• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ölkəmizin növbəti diplomatik qələbəsidir

gundem / siyaset / manset

27-05-2024, 10:45

Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ölkəmizin növbəti diplomatik qələbəsidir
Mayın 24-də Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri 32 illik işğaldan sonra Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Rəsmi Bakı və İrəvan arasında aparılan delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla da 6,5 kvadratkilometr ərazinin Azərbaycana qaytarılması təmin olunub. Kəndlərimizə nəzarətin təmin edilməsi ilə bağlı Prezident, Ali Baş Komandan İlham Əliyevə DSX-nın general-mayoru, Vətən Müharibəsi Qəhrəmanı Vüsal Sultanov məruzə edib.
Qazaxın 4 kəndində dövlət suverenliyinin bərpa edilməsi dövlət başçısının müdrik siyasətinin və Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Şanlı Zəfərin nəticəsidir. İkinci Qarabağ müharibəsi, 2022-ci ilin sentyabr döyüşləri, Qisas əməliyyatları və 2023-cü ilin sentyabr ayında Xankəndi və ətraf ərazilərin azad edilməsi Azərbaycana qalib ölkə imici qazandırdı. Məhz bu amil danışıqlar prosesində rəsmi Bakının diktə edən tərəfə çevrilməsində başlıca rol oynayıb. Xatırladaq ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası məsələləri və Sərhəd Təhlükəsizliyi üzrə Komissiyanın səkkizinci görüşünün protokolu imzalanıb. Protokolun həyata keçirilməsi üçün sərhəd xəttinin koordinatları üzrə dəqiqləşdirmə aparılıb və birgə çöl işlərinin nəticələri haqqında texniki protokol tərtib edilib. Mayın 15-də isə Azərbaycan və Ermənistan arasında sərhəddə komissiyaların növbəti doqquzuncu görüşü keçirilib. Sözügedən texniki protokol razılaşdırılıb və bu barədə komissiyalar müvafiq protokol imzalayıblar.Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ölkəmizin növbəti diplomatik qələbəsidir
Kəndlərin nəzarətə keçməsindən sonra burada yaxın gələcəkdə sərhəd infrastrukturunun yaradılması nəzərdə tutulur. Bunun üçün Azərbaycanın mövcud olan əvvəlki sərhəd xətti yeni mövqelərə daşınacaq. Həmin ərazilərdə zəruri olan sərhəd qüllələri və sərhəd maneə xətti yerləşdiriləcək. Bu ərazilərdə mövcud olan hakim yüksəkliklər Dövlət Sərhəd Xidmətinin tamamilə nəzarətində olacaq ki, bu da gələcəkdə Ermənistan ordusunun fəaliyyətini müşahidə etməyə və onlara qarşı adekvat tədbirlər görməyə imkan verəcək. İstənilən halda Ermənistanın bir güllə atılmadan Azərbaycan ərazilərini geri qaytarması ondan xəbər verir ki, İrəvanın ali siyasi rəhbərliyi Ali Baş Komandanımızın yanvarın 10-da səsləndirdiyi və bu dörd kəndin Azərbaycana qeyd-şərtsiz qaytarılması barədə bəyanatını kifayət qədər ciddi qəbul edir və bu addım gələcəkdə Azərbaycan və Ermənistan arasındakı etimadın möhkəmlənməsi və sülh sazişinin imzalanması üçün münbit şərait yarada bilər.
Bir zamanlar 7902 soydaşımızın ata-baba yurdu olan, Qazaxın yeddi kəndi Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal edilib. Maraqlısı olan odur ki, vaxtilə 2005 ailənin yaşadığı bu kəndlər keçmiş münaqişə zonasından yüzlərlə kilometr uzaqlıqda yerləşir.
İşğal tarixinə nəzər salsaq görərik ki, Qazaxın Bağanis Ayrım kəndi 1990-cı il mart ayının 24-də Ermənistan ordusunun nəzarətinə keçib. İşğal zamanı, yəni 1990-cı ilin martında ən dəhşətli hadisələr Bağanis Ayrım kəndində baş verib. Ermənilər kənddəki bir ailənin körpəsindən qocasına qədər beş üzvünü diri-diri yandırıb. Kəndin altı yüzdən çox sakini yaşayış məntəqəsindən didərgin düşüb. 1992-ci ilin müxtəlif aylarında Xeyrimli, Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Qızılhacılı və Aşağı Əskipara kəndləri işğal edilib. Barxudarlı və Sofuludakı 230 evin hamısı talan edilərək yandırılıb.
Azərbaycan nəzarətinə keçən Qızılhaclı kəndi Qazaxın ən böyük kəndidir və bu vaxtilə Azərbaycanın meşə fondunun incilərindən hesab edilib. İşğal müddətində ermənilər buradakı ağacları qıraraq təbiəti də məhv ediblər. 90-cı illərdə işğal zamanı Ermənistan tərəfi strateji yüksəkliklərdə mövqe tutub. Həmin mövqelərdən Qazaxın yaşayış olan digər kəndləri atəşə tutulub.
Amma həmin günlər geridə qalıb. Bundan sonra bu ərazidə Azərbaycanın Silahlı Qüvvələri xidmət edəcək. 30 ildən artıqdır ki, bu kəndlərdə heç bir iş görülməyib. Qazaxın dağıdılmış, viran qalmış kəndləri yenidən dirçəlmək üçün öz doğma sakinlərini gözləyir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ölkəmizin növbəti diplomatik qələbəsidir

Oxunub: 129
Paylaş:
Digər xəbərlər

siyaset / manset

25-05-2024, 18:55

Prezidentə Qazaxın kəndləri barədə məruzə edən Sultanov kimdir?

gundem / manset

27-05-2024, 10:35

Qazaxın azad kəndlərinin bir addımlığında...

gundem / siyaset / manset

20-04-2024, 10:36

Qazaxın dörd kəndinin qaytarılması Prezident İlham Əliyevin xalqa növbəti hədiyyəsidir - RƏY

gundem / ust / manset

8-08-2023, 12:31

Əliyevin Qazax səfəri: Yeddi kəndlə bağlı hərbi-strateji ölçülər - ŞƏRH

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 13:30
    Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
  • Bu gün, 10:57
    AZAL doqquz ayda 14,1 min reys həyata keçirib
  • Bu gün, 10:52
    Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar...
  • Bu gün, 10:48
    Moskvaya bu ilin ən böyük dron hücumlarından biri olub
  • Bu gün, 10:44
    Bir filmdən daha artıq - 5 ilə çəkilmiş “44” təqdim edildi - Fotolar
  • Bu gün, 10:38
    “Sabah” Bakıda ilk ÇL matçına çıxır
  • Bu gün, 10:34
    Ulduz yox, meteor yağacaq
  • Bu gün, 10:30
    Əfsanə 40 ildən sonra geri qayıdır - Tam elektrikli olacaq
  • Bu gün, 10:18
    Oktay Kaynarca “Milyoner”dən ayrıldı
  • Bu gün, 10:15
    104 yaşlı tısbağanı əməliyyat edəcəklər
  • Bu gün, 10:11
    Tramp üçün 276 milyonundan keçdi
  • Dünən, 20:40
    Milli dəyərlərə bağlılıq, dünyəvilik və ictimai həmrəylik - DEPUTAT
  • Dünən, 14:33
    Əhəd balanın 4 yaşı tamam olur – ailənizin sevincinə sevinc qatılsın!
  • Dünən, 11:38
    “Azərbaycan Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib”
  • Dünən, 11:30
    “Bu ailələr öz övladının gələcəyinə qara bir xətt çəkir”
  • 11-10-2026, 15:54
    Allahşükür Paşazadə niyə SUSUR?
  • 11-10-2026, 14:23
    “Bu məsələnin dini qarşıdurma müstəvisinə keçirilməsini pisləyirik”
  • 11-10-2026, 12:30
    Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
  • 11-10-2026, 12:04
    Naxçıvanda Gənclərin Süni İntellekt Forumu keçirilib
  • 11-10-2026, 11:59
    Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu
  • 11-10-2026, 11:53
    ABŞ-nin qırıcı təyyarəsi Omanda yük gəmisini vurdu
  • 11-10-2026, 11:10
    29 yaşlı şəxsin meyiti həyətindəki yarımtikilidə tapıldı
  • 10-10-2026, 11:50
    ZAHİD HƏBİBOĞLU — 55
  • 10-10-2026, 11:46
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı
  • 10-10-2026, 11:41
    Rəsmən boşandılar - 250 min avroluq aliment tələbi rədd edildi
  • 10-10-2026, 11:36
    Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
  • 10-10-2026, 11:32
    “Azeri Light” ucuzlaşdı
  • 10-10-2026, 11:29
    Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı
  • 10-10-2026, 11:22
    Pilləkəndən yıxılıb öldü
  • 10-10-2026, 11:18
    “O münaqişəni 2 günə həll etdim, Putin inana bilmirdi”
  • 10-10-2026, 11:14
    Daha 4 cüdoçumuz tatamiyə çıxır
  • 10-10-2026, 11:10
    “Mükafatı heç kimin tanımadığı bir adama verdilər”
  • 10-10-2026, 11:06
    Yollarda duman var - Sürücülərin nəzərinə!
  • 9-10-2026, 11:56
    Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
  • 9-10-2026, 10:21
    Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə