• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

gundem / siyaset / ust / manset

26-01-2024, 12:12

Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bir sıra görüşlər keçirilib, tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.

Səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının iqtisadiyyat və planlaşdırma nazirinin birinci müavini Ammar Naqadi və beynəlxalq iqtisadi məsələlər üzrə müavini Albara Alaskandarani ilə görüş keçirilib. Görüşdə Səudiyyə Ərəbistanı ilə iqtisadi əlaqələrin inkişaf etdiyi, ticarət dövriyyəsinin artdığı vurğulanıb. İki ölkə arasında iqtisadiyyatın prioritet sahələri, həmçinin sosial-iqtisadi proqramlar sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinin tərəfdaşlığa impuls verəcəyi qeyd olunub. Görüşdə özəl sektor üzrə əməkdaşlığın inkişafı məqsədilə prioritet sahələrin müəyyənləşdirilməsinin önəmi vurğulanıb. Görüşdə ikitərəfli iqtisadi əlaqələrimizin gündəliyində olan məsələlər, qarşılıqlı investisiyaların təşviqi barədə fikir mübadiləsi aparılıb.

Səudiyyə Ərəbistanı Krallığının investisiya nazirinin müavininin beynəlxalq tərəfdaşlıqlar üzrə müavini Avad Maşni ilə görüşdə qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişafının önəmi qeyd edilib. Səudiyyə Ərəbistanı ilə ticarət, investisiya, enerji, o cümlədən, yaşıl enerji, infrastruktur, azad edilmiş ərazilərimizdə həyata keçirilən reinteqrasiya layihələri, turizm və digər sahələr üzrə səmərəli əməkdaşlıq imkanları qeyd olunub. Görüşdə Azərbaycanda əlverişli işgüzar mühit, biznes üçün yaradılan imkanlar barədə məlumat verilib, Səudiyyə sərmayədarları fəal əməkdaşlığa dəvət ediliblər.

Tərəflər müxtəlif istiqamətlər üzrə investisiya tərəfdaşlığının genişləndirilməsi, potensial birgə layihələr, tikinti sektoru və sair istiqamətlər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Mərşad ilə görüşdə ölkəmizdə bərpa olunan enerji istiqamətində görülən işlər, bu sahədə “ACWA Power” şirkəti ilə əməkdaşlıq, azad olunmuş ərazilərimizin investisiya potensialı barədə məlumat verilib. Sultan Əbdülrəhman Əl-Mərşad rəhbərlik etdiyi qurumun Azərbaycanla birgə layihələrin həyata keçirilməsi imkanlarını qeyd edib.

Görüşdə Azərbaycanda prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

“Səudiyyə Kənd Təsərrüfatı və Heyvandarlıq İnvestisiya Şirkəti”nin (SALIC) baş icraçı direktoru Süleyman Alrumaih ilə görüşdə Azərbaycanın ərzaq təhlükəsizliyi strategiyası, istehsal edilən aqrar məhsullar və onların ixrac coğrafiyası barədə məlumat verilib. Bildirilib ki, ölkələrimizin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində qarşılıqlı faydalı əməkdaşlıq imkanları genişdir. Azərbaycanda ixracın və ticarətin asanlaşdırılması məqsədilə bir sıra tədbirlər görüldüyü, o cümlədən xarici ölkələrdə ticarət nümayəndəliklərinin yaradıldığı qeyd olunub.

Diqqətə çatdırılıb ki, Azərbaycana aqrar sahə ilə bağlı investisiya yatırılması, strateji ərzaq məhsullarının istehsalı və ixracı üçün böyük potensial var. Bununla yanaşı, ölkəmizin nəqliyyat-tranzit, turizm və digər imkanları barədə də məlumat verilib.

Görüşdə Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimat olub, həmçinin SALIC şirkətinin xarici ölkələrdə törəmə müəssisələri, onların istehsal fəaliyyəti barədə məlumat verilib. Bununla yanaşı, ölkəmizin aqrar məhsullarının Səudiyyə Ərəbistanı bazarına çıxarılması və digər mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Bizimlə əlaqə saxlayın

Oxunub: 139
Paylaş:
Digər xəbərlər

gundem / manset

7-05-2023, 12:04

Azərbaycan və Avstriya arasında siyasi məsləhətləşmələr keçirilib

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 10:18
    Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
  • Dünən, 10:10
    Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
  • Dünən, 10:05
    Bu gün millimizin oyunu var
  • Dünən, 09:59
    Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
  • Dünən, 09:56
    Trampla Netanyahu telefonda dalaşıb?
  • Dünən, 09:53
    Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?
  • Dünən, 09:47
    NASA iş elanı verdi - Maaş 164 mindir
  • Dünən, 09:43
    “Hərbi güc tətbiq etməkdən çəkinməzdim”
  • Dünən, 09:40
    “İndiyəqədərki ən böyük əsir mübadiləsi baş tutacaq”
  • Dünən, 09:36
    “Vəzifədən getməzdən əvvəl məsələni həll etmək istəyirəm”
  • 12-11-2026, 18:56
    Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
  • 12-11-2026, 15:30
    JURNALİST İBRAHİM İSGƏNDƏROV YOL QƏZASINDA XƏSARƏT ALAN GƏNC XANIMA İLKİN YARDIM GÖSTƏRƏRƏK ONUN HƏYATININ XİLASEDİLMƏSİNƏ DƏSTƏK OLUB
  • 12-11-2026, 13:24
    Milli dövlətçilik ənənələri və konstitusion inkişaf - DEPUTAT
  • 12-11-2026, 10:41
    Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım
  • 12-11-2026, 10:30
    General Natiq Əliyevin qızı saxlanıldı
  • 12-11-2026, 10:18
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • 12-11-2026, 10:14
    “Bakıdakı bu kilsənin qapıları taybatay açılmalıdır”
  • 12-11-2026, 10:09
    Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto
  • 12-11-2026, 10:02
    Kanadada məhkəmə ana və qızına hücum edən 4 ayının ölümünə qərar verdi
  • 12-11-2026, 09:55
    İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
  • 12-11-2026, 09:45
    Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb
  • 12-11-2026, 09:39
    Argentina ordusunu “terror təşkilatı” elan etdilər
  • 12-11-2026, 09:36
    İsrail ordusuna İrana qarşı hazırlıq tapşırığı verildi
  • 11-11-2026, 14:01
    GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
  • 11-11-2026, 10:42
    ADY yükdaşımalar üzrə ən yüksək göstəricilər əldə edib
  • 11-11-2026, 10:35
    “Azeri Light” ucuzlaşdı
  • 11-11-2026, 10:28
    650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
  • 11-11-2026, 10:22
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • 11-11-2026, 10:18
    Pezeşkian Türkiyəyə gedir
  • 11-11-2026, 10:13
    Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
  • 11-11-2026, 10:07
    Qax sakinini Masazırda maşın vurub öldürdü
  • 11-11-2026, 10:01
    “Sabah” basketbol klubu “Trabzonspor”u məğlub etdi
  • 11-11-2026, 09:57
    Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
  • 11-11-2026, 09:48
    Adanada bir gündə ikinci zəlzələ
  • 10-11-2026, 21:07
    Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə