• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

ŞÖHLƏT ƏFŞAR – 75

gundem / ust / manset

29-02-2024, 10:54

ŞÖHLƏT  ƏFŞAR – 75
3 mart – unudulmaz Turan sevdalısı, ziyalı qayəsi xaliqə məhəbbət, xilqətə mərhəmətdən, Vətən sevgisindən yoğrulmuş dəyərli aydınımız, şair-publisist Şöhlət Əfşarın (Axundov Şöhlət Əşrəf oğlu) 75-ci mövlud günüdür. Fikrimi iki illik zaman məsafəsindən geriyə - Şöhlət Əfşarlı günlərə günlükləyirəm. 2022-ci ilin 29 yanvar tarixində Dünya Əfşarlar Birliyinin təsis olunmasının 6 illiyi münasibətilə Türkiyəyə yola düşdü... O vaxt fərəhlə, qürurla yazmışdım: Əziz Dünya Əfşarlar Birliyinin təmsilçiləri, əziz Türk sevdalıları, hər birinizi Böyük Türk ruhunun işığında sevgi-sayğılarla salamlayıram.
Ariflərin təfəkkür süzgəcindən keçib-gələn bir el deyimi var: Yol gedənindir. Siz artıq birlik olaraq 6 illik bir yol keçmisiniz. Fərəhli haldır ki, kecilən yol məsuliyyəti qədərincə şərəflidir.
Dünya Əfşarlar Birliyi türkçülük məfkurəsinin təqdiri və təlqini yönündə dəyərli işlər görməkdə, türk törəsinin təbliğində mühüm addımlar atmaqdadır Təbii ki, bu işin uğurlu olmasını şərtləndirən mühüm cəhətlərdən biri möhkəm, dürüst təməldən boy göstərməsidir.
Tarixdə türk-hökmdar imzası olan, təqribən 37 il at belində döyüşlərə qatılan, Əfşar İmperatorluğunun qurucusu Nadir Şah Əfşarın belə bir deyimi var: “Mənim kimliyimi bilmək istəyən mənim həyatımı bilməlidir ki, kimliyimi dərk etsin”.
Bax, bu möhtəşəm fikrin ehtiva etdiyi bir yoldu Dünya Əfşarlar Birliyinin amalı...
Türk məfkurəsi, ağsaqqal düşüncəsi işığında amalınız, amacınız, yönünüz, yolunuzu, 6 illiyinizi qutlayıram.
Vətənə dönməsini səbirsizliklə gözləyirdik, əvəzində hər birimizi sarsıdan bir xəbər aldıq: “Türk Ağsaqqallar Birliyinin Təşkilat Komitəsinin üzvü, Dünya Əfşarlar Birliyinin Azərbaycan təmsilçisi, şair-publisist Şöhlət Əfşar Türkiyənin Adana şəhər xəstəxanasında ürək tutmasından dünyasını dəyişib”.
Əzizimizin vida günündə duyğularıma bülənd olan əbədi ayrılığın acısı, “Səs çəkib söz” göynərtisi ilə Şöhlət Əfşarın da könül verdiyi sözə sığındım:

Səs çəkib söz, qara geyib,
Şöhlət Əfşar vidasına...
Qəfil xəbər qəddin əyib,
Yas tutubdur sevdasına.

“Dərdnamə” nin böynu bükük,
Sanki qoyub dərdi dəmə.
Bu ayrılıq, bu dərd böyük...
Misra-misra batdım qəmə.

Bu dünyanın havasına
Oynamadı əzəl-axır.
Bələnib haqq həvəsinə,
Kitablardan sözü baxır...

Söz “Dodaqdan könüllərə”
Səpilibdir narın-narın.
Söz qoşduğu tər güllərə,
El qərq edib tər məzarın...

Şöhlət Əfşar qürub edib,
Şair nuru günəş sayaq...
Söz qalası qurub-gedib,
Zirvəsində şanlı bayraq...

Müdriklərin işıqlı idrakından süzülərək hasil olan qənaətə görə, insanın əsl ömrü xatırlandığı qədərdir. O da ola Söz Adamı...
Bənzərlik məqamında bir müqayisə təsəllimə dönür. İlahi qüdrətlə günəş hər sabah sökülən dan yerindən səhərin şəfəqləri ilə boy göstərir və zamanın axarında, vaxt-vədəsində isə üfüqlərdə qürub edir... Dünyanın bu əzəli-əbədi mənzərəsi yaranışdan beləcə sərgilənib dövr etməkdədir. Günəş doğur və qürüb edir... Düşünürəm ki, işıqlı insanlar da belədir. Həyata vida desələr də, yaddaşlara köçən əməlləri ilə yenidən doğulurlar. Belələri sanki günəştək qürüb edir. Unudulmaz dostumuz Şöhlət Əfşar ədəbi irsi, xeyirxah əməlləri ilə el yaddaşında abidəyə dönüb və əbədiyyət üfüqlərində günəş timsalındadır... Əbədiyyət ünvanın nurlu, ruhun şad olsun, unudulmaz DOST!..

TAPDIQ ƏLİBƏYLİ, şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin,
TAİB-in İdarə Heyətinin üzvü,
Prezident təqaüdçüsü

Oxunub: 146
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

2-07-2023, 11:42

SÜDEYF İMAMVERDIYEV – 85

gundem / medeniyyet / ust / manset

6-01-2024, 11:53

SƏYAVUŞ ƏSGƏROV - 70

gundem / dunya / ust / manset

25-10-2023, 13:51

23 oktyabr 2023-cü il tarixində Qazaxstan Respublikasının Almata TURAN-Türk Dövlətləri Birliyinin Veteranlarının 1-ci Beynəlxalq Forumu keçirildi.

ULUSƏS TV
Son xəbərlər
  • 18-10-2026, 10:38
    Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Memorandum imzalanıb
  • Bu gün, 11:00
    FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə - Müraciət
  • Bu gün, 10:54
    Anar Rzayevə ağır itki
  • Bu gün, 10:45
    Şəhid anası faciəvi şəkildə öldü - Foto
  • Bu gün, 10:19
    Beyləqanda Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası keçirildi - Fotolar
  • Bu gün, 10:14
    Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
  • Bu gün, 10:10
    “EDU Company” yüksək nəticə göstərən abituriyentlərinə 20 min pul mükafatı verdi
  • Bu gün, 10:04
    Sağlam qidalanma ilə bağlı - Bilməli olduğunuz vacib məqamlar
  • Bu gün, 10:00
    Papa ilə görüşə kapüşonlu sviterdə getdi - Foto
  • Bu gün, 09:56
    Faciəyə görə istefa verdi - Həmin qəza səbəbindən işdən çıxan nazirin yerinə gətirildi
  • Bu gün, 09:52
    Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
  • Dünən, 20:51
    Fədakarlığı və şərəfli fəaliyyəti ilə ucalan səhiyyə ulduzu – Lamiyə Mirzəyeva
  • Dünən, 11:06
    Qəbələdə ölkənin ən böyük qastronomiya tədbiri baş tutdu - Qastronomiya Sammiti 2026
  • Dünən, 11:00
    Neftimiz 113 dollara ticarət edilir
  • Dünən, 10:55
    “Abşeron” TM-in qarşısında ağır qəza, piyada öldü
  • Dünən, 10:50
    Texasda 32 il sonra Demokratlar qalib gəldi - Mask rəqibinə 200 milyon ayırmışdı
  • Dünən, 10:45
    Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!
  • Dünən, 10:40
    ABŞ-də 30 ildə ilk dəfə qızılcadan ölüm qeydə alındı
  • Dünən, 10:30
    “İrana dərhal hücum etmək planımız yoxdur”
  • Dünən, 10:25
    Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...
  • Dünən, 10:16
    İrandan narahatlıqları artıran - Xəbərdarlıq
  • Dünən, 10:09
    “Öz otağımın elektrikini də kəsərəm”
  • 3-11-2026, 10:30
    “Mobile Payment Solutions” MMC qayda pozdu - AMB tədbir gördü
  • 3-11-2026, 10:11
    Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
  • 3-11-2026, 10:07
    “Bank Respublika” və “AccessBank” arasında strateji əqd uğurla tamamlanıb
  • 3-11-2026, 10:02
    Yanğınların tüstüsü diplomatik böhran yaratdı
  • 3-11-2026, 09:58
    İranda Hellouin qalmaqalı - Obyektlər bağlandı, saxlanılanlar var - Video
  • 3-11-2026, 09:53
    ABŞ Qeşm adasına zərbə endirdi
  • 3-11-2026, 09:45
    Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?
  • 3-11-2026, 09:41
    Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
  • 3-11-2026, 09:36
    18 yaşlı müştəri kafe sahibini bıçaqladı
  • 3-11-2026, 09:32
    Bu ölkədə analoq telefon dövrü bitir - Xəbərdarlıq edildi
  • 2-11-2026, 13:34
    “Bir qadir insanam el nəzərində”
  • 2-11-2026, 10:44
    Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
  • 2-11-2026, 10:30
    “Rəqəmsal Media Ayı” keçiriləcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə