Karantin rejiminin tətbiq edildiyi dövrdə uşaqlarla virtual bağlantı quraraq, onlarla pandemiyanın dünyaya mənfi təsiri, xəstəliklə mübarizədə fədakarlıq göstərən insanlar, infeksiyadan qorunmağın vacibliyi barədə söhbətlər apardıq. Şagirdlərlə iki ay ərzində onlayn dərslərdə tablolar çəkir, müzakirələr edirdik. Müzakirələr aparır, sonra mövzunun rəsmini çəkirdik. Daha sonra Bakının Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksində, “Xarı bülbül” Təlim və İstehsalat Birliyində onun təqdimatını keçirdik.

- Bəs “Qardaş məktəb” layihəsinin ideyası necə yarandı?

- Qızım Milli Konservatoriyanın tərkibində olan İncəsənət Gimnaziyasında təhsil alırdı. Bursa Zeki Müren Güzel Sanatlar Lisesi müdiriyyəti ilə əlaqə saxladım və layihəni təklif etdim. “Qardaş məktəb” layihəsi Azərbaycan və Türkiyənin təhsil nazirliklərinin dəstəyi ilə həyata keçirilir. İki ölkə arasında təhsil sahəsində imzalanmış əməkdaşlıq protokoluna uyğun olaraq sözügedən təhsil ocaqları arasında şagird mübadiləsi, qarşılıqlı səfərlər, birgə sərgilərin, konsertlərin təşkili və digər tədbirlər nəzərdə tutulur. Bu layihə ilə şagirdlərimiz onların mədəniyyətini yaxından öyrənir, onların şagirdləri də bizim mədəniyyətimizlə tanış olurlar.

- Yaradıcılığınız rəssamlıqla kifayətlənmir. Siz həm də teatr ssenarisi yazırsınız.

- Teatr üçün ssenari yazmaq fəaliyyətim də qardaşlıq məktəbindən başladı. Azərbaycandan Türkiyəyə gələn şagirdlərin çıxışları üçün ssenari yazdım. 2019-cu ildə bizi teatr festivalına dəvət etdilər. Nəsimi ilə bağlı ssenari hazırladıq, səhnə dekorasiyasını da özümüz etdik. Bunun davamı olaraq 2021-ci ildə Nizami Gəncəvi və Yunus Əmrə ili ilə bağlı ssenari yazdıq, kostyumlarına qədər özümüz hazırladıq, səhnələşdirdik. Hətta Türkiyə səfiri öz “X” sosial şəbəkə hesabında buna görə bizə təşəkkür etdi.

- Günay xanım, siz həm də müəllim kimi şagirdlər hazırlaşdırırsınız. Azərbaycan şagirdinin incəsənət duyumu necədir?

- Biz çox istedadlı xalqıq. Hər bir uşağın incəsənət duyumu var, sadəcə onu düzgün metodlarla kəşf etmək lazımdır.

- Hindistanla bağlı çəkdiyiniz tablo da həmin ölkənin səfiri tərəfindən bəyənilmişdi. O tablo necə ərsəyə gəldi?

- Həyat yoldaşımın işi ilə bağlı diplomatik çevrədə olduğum üçün, görüşlərdən birində Hindistanın sabiq səfiri mənə təklif etdi ki, “Hindistanı necə görürəm” adlı rəsm çəkim. Kompozisiyanı qurdum, tablonu təqdim etdim. Sabiq səfir bunu çox bəyəndi və mənə plaket də təqdim etdi. Həmin əsər hazırda Hindistandadır.
Bizimlə əlaqə saxlayın

Oxunub: 157
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / ust / manset

29-10-2023, 14:04

Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyidir

sou / manset

11-04-2023, 08:07

Günay İbrahimli: “Verilişlərdə müğənniyə hörmətsizlik edirlər”

gundem / siyaset / ust / manset

29-10-2023, 13:59

Mehriban Əliyeva Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə paylaşım edib

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 15:17
    Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir
  • Bu gün, 15:15
    Makronun Putinlə danışıqdan sonra Zelenskiyə nə dediyi məlum oldu
  • Bu gün, 15:07
    Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Külli miqdarda dələduzluqda ittiham olunur
  • Bu gün, 15:04
    Prezidentlərin təkbətək görüşü oldu
  • Bu gün, 15:00
    Azərbaycan polisi and içir
  • Bu gün, 14:58
    Azərbaycanlı futbolçu Qırğızıstan klubunda
  • Bu gün, 13:54
    İki ayda 16 nəfər qarpızdan zəhərlənib
  • Bu gün, 13:39
    Səfərov qardaşlarının qətlində əli olduğu deyilən rus polislərin
  • Bu gün, 13:32
    Şahin Şıxlinskiyə idarədə hansı suallar verilib? - Özü danışdı
  • Bu gün, 13:28
    “Xəsarətlər yetirilmiş şəxslərdən biri artıq Azərbaycana qayıdıb”
  • Bu gün, 13:17
    Polis polkovnik-leytenantı Əliyev Elgiz Araz oğluna təbrik!
  • Dünən, 14:22
    Qələbələrə köklənmiş Azərbaycan Ordusu
  • Dünən, 12:05
    Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum olub
  • Dünən, 12:01
    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Nizami rayon təşkilatı Ağsaqqallar Şurasının sədri Tapdıq Əlibəylinin doğum günüdür.
  • Dünən, 11:59
    Azərbaycan səfiri Rusiya XİN-ə getdi
  • Dünən, 11:57
    Prezident onları təbrik etdi
  • Dünən, 11:54
    Pezeşkian Xankəndiyə səfər edəcək
  • Dünən, 11:51
    Yekaterinburqda bu dəfə azərbaycanlı qadına hücum etdilər
  • Dünən, 11:39
    “Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...”
  • Dünən, 11:34
    Dövlətə xəyanət ittihamı ilə həbs olundu
  • Dünən, 11:05
    İTV-dən Kənan MM-in iddialarına cavab
  • Dünən, 10:55
    Bu dəfə Rusiya səthində vurulduq...
  • Dünən, 10:51
    Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır
  • Dünən, 10:49
    Bu karikatura Türkiyədə qalmaqala səbəb oldu
  • 30-06-2025, 16:11
    Könül adamı...
  • 30-06-2025, 15:43
    “Azərbaycan Alp Turan Klubu”nun yetirmələrinin 29-cu Kikboksinq üzrə Azərbaycan Çempionatında yüksək nailiyyətləri
  • 30-06-2025, 14:58
    Nuray Həsənzadə belə qalib oldu-Fotolar
  • 30-06-2025, 10:38
    Səfərov qardaşlarının nəşi bu gün Bakıya gətiriləcək
  • 30-06-2025, 10:36
    Sabahdan əmi, xala, bibi, dayı uşaqları evlənə bilməyəcək
  • 30-06-2025, 10:31
    “Bunu Azərbaycana qarşı yeni ekoloji müharibə kimi qiymətləndiririk”
  • 30-06-2025, 10:29
    “Quska” ilə bağlı hökm qüvvəyə mindi
  • 30-06-2025, 10:26
    Bu ərazilərə yağış yağır
  • 30-06-2025, 10:24
    KTMT-nin iclası başladı, Mirzoyan yenə iştirak etmir
  • 30-06-2025, 10:21
    “İranın gizli nüvə obyekti ola bilər”
  • 30-06-2025, 10:19
    Ağdamda polis əməkdaşı minaya düşdü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə