• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

"Yeni Tərtər"ə bağlı qəzetçi ömrü

gundem / manset

3-05-2024, 20:45

"Yeni Tərtər"ə bağlı qəzetçi ömrü
Qəzet qədim kütləvi informasiya vasitəsi olmaqla yanaşı, həm də etibarlı və dəqiq məlumat mənbəyidir, çünki hərtərəfli araşdırma tələb edir, hər fikrin arxasında böyük məsuliyyət dayanır, bir sözlə xalqın mənəvi inkişafının hərəkətverici qüvvəsi hesab olunur. Bu mənada dövlət və dövlətçilik dəyərlərinin artması, milli şüurun oyanışı və formalaşması, habelə özünüdərk məsələlərində milli mətbuatın, qəzetçiliyin rolu danılmazdır. Deyərdim ki, üzü mətbuatımızın təməl daşı olan Əkinçidən bu yana işıq üzü görmüş və indiki dövrə qədər fəaliyyət göstərən qəzetlər məktəb rolundadır. Bu qəzetlərdən biri də ötən əsrin üçüncü onilliyinin ortalarında işıq üzü görən, kəşməkeşli mübarizələr yolu keçən və 90 yaşını tamamlayan "Yeni Tərtər" qəzetidir.

Bir əsrə yaxın tarixi özündə təcəlli etdirən qocaman qəzet fəaliyyətinin ilk günündən əyalət və xalq kütləsinin xitabət kürsüsünə çevrilərək öz səhifələrində kəndlilərin - sadə insanların, elm və mədəniyyət işçilərinin - ziyalıların üzünə həmişə açıq olmuşdur. Redaksiya kollektivi oxucu məsləhətini, istək və təkliflərini hər zaman qiymətləndirmiş, dərc olunan materialların aktuallığını, mənəvi dəyərlərə sadiqliyini, xalq dilinə yaxınlığını əsas meyar kimi üstün tutmuşdur. Çünki qəzet redaksiyasında hər zaman işinə sevgi və məsuliyyətlə yanaşan işçilər olmuşdur.
"Yeni Tərtər"ə bağlı qəzetçi ömrü
Hesab edirəm ki, ömür yolunu, taleyini sevib-seçdiyi jurnalist ixtisasına, qəzetçilik fəaliyyətinə bağlayan, biliyini, yaradıcılığını bu sahəyə sərf və həsr edən, milli mətbuata, onun tarixi irsinə sadiq qalan ən gözəl nümunə kimi Svetlana Bağırovanın ismini çəkmək yetərlidir. Mübaliğəsiz demək olar ki, "Yeni Tərtər" qəzetinin Azərbaycan mətbuatında kəsb etdiyi önəm qədər Svetlana xanım da qəzetin tarixində və taleyində mənəvi sütun kimi bir o qədər əhəmiyyətli və vacib isimlərdəndir.

Svetlana Bağırova uzun illərdi ki, çalışdığı və rəhbərlik etdiyi qəzetdə daim dövlətə, xalqa sədaqətlə xidmət etmiş, qələmini süngüyə çevirərək canla-başla Vətən naminə fədakarcasına fəaliyyətdədir.

Tarixi həqiqət naminə qeyd etmək lazımdır ki, ölkəmizə zəfər və qələbə bəxş edən Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin əsasında Azərbaycan dövlətinin maraqları, Azərbaycan xalqı və ərazi bütövlüyü dayanır. Və əlbəttə ki, qələbənin əsas iki açarı: əlində silah və qələm tutan Vətən övladları oldu. Bismarkın sözləri ilə desək, ordu mümkün olanı əldə etmək sənətkarlığının dünyaya göstərdi. Həmçinin, dünya gördü ki, müahirəbələri tək silah gücü ilə deyil, həm də birlik - Dəmir Yumruq gücüylə də həll etmək olur. Sözsüz ki, bu mübarizədə uzun illər işğalçı erməni ordusu qarşısında topların mərmisindən, ölümsaçan raket atəşləri altında doğma şəhərini tərk etmədən yurddaşları ilə birgə bütün məşəqqətlərə dözərək yaşayıb-yaradan qəhrəman şəhərin "Yeni Tərtər" qəzeti kollektivinin də müstəsna əməyi, payı vardır.
"Yeni Tərtər"ə bağlı qəzetçi ömrü
Yazını yekunlaşdırarkən, bəndənizə həmkarım Hikmət İslamoğlu zəng etdi. "Yeni Tərtər" qəzetinin 90 illiyi münasibətilə bütün yaradıcı və texniki heyəti və onun baş redaktoru əzizimiz Svetlana Xanımı təbrik edənlər sırasında ilk olaraq Ədliyyə Müşaviri Firdovsi Həmzə oğlu Sadıqovun olduğunu bildirdi. Fikrimcə, hünər, igidlik, şücaət yolunu seçənlərin dəyərini, qiymətini, canını Vətən yolunda fəda edən kişinin övladı olanlar duya bilər... Yeri gəlmişkən qeyd edək ki, Firdovsi müəllimin atası mərhum Həmzə Sadıqov ikinci dünya müharibəsi illərində peşəsinə sadiq əsgər kimi ölümə məhkum olmuş yəhudi övladlarını həyatı bahasına xilas etməsi də millətimizin qəhrəmalıq tarixinin şanlı səhifəsinə həkk olaraq qalacaqdır. Çünki şücaət, mərdanəlik azərbaycanlı canında, qanındadır. Cənab Prezident İlham Əliyevin dediyi kimi: "Şuşa qalasını igid əsgər və zabitlərimizin əllərində süngü, bıçaqla sıldırım qayalara dırmaşaraq, dünya hərb tarixinə qəhrəmanlıq nümunəsi göstərdilər". Görünən odur ki, öncə “Fədai” cəmiyyəti, sonra “Difai” partiyası yaradaraq ermənilərin xalqımıza qarşı törətdikləri kütləvi terror və qırğınlara bir
əlində qələm, bir əlində silah tutaraq öz bəy nəslinin, xalqının dəyərlərinə sadiq qalaraq Azərbaycanın şərəfini qoruyan Əhməd bəy Ağaoğlu torunları bu gün də var, yarın da.

Sonda bir daha elin-obanın hörmətli ziyalısı və vətənpərvər xanımı Bağırova Svetlana Bilal qızını uzun illərdi ki, baş redaktoru olduğu "Yeni Tərtər" qəzetinin 90 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, mətbuat və xalq naminə fədakar əməyində uğurlar arzulayırıq...

Əsgər İsmayılov, BDU Jurnalistika fakültəsinin tələbəsi

Oxunub: 234
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • 18-10-2026, 10:38
    Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Memorandum imzalanıb
  • Bu gün, 13:27
    XİN-dən Qazaxıstan paylaşımı
  • Bu gün, 13:19
    Prezidentin futbolçularla görüşündə maraqlı anlar
  • Bu gün, 13:11
    Bolqarıstanda prezident seçkiləri keçirilir
  • Bu gün, 12:59
    FHN silsilə maarifləndirmə tədbirləri keçirib
  • Bu gün, 12:54
    Rövşən Nəcəf 7 nömrəli forma ilə millimizə dəstək olmağa gəldi
  • Bu gün, 12:48
    İnfantino İlham Əliyevə təşəkkür etdi
  • Dünən, 17:38
    Qubadlıda dirçəliş: Böyük Qayıdışın yeni mərhələsi
  • Dünən, 12:34
    XİN-dən BMT Günü ilə bağlı paylaşım
  • Dünən, 12:30
    “İran xaricdəki amerikalı diplomatlara sui-qəsd hazırlayır” - KİV
  • Dünən, 12:20
    “Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı
  • Dünən, 12:16
    Sürücülərin nəzərinə!
  • Dünən, 11:22
    Bakıda FIFA DÇ həyəcanı başlayır
  • Dünən, 11:14
    “Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
  • Dünən, 11:04
    DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
  • 23-10-2026, 20:15
    “Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
  • 23-10-2026, 19:41
    AŞQABADDA BMT GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XÜSUSİ STENDLƏ TƏMSİL OLUNUB
  • 23-10-2026, 16:03
    “Səyyar Gənclər Xidməti” Zərdab gənclərinə yeni imkanlar qazandırıb
  • 23-10-2026, 12:43
    “Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı” mövzusunda tədbir keçirilib
  • 23-10-2026, 12:32
    Elmira Yaqubova – təhsilin inkişafına, şagirdlərin gələcəyinə xidmət edən rəhbər
  • 23-10-2026, 12:24
    Qubadlıya öz sahibləri qayıdıb
  • 23-10-2026, 10:35
    Salyanda kişini cərəyan vurub öldürdü
  • 23-10-2026, 10:30
    “Azea Group” MMC-nin rəhbəri ev dustaqlığına buraxıldı
  • 23-10-2026, 10:25
    “Araz-Naxçıvan” “Qəbələ”yə, “Sumqayıt” “Zirə”yə qarşı
  • 23-10-2026, 10:20
    Tibetdəki güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
  • 23-10-2026, 10:15
    Gələn ilin büdcə layihəsi MM-ə daxil oldu
  • 23-10-2026, 10:10
    Avropanı “siyasi şizofreniya”da ittiham etdi
  • 23-10-2026, 10:05
    “Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
  • 23-10-2026, 09:58
    İlk dəfə insanda aşkarlanan virus ölümə səbəb oldu
  • 23-10-2026, 09:52
    Çay ürəyin dərmanı imiş - Bir şərtlə...
  • 23-10-2026, 09:47
    Ukraynanın “Starlink” bağlantısı bərpa edildi
  • 22-10-2026, 10:40
    Xaricə gedənlərin sayı azalıb
  • 22-10-2026, 10:31
    “Trabzonspor” “Harts”a, “Ayaks” “Atalanta”ya qarşı
  • 22-10-2026, 10:25
    İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
  • 22-10-2026, 10:19
    Səudiyyə Ərəbistanında hava limanına hücum - Ölən və yaralananlar var
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə