• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Qardaşlıq əlaqələrinin təzahürü

gundem / ust / manset

21-02-2024, 19:50

Qardaşlıq əlaqələrinin təzahürü

Məşhur Məmmədov

Milli Məclisin deputatı

Prezident seçkilərindən sonra Prezident İlham Əliyevin ilk rəsmi səfəri qardaş Türkiyəyə oldu. Bu, təsadüfi deyil, qardaşlıq əlaqələrinin təzahürüdür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşdə qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan əməkdaşlığının Ümummilli Lider Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini görürük. Türkiyə bu gün dünya miqyasında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Haqq savaşında, 44 günlük Vətən Müharibəsi dövründə bütün dünya gördü ki, Azərbaycan tək deyil, Türkiyə haqq işində Azərbaycanın yanındadır. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etdi və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda oldu. Savaşın ilk saatlarından Türkiyənin dəstəyi və qəti açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və məhz o ciddi mesajlar bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Türkiyə ilə əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ savaşı və ondan sonra 5 ay əvvəl keçirdiyimiz lokal antiterror tədbirləri bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqlədi, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq. Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. Prezident İlham Əliyev cari ilin 19 fevral tarixində Türkiyənin paytaxtı Ankarada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatla bir çox siyasi mesaj verdi. Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Cari ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də sözügedən görüşdə iştirak edəcək və bu, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək. Bizim birgə həyata keçirdiyimiz layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanmış vacib Azərbaycan-Türkiyə sənədləridir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ənənəsinə sadiq qalaraq bəyanatında Azərbaycanla bağlı mühüm açıqlamalar verdi. “Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik”, - deyən qardaş ölkənin Prezidenti son vaxtlar AŞPA-nın ölkəmizə qarşı sərgilədiyi qeyri-obyektiv qərarlardan da söz açaraq qeyd etdi ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara etirazımızı güclü şəkildə göstərdik. Qəbul olunan qərar ləğv edilənə qədər Azərbaycana dəstəyimizi və bu istiqamətdəki səylərimizi davam etdirəcəyik. Bir sözlə, Azərbaycan və Türkiyə xalqları əcdadların bütün ənənələrinə sadiqdirlər. Əlaqələr yüksələn xətlə inkişaf edir.

Oxunub: 136
Paylaş:
Digər xəbərlər

gundem / manset

29-05-2023, 11:17

“Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 17:04
    “Future Skills Lab: Gələcəyin Bacarıqları Akademiyası” layihəsi uğurla başa çatıb!
  • Bu gün, 15:46
    ŞƏFFAF ÖDƏNİŞ, QANUNİ VERGİ VƏ GÜCLÜ DÖVLƏT! İSMAYIL ZALOVDAN MÜĞƏNNİLƏRİN TOY EVLƏRİNDƏ, TOYXANALARDA VƏ ŞADLIQ SARAYLARINDA ƏLDƏ ETDİKLƏRİ GƏLİRLƏRİN VERGİ UÇOTUNA ALINMASI TƏŞƏBBÜSÜ!
  • Bu gün, 10:47
    Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
  • Bu gün, 10:27
    “AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
  • Bu gün, 10:24
    Həmin qəzada ölən aparıcı sərnişin olub - Foto
  • Bu gün, 10:19
    “Azərbaycançılıq məfkurəsi bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir”
  • Bu gün, 10:13
    Alyona Əliyeva sərgidə - Fotolar
  • Bu gün, 10:08
    Ən uzunmüddətli COP olsa da - Razılığa gələ bilmədilər
  • Bu gün, 10:05
    Meyiti yaşadığı evdən tapıldı
  • Bu gün, 09:57
    Sağlam hesab etdiyimiz bu qidalar dişləri məhv edirmiş
  • Bu gün, 09:53
    Xaçmaz-Quba yolunda qəza - Bir ailənin altı üzvü yaralandı
  • Bu gün, 09:50
    İtaliyanın xarici işlər naziri Azərbaycandadır
  • Bu gün, 09:46
    63 yaşlı kişi Kürdə batdı
  • Bu gün, 09:43
    Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
  • Dünən, 15:53
    Azərbaycan-Vyetnam münasibətləri yeni geoiqtisadi imkanlara doğru
  • Dünən, 14:16
    İran təhdidinə görə bazada qaldığını təsdiqlədi - Onlar da evlərini tərk ediblər
  • Dünən, 14:14
    Yeniyetmələr qəzaya düşdü - Yaralılar var
  • Dünən, 14:08
    Prezident livanlı həmkarını təbrik etdi
  • Dünən, 12:42
    Bu gündən bu ölkəyə vizasız gedəcəyik
  • Dünən, 12:35
    BYD-nin Avropada satış və istehsalı qadağan edildi
  • Dünən, 11:56
    “Titanik üzüyü” və meyitdən götürülən qızıl saat rekord qiymətə satıldı
  • Dünən, 11:50
    8 illik səyahətdən sonra Merkuriyə çatdı
  • Dünən, 11:45
    Rayonlara yağış, Şahdağa qar yağıb - Faktiki hava
  • Dünən, 11:38
    21 yaşlı tələbə vəfat etdi
  • Dünən, 11:33
    Bakıda bir sıra ərazilərə avtomobillə giriş ödənişli olacaq
  • 21-11-2026, 20:42
    Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
  • 21-11-2026, 15:54
    Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
  • 21-11-2026, 14:46
    MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ETLƏSİN!
  • 21-11-2026, 12:13
    “BDU-da islahatlara Hüquq fakültəsindən başlanılmalıdır” - Ceyhun Yusifov
  • 21-11-2026, 12:03
    FHN təlim keçirdi - Video
  • 21-11-2026, 11:53
    Bakının mərkəzində Xalq rəssamının oğlunun meyiti tapıldı
  • 21-11-2026, 11:44
    Göygöldə növbəti monitorinq - Sahibkarlarla görüşlər oldu
  • 21-11-2026, 11:36
    Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
  • 21-11-2026, 11:13
    Prezident rəsmi qarşılandı
  • 21-11-2026, 11:05
    Prezidentlər Birgə Bəyanat qəbul etdilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə