• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Azərbaycan bu gün Cənubi Qafqazda sülhün əsas qarantıdır” - Kamaləddin Qafarov

gundem / siyaset / manset

28-05-2024, 11:24

“Azərbaycan bu gün Cənubi Qafqazda sülhün əsas qarantıdır” - Kamaləddin Qafarov
“Ölkəmiz Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaranmasının 106-cı ildönümünü qeyd edir. 1918-ci il may ayının 28-də istiqlaliyyətini elan edən Cümhuriyyət şanlı dövlətçilik tariximizi müstəsna dərəcədə zənginləşdirmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, milli dövlətçiliyin bərpası, Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin başlanması düşmənlərin planlarını pozmuş oldu. May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi Konstitusiya aktı statusuna malik olan ilk hüquqi sənəd – İstiqlal Bəyannaməsində müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan olundu, onun hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirildi və dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapdı.”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri AXC-nin yaranmasının 106-cı ildönümü münasibətilə mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat xüsusi olaraq vurğulayıb ki, Cümhuriyyətin yaradıcılarına ən böyük dəyəri məhz Ümummilli Lider Heydər Əliyev vermişdir: “ Ulu Öndər keçən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan etmişdir. AXC-nin öz istiqlalını dünyaya yaydığı 28 May günü də ölkəmizdə Respublika günü kimi hər il təntənə ilə qeyd edilir. Dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarını, Cümhuriyyətin xidmətlərini hər zaman yüksək qiymətləndirmiş, Cümhuriyyət ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə daim böyük əhəmiyyət vermişdir. Xalq Cümhuriyyətinin yaranmasının 80 illiyi də məhz Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq 1998-ci ildə dövlət səviyyəsində geniş qeyd olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti özünün fəaliyyəti dövründə düzgün siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərmişdir. Məhz bunun nəticəsi olaraq, Xalq Cümhuriyyəti dünya birliyi tərəfindən tanınmış və Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra ölkəmizin bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını almışdı”.

K.Qafarovun fikrincə, təəssüf ki, ötən əsrin sonlarında öz müstəqilliyini ikinci dəfə bəyan edən Azərbaycan Respublikası da 1993-cü ildə AXC-nin faciəli taleyini yaşamağın bir addımlığında idi:

“Lakin bu dəfə xalqın təkidli tələbi ilə ölkənin hakimiyyət sükanı arxasına keçən Ulu Öndər Heydər Əliyevin xilaskar missiyası bu fəlakətin qarşısını aldı. Xalq Cümhuriyyətinin ənənələrinə sadiqlik nümayiş etdirən Ümummilli Lider Heydər Əliyev hələ 1990-cı ildə ilk dəfə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağını Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul etdi və bu, müstəqilliyə gedən yolda atılmış ilk önəmli addım oldu. Ulu Öndər Xalq Cümhuriyyəti dövründə təməli qoyulmuş müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, müstəqilliyimizi dönməz və əbədi etdi. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində Azərbaycan milli dövlətçiliyi yenidən süquta uğramaq təhlükəsindən xilas oldu. Bu gün isə Azərbaycanda Heydər Əliyev siyasi kursunu uğurla inkişaf etdirən Ölkə Prezidenti cənab İlham Əliyev son 21 ildə respublikamızın dünyada iqtisadi və maliyyə böhranlarının, bir çox təhlükələrin hökm sürməsinə baxmayaraq, sabit və təhlükəsiz şəraitdə sosial-iqtisadi inkişafını təmin etmiş, beynəlxalq mövqeylərinin getdikcə möhkəmlənməsinə nail olmuşdur. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti və müstəqil xarici siyasət kursunun nəticəsi olaraq, Azərbaycan bu gün Avropa Birliyinə üzv dövlətlər üçün ən arzuolunan strateji tərəfdaş ölkələrdən birinə çevrilib. 2003-cü ildən bu günədək əldə olunmuş böyük uğurların, möhtəşəm nailiyyətlərin pik nöqtəsi Azərbaycanın 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərimiz və keçən ilin sentyabr ayında ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası oldu. Bu gün Azərbaycan artıq sadəcə özünün deyil, eləcə də bütün Cənubi Qafqaz regionunun təhlükəsizliyinin qarantı kimi çıxış edir və bölgədə dayanıqlı sülhün təmin olunması üçün bütün zəruri addımları atır”.

Oxunub: 118
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

28-05-2024, 10:07

Müstəqilliyimiz əbədidir

gundem / siyaset / ust / manset

29-10-2023, 13:59

Mehriban Əliyeva Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə paylaşım edib

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:18
    Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
  • Bu gün, 10:10
    Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
  • Bu gün, 10:05
    Bu gün millimizin oyunu var
  • Bu gün, 09:59
    Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
  • Bu gün, 09:56
    Trampla Netanyahu telefonda dalaşıb?
  • Bu gün, 09:53
    Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?
  • Bu gün, 09:47
    NASA iş elanı verdi - Maaş 164 mindir
  • Bu gün, 09:43
    “Hərbi güc tətbiq etməkdən çəkinməzdim”
  • Bu gün, 09:40
    “İndiyəqədərki ən böyük əsir mübadiləsi baş tutacaq”
  • Bu gün, 09:36
    “Vəzifədən getməzdən əvvəl məsələni həll etmək istəyirəm”
  • Dünən, 18:56
    Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
  • Dünən, 15:30
    JURNALİST İBRAHİM İSGƏNDƏROV YOL QƏZASINDA XƏSARƏT ALAN GƏNC XANIMA İLKİN YARDIM GÖSTƏRƏRƏK ONUN HƏYATININ XİLASEDİLMƏSİNƏ DƏSTƏK OLUB
  • Dünən, 13:24
    Milli dövlətçilik ənənələri və konstitusion inkişaf - DEPUTAT
  • Dünən, 10:41
    Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım
  • Dünən, 10:30
    General Natiq Əliyevin qızı saxlanıldı
  • Dünən, 10:18
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • Dünən, 10:14
    “Bakıdakı bu kilsənin qapıları taybatay açılmalıdır”
  • Dünən, 10:09
    Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto
  • Dünən, 10:02
    Kanadada məhkəmə ana və qızına hücum edən 4 ayının ölümünə qərar verdi
  • Dünən, 09:55
    İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
  • Dünən, 09:45
    Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb
  • Dünən, 09:39
    Argentina ordusunu “terror təşkilatı” elan etdilər
  • Dünən, 09:36
    İsrail ordusuna İrana qarşı hazırlıq tapşırığı verildi
  • 11-11-2026, 14:01
    GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
  • 11-11-2026, 10:42
    ADY yükdaşımalar üzrə ən yüksək göstəricilər əldə edib
  • 11-11-2026, 10:35
    “Azeri Light” ucuzlaşdı
  • 11-11-2026, 10:28
    650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
  • 11-11-2026, 10:22
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • 11-11-2026, 10:18
    Pezeşkian Türkiyəyə gedir
  • 11-11-2026, 10:13
    Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
  • 11-11-2026, 10:07
    Qax sakinini Masazırda maşın vurub öldürdü
  • 11-11-2026, 10:01
    “Sabah” basketbol klubu “Trabzonspor”u məğlub etdi
  • 11-11-2026, 09:57
    Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
  • 11-11-2026, 09:48
    Adanada bir gündə ikinci zəlzələ
  • 10-11-2026, 21:07
    Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə