• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Gələcək əməkdaşlıq üçün perspektivlər

gundem / ust / manset

10-05-2024, 19:12

Gələcək əməkdaşlıq üçün perspektivlər
Məşhur Məmmədov
Milli Məclisin deputatı

Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulub. İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. 18 mart 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasına işgüzar səfər edib.

Azərbaycan Respublikasının Milli Məclisində 13 dekabr 2005-ci ildən etibarən Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar. Müstəqil siyasət aparan iki ölkə - Slovakiya-Azərbaycan arasında əlaqələr siyasi və iqtisadi cəhətdən yüksək səviyyədədir.

Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır.

Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ola bilsin ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır.

Cari ilin 7 may tarixində Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri zamanı bir çox sahələr üzrə aparılacaq işlərlə bağlı da önəmli razılıq əldə olunub.

7 may tarixini Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün adlandırsaq, yanılmarıq. Artıq Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır. Səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı. Bu, çox ciddi siyasi sənəddir və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir.

İmzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir.

Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə imzalanmış “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” Azərbaycan-Slovakiya münasibətlərini daha da şaxələndirəcək.

www.AzadMedia.az

Oxunub: 153
Paylaş:
Digər xəbərlər

gundem / manset

7-05-2024, 12:55

Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalanıb

gundem / siyaset / manset

8-05-2024, 12:31

Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

ULUSƏS TV
Son xəbərlər
  • 18-10-2026, 10:38
    Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Memorandum imzalanıb
  • Dünən, 10:40
    Xaricə gedənlərin sayı azalıb
  • Dünən, 10:31
    “Trabzonspor” “Harts”a, “Ayaks” “Atalanta”ya qarşı
  • Dünən, 10:25
    İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
  • Dünən, 10:19
    Səudiyyə Ərəbistanında hava limanına hücum - Ölən və yaralananlar var
  • Dünən, 10:13
    “ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
  • Dünən, 10:08
    Geri dönüşünü belə elan etdi - Foto
  • Dünən, 10:04
    Bu qidalar insult və unutqanlıq yaradır
  • Dünən, 09:55
    “Sülhə hər zamankından daha yaxınıq”
  • Dünən, 09:42
    Ərdoğanın zəngi Türkiyədəki anti-Azərbaycan kampaniyasını bitirəcək?
  • Dünən, 09:38
    Təyyarədə 40 santimetrlik ilan tapıldı - Uçuş ləğv edildi
  • 21-10-2026, 13:22
    Rövşən Məmmədov – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və insanlara qayğı prinsipləri ilə seçilən rəhbər
  • 21-10-2026, 11:55
    Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
  • 21-10-2026, 10:28
    Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
  • 21-10-2026, 10:24
    Bakıdakı görüşə 250-dən artıq iştirakçı gələcək - Heydər Məmmədov
  • 21-10-2026, 10:18
    Xəzər rayonunda müşavirə keçirildi - Fotolar
  • 21-10-2026, 10:14
    Buzovnada mənzildə yanğın
  • 21-10-2026, 10:09
    Ebola bu ölkəyə də sıçradı
  • 21-10-2026, 10:02
    “Zənginləşdirilmiş uranın bir qramı da ölkədən çıxarılmayacaq”
  • 21-10-2026, 09:58
    Fransada 12 şəhərdə komendant saatı uzadıldı
  • 21-10-2026, 09:53
    Tramp administrasiyası 300 mindən çox vizanı ləğv edib
  • 21-10-2026, 09:48
    Yaşıl ulduz kəşf edildi
  • 21-10-2026, 09:45
    Trampdan Avropaya - Sərt xəbərdarlıq
  • 20-10-2026, 10:47
    “Kupça”sız evə bu yolla sənəd almaq olar
  • 20-10-2026, 10:42
    “Fənərbaxça” “Slaviya”ya qarşı
  • 20-10-2026, 10:35
    Fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edildi
  • 20-10-2026, 10:31
    İsrailə gizli səfər etdi
  • 20-10-2026, 10:27
    Kolumbiyada hərbi helikopter qəzaya uğradı - 19 yaralı
  • 20-10-2026, 10:22
    Yaddaşı gücləndirməyin ən asan yolu tapıldı
  • 20-10-2026, 10:10
    “Sabah”ın “Borussiya Dortmund” sınağı - ÇL
  • 20-10-2026, 10:04
    “Zelenski nə dediyini bilmir, danışıqları başqası aparmalıdır”
  • 20-10-2026, 09:59
    Məşhurlara həmin reklamları qadağan edirlər
  • 20-10-2026, 09:55
    Hər uşağa “SpaceX”dən səhm verəcək
  • 19-10-2026, 21:15
    İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
  • 19-10-2026, 11:11
    AQEM Zirvəsi: Azərbaycanın qətiyyətli mövqeyi və yeni geosiyasi reallıqlar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə