• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Cəlil Xəlilov: “Bu, Prezidentimizin Ermənistan və onu silahlandıran dövlətlərə növbəti xəbərdarlığıdır”

gundem / ust / manset

25-04-2024, 14:01

Cəlil Xəlilov: “Bu, Prezidentimizin Ermənistan və onu silahlandıran dövlətlərə növbəti xəbərdarlığıdır”
Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında Fransa, Hindistan və Yunanıstanın Ermənistanı silahlandırmasına diqqət çəkib. Dövlət başçısı çıxışında Ermənistanla yanaşı, ermənipərəst qüvvələrə xəərdarlıq edib, lazım gəldiyi anda Azərbaycanın qabaqlayıcı addımlar atacağını bildirib.
Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Prezidentin məlum bəyanatını dövlətimizin Ermənistan və ona himayədarlıq edən qüvvələr növbəti xəbərdarlığı kimi dəyərləndirib:
“Prezident İlham Əliyevin “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında bir çox məsələ ilə yanaşı, Ermənistanın silahlandırılmasına da diqqət çəkdi. Dövlət başçısı açıq şəkildə Fransa, Yunanıstan və Hindistanın Ermənistanı silahlandırmasını tənqid etdi, Azərbaycanın bu prosesə sona qədər seyrçi qalmayacağını vurğuladı. Prezident qeyd etdi ki, əgər Azərbaycan özü üçün ciddi təhdid görsə, o zaman konkret addımalr atacaq.
Prezident İlham Əliyevin bu açıqlaması həm Ermənistan, həm də ona himayədarlıq edən qüvvələr üçün ciddi xəbərdarlıqdır. İrəvan anlamalıdır ki, bu gün ona zirehli texnikalar, raket sistemləri verən, öz hərbi müşavirlərini bu ölkəyə göndərən dövlətlərin məqsədi heç də Ermənistana yardım etmək, onun hərbi baxımdan möhkəmlənməsinə köməklik göstərmək deyil. Bu dövlətlərin məqsədi Ermənistanı qurban vermək hesabına regiondakı maraqlarını təmin etmək, bölgədə möhkəmlənmək, daha çox siyasi-iqtisadi qazanc əldə etməkdir. Əgər günü sabah bölgədə yeni bir qarşıdurma olsa, Prezident İlham Əliyevin dediyi kimi, həmin qüvvələr elə ilk güllə atılanda Ermənistanı taleyin ümidinə buraxacaq, atıb qaçacaqlar.
Buna görə də Ermənistan onu qarşıdurmaya, gərginliyə sövq edən bu qüvvələrdən, onların hərbi yardımlarından imtina etməli, Azərbaycanın sülh səylərini dəstəkləməlidir. Yalnız belə olan halda Ermənistan öz təhlükəsizliyini və inkişafını təmin edə bilər”.
Polkovnik Cəlil Xəlilov beynəlxaql təşkilatları, dünyanın digər aparıcı dövlətlərini də regionda uzunmüddətli sülh və təhlükəsizliyin təmininə töhfə verməyə səsləyib:
“Azərbaycanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasında gördüyü işlər, ortaya qoyduğu səy və təşəbbüslər hər kəsə məlumdur. Ölkəmiz həm 44 günlük müharibədən əvvəl, həm də postmüharibə dönəmində bu istiqamətdə böyük işlər görüb. Lakin regionda və dünyamızda sülhün bərqərar olmasında beynəlxalq təşkilatlar, böyük dövlətlər də aktiv rol oynamalı, rəsmi Bakının, Prezident İlham Əliyevin sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər. Yalnız bu halda biz regionda etibarlı və uzunmüddətli sülhə nail ola bilərik”.

Oxunub: 123
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / manset

25-04-2024, 13:56

ADA Universitetində keçirilən forum böyük maraqla qarşılanıb

gundem / siyaset / dunya / ust / manset

10-12-2023, 14:31

Prezident: “COP29-la bağlı Azərbaycanın namizədliyinin dəstəklənməsi dostluğumuzun nümunəsidir”

gundem / ust / manset

1-06-2023, 17:08

Zərifə Quliyeva: Heydər Əliyev bir əlində xəritə, bir əlində qələmi ilə Azərbaycanı dünyaya tanıtdırdı

gundem / siyaset / manset

10-01-2024, 22:43

Prezident İlham Əliyev: “Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq”

ULUSƏS TV
Son xəbərlər
  • 18-10-2026, 10:38
    Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Memorandum imzalanıb
  • Bu gün, 20:15
    “Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
  • Bu gün, 19:41
    AŞQABADDA BMT GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XÜSUSİ STENDLƏ TƏMSİL OLUNUB
  • Bu gün, 16:03
    “Səyyar Gənclər Xidməti” Zərdab gənclərinə yeni imkanlar qazandırıb
  • Bu gün, 12:43
    “Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı” mövzusunda tədbir keçirilib
  • Bu gün, 12:32
    Elmira Yaqubova – təhsilin inkişafına, şagirdlərin gələcəyinə xidmət edən rəhbər
  • Bu gün, 12:24
    Qubadlıya öz sahibləri qayıdıb
  • Bu gün, 10:35
    Salyanda kişini cərəyan vurub öldürdü
  • Bu gün, 10:30
    “Azea Group” MMC-nin rəhbəri ev dustaqlığına buraxıldı
  • Bu gün, 10:25
    “Araz-Naxçıvan” “Qəbələ”yə, “Sumqayıt” “Zirə”yə qarşı
  • Bu gün, 10:20
    Tibetdəki güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
  • Bu gün, 10:15
    Gələn ilin büdcə layihəsi MM-ə daxil oldu
  • Bu gün, 10:10
    Avropanı “siyasi şizofreniya”da ittiham etdi
  • Bu gün, 10:05
    “Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
  • Bu gün, 09:58
    İlk dəfə insanda aşkarlanan virus ölümə səbəb oldu
  • Bu gün, 09:52
    Çay ürəyin dərmanı imiş - Bir şərtlə...
  • Bu gün, 09:47
    Ukraynanın “Starlink” bağlantısı bərpa edildi
  • Dünən, 10:40
    Xaricə gedənlərin sayı azalıb
  • Dünən, 10:31
    “Trabzonspor” “Harts”a, “Ayaks” “Atalanta”ya qarşı
  • Dünən, 10:25
    İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
  • Dünən, 10:19
    Səudiyyə Ərəbistanında hava limanına hücum - Ölən və yaralananlar var
  • Dünən, 10:13
    “ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
  • Dünən, 10:08
    Geri dönüşünü belə elan etdi - Foto
  • Dünən, 10:04
    Bu qidalar insult və unutqanlıq yaradır
  • Dünən, 09:55
    “Sülhə hər zamankından daha yaxınıq”
  • Dünən, 09:42
    Ərdoğanın zəngi Türkiyədəki anti-Azərbaycan kampaniyasını bitirəcək?
  • Dünən, 09:38
    Təyyarədə 40 santimetrlik ilan tapıldı - Uçuş ləğv edildi
  • 21-10-2026, 13:22
    Rövşən Məmmədov – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və insanlara qayğı prinsipləri ilə seçilən rəhbər
  • 21-10-2026, 11:55
    Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
  • 21-10-2026, 10:28
    Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
  • 21-10-2026, 10:24
    Bakıdakı görüşə 250-dən artıq iştirakçı gələcək - Heydər Məmmədov
  • 21-10-2026, 10:18
    Xəzər rayonunda müşavirə keçirildi - Fotolar
  • 21-10-2026, 10:14
    Buzovnada mənzildə yanğın
  • 21-10-2026, 10:09
    Ebola bu ölkəyə də sıçradı
  • 21-10-2026, 10:02
    “Zənginləşdirilmiş uranın bir qramı da ölkədən çıxarılmayacaq”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə