• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi

gundem / ust / manset

11-06-2024, 15:49

Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi
Bu gün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bütün dünya ölkələri arasında mövcud olan tərəfdaşlıq əlaqələrinə nümunə təşkil edir. Hazırda dünyada bu cür münasibətlərə malik olan iki dövlət tapmaq mümkün deyildir. Hətta, eyni təşkilat, yaxud ideologiya ətrafında birləşmiş dövlətlər arasında belə qardaşlıq münasibətləri yoxdur. Bu mənada, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri xüsusi önəm və əhəmiyyət daşıyır. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. 2021-ci il 15 iyun tarixində keçirilən Şuşa görüşü isə bu münasibətlərin mühüm tarixi mərhələsidir.
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksəksəviyyəli strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin daim möhkəmlənməkdədir. Azərbaycan–Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyi kimi, «Bir millət, iki dövlət» tezisinə əsaslanır. Eyni soy-kökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır.
Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Bu mənada, Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə qardaşım deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. Bütün dünya bu qardaşlığı 44 günlük Vətən müharibəsi zamanı da müşahidə etmişdi. Məhz, həmin dövrdə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Məhz, əldə olunmuş zəfərin siyasi zirvəsi olan Şuşa görüşü də dünyaya 44 günlük müharibə dönəmində olduğu kimi mühüm mesajdır.
Qardaş ölkənin Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşada olması, Prezident İlham Əliyevlə görüşü, Şuşa Bəyannaməsinin imzalanması və mətbuata bəyanatların verilməsi, eyni zamanda, “Xan qızı” bulağını ziyarət, Cıdır düzündə tədbirlərin təşkili bir daha iki qardaş ölkənin uğurunun sevincinin paylaşdığını göstərir.
2021-ci il iyunun 15-də Şuşada imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının zəfərinin zirvəsi oldu. Heç şübhəsiz, Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyəti var. Bu sənədin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyur. Bu tarixi Bəyannamə hərbi, siyasi, mədəni, iqtisadi baxımdan iki qardaş ölkənin bir-birinin yanında olması deməkdir. Eyni zamanda sənədin ən mühüm müddəalarından biri də tam şəkildə təhlükəsizliklə bağlı olan bənddir. Belə ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə iki dövlətin birgə fəaliyyəti nəzərdə tutulur.
Şuşa bəyannaməsi ilə Azərbaycan dünyanın 17-ci ən böyük iqtisadiyyatına sahib olan Türkiyə ilə əməkdaşlıqdan daha çox faydalanacaq. Türk iqtisadiyyatının artım sürəti getdikcə onunla daha çox inteqrasiya olunan Azərbaycanda da iqtisadi artıma stimul olmuşdur.
Şuşa Bəyannaməsi Azərbaycanda biznesin uzunmüddətli gözləntiləri üçün zəmin yaratdı. Bəyannamənin Şuşada imzalanması Qarabağda investisiya mühitinə əlavə bir qarant kimi qiymətləndirilməlidir. Şuşa bəyannaməsi Qarabağda investor inamı indeksini yüksəldir. İqtisadi əlaqələrin genişləndirilməsi ölkələr arasında investisiya qoyuluşlarını da artıracaq.
Şuşa Bəyannaməsinin daha bir əhəmiyyəti onun ölkəmizin siyasi partiyaları və ictimai birlikləri tərəfindən dəstəklənməsidir. Təsadüfi deyildir ki, Bəyannamə imzalandıqdan sonra ölkədə fəaliyyət göstərən 48 siyasi partiya siyasi həmrəylik nümunəsi göstərərək birgə bəyanatla çıxış etmiş və bu sənədin dəstəklədiklərini bəyan etmişlər.
Həmçinin 2022-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda dövlət rəsmiləri ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın siyasi partiyanın rəhbərləri də iştirak ediblər. Tədbir çərçivəsində Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub. Bu konfrans da iki qardaş ölkə arasında bütün sahələr üzrə əlaqələrin daha da genişlənməsinə bir töhfə olmuşdur.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi

Oxunub: 125
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 10:18
    Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
  • Dünən, 10:10
    Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
  • Dünən, 10:05
    Bu gün millimizin oyunu var
  • Dünən, 09:59
    Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
  • Dünən, 09:56
    Trampla Netanyahu telefonda dalaşıb?
  • Dünən, 09:53
    Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?
  • Dünən, 09:47
    NASA iş elanı verdi - Maaş 164 mindir
  • Dünən, 09:43
    “Hərbi güc tətbiq etməkdən çəkinməzdim”
  • Dünən, 09:40
    “İndiyəqədərki ən böyük əsir mübadiləsi baş tutacaq”
  • Dünən, 09:36
    “Vəzifədən getməzdən əvvəl məsələni həll etmək istəyirəm”
  • 12-11-2026, 18:56
    Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
  • 12-11-2026, 15:30
    JURNALİST İBRAHİM İSGƏNDƏROV YOL QƏZASINDA XƏSARƏT ALAN GƏNC XANIMA İLKİN YARDIM GÖSTƏRƏRƏK ONUN HƏYATININ XİLASEDİLMƏSİNƏ DƏSTƏK OLUB
  • 12-11-2026, 13:24
    Milli dövlətçilik ənənələri və konstitusion inkişaf - DEPUTAT
  • 12-11-2026, 10:41
    Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım
  • 12-11-2026, 10:30
    General Natiq Əliyevin qızı saxlanıldı
  • 12-11-2026, 10:18
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • 12-11-2026, 10:14
    “Bakıdakı bu kilsənin qapıları taybatay açılmalıdır”
  • 12-11-2026, 10:09
    Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto
  • 12-11-2026, 10:02
    Kanadada məhkəmə ana və qızına hücum edən 4 ayının ölümünə qərar verdi
  • 12-11-2026, 09:55
    İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
  • 12-11-2026, 09:45
    Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb
  • 12-11-2026, 09:39
    Argentina ordusunu “terror təşkilatı” elan etdilər
  • 12-11-2026, 09:36
    İsrail ordusuna İrana qarşı hazırlıq tapşırığı verildi
  • 11-11-2026, 14:01
    GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
  • 11-11-2026, 10:42
    ADY yükdaşımalar üzrə ən yüksək göstəricilər əldə edib
  • 11-11-2026, 10:35
    “Azeri Light” ucuzlaşdı
  • 11-11-2026, 10:28
    650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
  • 11-11-2026, 10:22
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • 11-11-2026, 10:18
    Pezeşkian Türkiyəyə gedir
  • 11-11-2026, 10:13
    Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
  • 11-11-2026, 10:07
    Qax sakinini Masazırda maşın vurub öldürdü
  • 11-11-2026, 10:01
    “Sabah” basketbol klubu “Trabzonspor”u məğlub etdi
  • 11-11-2026, 09:57
    Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
  • 11-11-2026, 09:48
    Adanada bir gündə ikinci zəlzələ
  • 10-11-2026, 21:07
    Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə