• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Növbəti qələbəmiz

gundem / ust / manset

26-04-2024, 21:38

Növbəti qələbəmiz
Məşhur Məmmədov

Milli Məclisin deputatı

Ölkəmiz daha bir beynəlxalq tədbirə hazırlaşır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən ilin dekabrın 11–də keçirilən plenar iclasında verilib. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdür. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb. Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir. Biz hazırlığın fəal mərhələsindəyik. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyətini anlayır. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi bugünkü uğurumuzda həlledici rol oynayıb.

COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir. Son dövrlər Azərbaycan bütün ərazisində suverenliyini bərpa etmək üçün nəhəng addımlar atdı. İşğaldan azad olan ərazilərdə innovativ texnologiyalar tətbiq edilir və yaşıl enerji zonaları yaradılır. Ağıllı şəhər və kəndlər qurulur, eyni zamanda COP29-a çox ciddi hazırlaşırıq. Qazaxın kəndləri geri qaytarıldı, Rusiya sülhməramlıları Azərbaycanı tərk edir. Yəni, inanılmaz hadisələr baş verdi. Biz iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyirik. Eyni zamanda, bu, bizim üçün hekayəmizi diqqətə çatdırmaq fürsətidir. Bizim dünyaya deyəcək sözümüz çoxdur. Biz həqiqəti söyləməliyik və hesab edirəm ki, ev sahibliyi etməyin üstünlüklərindən biri on minlərlə qonağın gəlməsi olacaqdır. Onların əksəriyyəti buraya ilk dəfə səfər edəcək. Onlar iki həftə və hətta daha az vaxtda vəziyyəti qiymətləndirmək imkanı əldə edəcəklər. Özlərini necə hiss edirlər, ölkəni necə görürlər və bizim planlarımızın nədən ibarət olduğunu öyrənəcəklər. COP29 sülh prosesinin nəticəsidir.

Prezident İlham Əliyevin 24 aprel 2024-cü ildə ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı vurğuladığı kimi, budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq biz gündəliyə bir neçə əlavə edə bilərik və belə məsələlərdən biri sülh olacaqdır. Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP-dan və ötən dekabrdan getmir. Burada aramızda etimadın yaranmasından söhbət gedir. Çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır. COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir. Ekoloji problemlər hər zaman ölkəmizin gündəmindədir. COP29-un keçirilməsi bizə həvalə edilməmişdən əvvəl biz ekoloji problemlərlə ciddi məşğul olurduq və iqlim dəyişikliyinin mənfi fəsadlarını azaltmağa çalışırdıq. Hər kəs xüsusilə yayda çimərliyə gedəndə dənizin hər il geri çəkildiyini görə bilər və bu, heç vaxt belə olmamışdır. Bir vaxtlar dəniz irəliyə gəlib geri çəkilirdi, lakin bu, bir proses idi. İndi isə dəniz yalnız geri çəkilir. Bu, ətraf mühit, eləcə də ticarət üçün ciddi problemdir. Biz gəmilər üçün daha çox kanal qazmalıyıq və əgər Xəzər dənizinin geri çəkilməsi olduğu kimi davam edərsə, biz nəinki təkcə ciddi ekoloji problemlə, kommunikasiya layihələri ilə də bağlı problemlər yaşayacağıq. Çünki hazırda icra edilməkdə olan vacib layihələrdən biri - Orta Dəhliz Xəzər dənizindən keçir. Beləliklə, burada bir çox məsələlər var. Biz burada ətraf mühitin mühafizəsi ilə bağlı çoxlu işlər görürük. Ətraf mühitin mühafizəsinə əhəmiyyət verilir. Azərbaycanda 1994-cü ildən bəri bütün neft əməliyyatları beynəlxalq ətraf mühit mühafizəsi standartlarına əsasən aparılır. Bizim əsas investorlarımız dünyanın aparıcı enerji şirkətləridir və sözsüz ki, hər kəs onların ətraf mühitə diqqət yetirdiyinin yaxşı bir nümunə olduğunu bilir. Bədxahlar, ölkəmizin uğuruna qısqanclıqla yanaşanlar başqa səbəb tapmır, neft hasil edən ölkənin COP-a sədrlik etməsini önə çəkirlər. Sanki bu, bizim günahımızdır. Ölkə rəhbərinin belələrinə mesajı budur ki, bizim neft ölkəsi olmağımız bizim günahımız deyil. Baxın görün, biz bu resurslardan necə istifadə edirik. Əvvəla baxın görün ki, biz bu resurslardan ölkənin inkişafı, yoxsulluğun azaldılması, sərvətin ədalətli paylanılması üçün necə istifadə edirik. Sonra baxın görün ki, biz ondan infrastruktur, yaşıl enerji üçün necə istifadə edirik. Bu gün biz sabit neft və artan qaz hasilatına malikik, eyni zamanda, yaşıl enerji layihələrini inkişaf etdiririk. COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında razılaşmanın, ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır. Baza prinsipləri ilə bağlı razılığa gəlmək və sonra məzmunun təfərrüatlarına daha çox vaxt ayırmaq da bir variantdır. Lakin hətta layihə hazır olsa da, düşünürəm ki, bunun üçün hər iki tərəf gərgin işləməli və ola bilsin görüşləri bir gün deyil, bir neçə gün keçirməlidir.

Sonda bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.

Oxunub: 126
Paylaş:
Digər xəbərlər

dunya / manset

10-12-2023, 18:54

Papa Fransisk Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

siyaset / manset

19-03-2024, 12:23

Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir

gundem / siyaset / dunya / ust / manset

10-12-2023, 14:31

Prezident: “COP29-la bağlı Azərbaycanın namizədliyinin dəstəklənməsi dostluğumuzun nümunəsidir”

gundem / ust / manset

6-04-2024, 11:16

Azərbaycanla Qırğız Respublikası arasında COP29-a hazırlıq müzakirə edilib

gundem / siyaset / ust / manset

11-01-2024, 21:15

Ceyhun Bayramov UNICEF-in regional direktorunu COP29-a hazırlıq barədə məlumatlandırıb

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 15:41
    Peskovdan Azərbaycan-Rusiya münasibətləri haqda - Açıqlama
  • Dünən, 15:38
    Bakıda dərzi iş yerində öldü
  • Dünən, 15:16
    “Elektroenergetika haqqında” Qanuna dəyişiklik edildi
  • Dünən, 15:13
    İrsi transmissiyaya dair qanunvericilik təkmilləşdirilib
  • Dünən, 15:10
    İbrahim Kalın sabah Bağdada gedəcək
  • Dünən, 15:07
    Səfərlərinizi yeni onlayn xidmətlə daha rahat planlaşdırın
  • Dünən, 14:57
    Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası - Adəm İsmayıl BAKUVİ
  • Dünən, 14:48
    Füzuli Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə “troll”arından istifadə edir? FAKT/FOTO
  • Dünən, 12:59
    Ləman balanın ad gününü təbrik edirik!
  • Dünən, 12:55
    Soltanağa Cəfərov – Ziyalılığın, Təvazökarlığın və Fədakarlığın 75 İllik Yolçuluğu
  • Dünən, 12:54
    Qobustanda 24 yaşlı gəlinini öldürməkdə şübhəli bilinən şəxs MÜƏLLİM İMİŞ - ŞOK TƏFƏRRÜAT
  • Dünən, 12:44
    Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar
  • Dünən, 12:41
    Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
  • Dünən, 12:36
    CHP sədri Özgür Özel barəsində araşdırma başladıldı, istintaq aparılır
  • Dünən, 12:34
    Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı
  • Dünən, 12:32
    Bakı Limanına yeni baş direktor TƏYİN EDİLDİ
  • Dünən, 12:13
    İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
  • 6-07-2025, 23:24
    Şəhid Milli Qəhrəmanın ailəsinə qarşı ədalətsizlik iddiası: Füzuli RİH və “Azərşəkər” MMC nümayəndəsi torpaq sahəsini necə mənimsəyib?
  • 6-07-2025, 11:42
    Azərbaycanlı bəstəkar vəfat etdi
  • 6-07-2025, 11:40
    ABŞ-də seldə ölənlərin sayı artdı
  • 6-07-2025, 11:35
    Rusiyada An-2 təyyarəsi sərt eniş etdi - 10 nəfər xəsarət aldı
  • 6-07-2025, 11:30
    Bu gün onların imtahanıdır
  • 6-07-2025, 11:27
    Daşkəsəndə bıçaqlanan gənc öldü - Yenilənib
  • 6-07-2025, 11:24
    Zaqataladakı qəzada yaralanan qadın da öldü - Yenilənib
  • 6-07-2025, 11:20
    İmad Faraj rəsmən “Neftçi”də
  • 6-07-2025, 11:17
    Antalya bələdiyyəsinin sədri həbs olundu
  • 6-07-2025, 11:14
    “Ermənistana yeni konstitusiya lazımdır” - Paşinyan
  • 6-07-2025, 11:11
    14 ildən sonra münasibətləri bərpa etdilər
  • 5-07-2025, 11:03
    Şahbaz Şərif: Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik
  • 5-07-2025, 10:59
    Bu gün Aşuradır
  • 5-07-2025, 10:56
    Türkiyə prezidenti Xankəndinin inkişafını yüksək qiymətləndirdi
  • 5-07-2025, 10:53
    Britaniyada COVID-19-un yeni ştamı yayılıb
  • 5-07-2025, 10:51
    Azərbaycandan qayıdan Pezeşkiandan diqqətçəkən AÇIQLAMA
  • 5-07-2025, 10:49
    Şərqin və Qərbin körpüsü: Azərbaycanın diplomatik tarazlıq strategiyası və sülhə baxış
  • 5-07-2025, 10:46
    Azərbaycan nefti cüzi ucuzlaşıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə