• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib

gundem / manset

17-06-2024, 12:42

QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
“Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyi müqəddəs Qurban bayramı münasibətilə “İlahiibadət”adlı tədbir keçirib.
Tədbir “Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyin təşkilatçılığı və iş adamı Rafiq Atakişiyevin dəstəyi ilə həyata keçirilib.
Tədbirdə iş adamları, şəhid ailələri, qazilər, birliyin üzvləri və media nümayəndələri iştirak ediblər. Məqsəd Qurban ibadətinin neçə-neçə məna və faydasını dərk edərək birlik və bərabərliyin hikmətini, bəndələrə dünya və axirətlə bağlı yaxşı əməllərə sahib olmağın faydalarını çatdırmaqdır.
Birlik sədri Yasəmən Qəyyumova öncə hər kəsi salamlayıb və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yasəmən xanım çıxış edərək, Qurban bayramının xüsusi özəlliklərindən danışıb. O, bildirib ki, Allah-Təala hər bir işi Hakim ismi-şərifinə uyğun, yəni hikmətlə icra edir. İnsanın ağıl və idrakı isə bunun bir qismini bəzən dərk edir, bəzən də dərk edə bilmir. İbadətin hikməti isə onun məqsədi, yaxud səbəbi deyildir. İbadətlərin əsl səbəbi Allahın əmr etməsidir. Məhz Allah əmr etdiyinə görə Ona ibadət edilir. Qurban kəsmək də bir ibadətdir. Nə qədər dünya və axirət, maddi və mənəvi, fərdi, ictimai hikmət və faydaları olsa da, bunlar üçün deyil, sırf Allahın əmri olduğuna görə yerinə yetirilir. Ona görə də hər şeydən əvvəl bu həqiqətə qəlbən etiqad etmək, inanmaq lazımdır.
Deməli, qurban insanların Allahın uca adını zikr etməsi, yer üzündə olan bütün heyvanların Onun mülkü olduğunu bilməsi və heyvanların sırf ilahi mərhəmət olaraq bəşəriyyətin istifadəsinə verilməsi şüuruna çatması üçün bir ibadət kimi əmr buyurulmuşdur. Qurban Allah yolunda fədakarlıq şüuru aşılayır.Allahın əmrlərinə boyun əymək və itaət etmək üçün bir işarə kifayət edirdi.
Qurban Allah-Təalanın həzrət İbrahimi çəkdiyi imtahanın davamıdır. Müsəlmanın Allaha qulluqda verdiyi imtahanlardan biridir. Quran bu hadisəni Allahın əmrlərinə təslimiyyət və itaətdə bir üfüq, bir qayə kimi insanlara təqdim edir. Həzrət İbrahimdə möhtəşəm bir təslimiyyət, iman və itaət vardır. İllərdir, övlad həsrəti ilə alışıb yanmışdı. Allah ona ahıl yaşlarında oğul verdi, sonra oğul böyüyüb yeniyetmə çağına çatanda yuxusunda oğlunu qurban kəsdiyini gördü. Bu yuxunun oğlunu qurban etmək üçün Rəbbindən bir işarə bildi. Halbuki yuxuda gördüyü sadəcə işarə idi, açıq-aşkar vəhy deyildi. Lakin həzrət İbrahimə Allahın əmrlərinə boyun əymək və itaət etmək üçün bir işarə kifayət edirdi.
Ata-oğul birlikdə Allah itaətin kamal zirvəsində əmri yerinə yetirməyə getmişdilər. Həzrət İbrahim oğlunu üzü üstə uzadıb kəsmək istəyəndə Allah-Təala onlara imtahandan alnıaçıq çıxdıqlarını bildirərək qurbanlıq qoç göndərmişdi. İmtahanın əsl üzü, itaətin gözəlliyi və təslimiyyətin böyüklüyü üçün bir məşəl kimi ucalan bu möhtəşəm hadisənin xatirəsi qurban adəti ilə davam edir. Qurban ibadəti İslam və möminlər üçün Allahın dini şüarlarından biri olaraq insanı Allaha yaxınlaşdırır. Qurban Allah sevgisinin isbati kimi varlıya şükür, kasıba da təşəkkür hissini aşılayır.
Birlik sədri çıxışının sonunda Qurban ibadəti, sözün əsl mənasında, bütün faydaları ilə birlikdə Allahın bəşəriyyətə ən böyük ərməğanlarından biri və ilahi ziyafət süfrəsi olduğunu bildirib.
Daha sonra iş adamı Rafiq Atakişiyev çıxış edərək vurğulayıb ki, Qurban bayramının adət və ənənəsi sosial ədalətin təmin olunmasına xidmət edən İslamın ümumbəşəri yardımlaşma kampaniyasını təşkil edir. Bizdə bu müqəddəs Qurban bayramı münasibətilə yardımlaşma və həmrəyliyə xidmət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin bizlərə əmanətləri olan ailələri və sağlamlığının bir qismini itirən qazilərlə bir arada olmağı özünüzə borc bildik.
Çıxış edən hər kəs bir-birini Qurban bayramı münasibətilə təbrik edib.
Sonunda tədbir iştirakçılarının hər birinə qurban payları verilib.


Fərid Səfərov
Mətbuat katibi

QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib

Oxunub: 109
Paylaş:
Digər xəbərlər

gundem / manset

9-02-2023, 20:22

"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin sədri Yasəmən Qəyyumlu və idarə heyəti Şəhid Heydərov Əli Vaqif oğlunun Mövludunda iştirak ediblər

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 20:05
    “Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
  • Dünən, 17:29
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsində...
  • Dünən, 10:17
    “Səyyar Gənclər Xidməti” fəaliyyətini Yardımlıda uğurla davam etdirib
  • Dünən, 10:09
    Ağdaşda kənd təsərrüfatı ilə bağlı tədbir keçirildi - Fotolar
  • Dünən, 10:05
    17 yolda tıxac var - Siyahı
  • Dünən, 10:01
    “ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
  • Dünən, 09:56
    Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi - Yenilənib
  • Dünən, 09:49
    Kral taxtından imtina edib - Həvəskar qapıçı olmağı seçdi
  • Dünən, 09:45
    “Cəhənnəm sanksiyaları” qəbul edildi
  • Dünən, 09:42
    ABŞ Mahmud Abbasa viza vermədi
  • Dünən, 09:34
    Şahzadə Diana haqqında kitabın ilk nüsxələri nəşrdən əvvəl oğurlandı
  • Dünən, 09:32
    “Faiz dərəcələrini tez bir zamanda endirin” - FED-ə çağırış etdi
  • Dünən, 09:28
    13 saat parlamentin tualetində bağlı qaldı - Xəstəxanalıq oldu
  • 16-09-2026, 20:33
    Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam
  • 16-09-2026, 20:32
    Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına Şikayət
  • 16-09-2026, 18:01
    Xuraman Muradova: Bir kişi güclüdürsə, onun ruhunda bir qadın sevdası var
  • 16-09-2026, 16:44
    Diplomatik səfərə qarşı Ermənistanın reaksiyası təəssüf doğurur
  • 16-09-2026, 16:27
    Türk dünyası və İslam həmrəyliyi
  • 16-09-2026, 10:36
    Dövlət Proqramı ilə bağlı Qobustanda görülmüş işlər barədə tədbir keçirildi - Fotolar
  • 16-09-2026, 10:26
    İşdən çıxarılan həkim qardaşına yeni vəzifə verildi
  • 16-09-2026, 10:20
    “Səmərəli müzakirələri yüksək qiymətləndirirəm”
  • 16-09-2026, 10:16
    ABŞ-də neft ehtiyatları gözlənilmədən artdı - Qiymətlər endi
  • 16-09-2026, 10:12
    Süni intellektlər öz aralarında yeni bir dil yaratdı
  • 16-09-2026, 10:08
    Evini təmizləyərkən peçenye qutusunda sərvət tapdı
  • 16-09-2026, 09:52
    Qeşm adası yaxınlığında partlayış səsləri eşidildi
  • 16-09-2026, 09:48
    “Azərbaycan və BƏƏ sabitlik və dialoqa töhfə verir” - Hikmət Hacıyev
  • 16-09-2026, 09:44
    Azərbaycan və BƏƏ arasında münasibətlərin möhkəmləndirilməsi müzakirə edildi
  • 16-09-2026, 09:39
    İsrailə 40 min bomba satacaqlar
  • 15-09-2026, 11:19
    Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026, 10:23
    “Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
  • 15-09-2026, 10:18
    “Nəticələr uğurlu olarsa, təmayül modeli genişləndiriləcək”
  • 15-09-2026, 10:14
    Bu yollarda “Yaşıl dalğa” rejimi tətbiq edilir
  • 15-09-2026, 10:10
    124 min uşaq üçün ilk zəng çalınır
  • 15-09-2026, 10:07
    İlk dəfə kosmosda silah yerləşdirdiklərini etiraf etdilər
  • 15-09-2026, 10:03
    Ağaclara da hüquq verdilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə